Azərbaycan respublikasi əlyazması hüququnda OĞuz qrupu türk diLLƏRİNDƏ fonetik uyğunluq və norma



Yüklə 222,04 Kb.
səhifə10/40
tarix02.02.2022
ölçüsü222,04 Kb.
#114030
1   ...   6   7   8   9   10   11   12   13   ...   40
3. Dilortası samitləri.

Dilortası tələffüz yerində də türkmən dili üçün iki samit formalaşmışdır: k, y.



K samiti türkmən dilində sabit bir fonem kimi işlədilir: kelle, kemtik, kepek, kent, keleek, kes, kesgin, kesirlilik, keçe, kesik, kişi, kişilik, kişmiş, köke, kökelmek, kölge, kömürçi, kömekçilik, köplük və s.

Türkmən dilində y samiti də sərbəst fonem kimi işlənir: yavan, yavsırmak, yaqınlık, yaqış, yakalamak, yakalık, yakın, yakındı, yakmak, yalanmak, yaltaklamak, yamanlaşmak və s.

Türkmən dilində dilortası tələffüz yerində g samiti formalaşmadığı üçün Azərbaycan və türk dilləri ilə müqayisə də həmin samitin yerini q samiti tutur: qel-qet, qelin-qız, qelinlik, qemirmek, qemrici, qemrişmek, qezeqen, qeçilmek, qen, qeneş, qeçmek, qeyim, qezmek, qeydirme, qizletmek və s.

4. Dil-diş samitləri.

Dil-diş samitlərindən t səsi türkmən dilində Azərbaycan və türk dilində olduğu kimi sabit norma üzrə intensiv işlənir: taqarcık, takırdı, talav, talavçı, talamak, toplamak, tarazlanmak, tapırdamak, torlamak, tarrıldamak, tayak və s.

Türkmən dilində dil-diş d samiti də sabit normaya uyğun işlədilir: davan, dabramak, dağatmak, bağlı, dolaş, dana, daran, daraltmak, damak, dayı, daşarı, daşlamak, deqmek, demirçi, demrev, derek, deniz, deşilmek və s.

D samiti özündən sonra e, i, o, ö, ü saitləri işlənən bəzi hallarda Azərbaycan dilindəki t samitini əvəz edir: depe (təpə), depilmek (təpilmək)

Deprenmek (tərpənmək), ter (tər), derlik (tərlik), dikan (tikan), dik (tik), dikmek (tikmək), dokunmak (toxunmaq), dokluk (toxluq), dıkmak (tıxmaq), dökülmek (tökülmek), döremek (törəmək), dükürdü (tüpürmək) və s.

Buradan görünür ki, kar samitlərin cingiltiləşməklə təkamülü prosesində türkmən dilindəki t samitində də nitq üzrə fəallıq baş vermişdir. Nəticədə t samitinin d-ya keçməsi ilə yeni bir normalaşma yaranmışdır.

Türkmən dilindəki çc samitləri də sabit normaya uyğun işlədilir: çavalamak, çadır, çaqa, çaqıl, çaknışmak, çalışdırmak, çalışqan, çapık, çarpmak, çarpılmak, çatık, çatışmak; canlanmak, carçı, cazzıldamak, catırdamak, caylanmak, carkıldı, ciqitlik, coşdurmak, cıqıldatmak, cıkırdamak və s.

Azərbaycan və türk dillərində olduğu kimi, türkmən dilində də c səsinə daha çox təqlidi sözlərin və təqlidilik üzrə formalaşmış sözlərin əvvəlində rast gəlmək olur. Bu hal, əlbəttə ki, türk dillərinin aqlütinativliyi ilə bağlıdır. Bir daha qeyd etmək yerinə düşər ki, türk dillərində kipləşən kar samitlər sözönü söz yaradıcılığında fəal iştirak etdiyi halda, cingiltili - novlu samitlər söz əvvəlində təqlidi sözlərin yaranmasında fəal olur, eyni zamanda sözün sonrakı hecalarında aqlütinasiyanın funksionallaşmasında intensivləşir” [15, s.175].

Türkmən dilində dil-diş ş samiti sözün əvvəlində sərbəst işlənir: şabırdı, şaqramak, şallak, şallaklamak, şapırdaşmak, şakqıldı, şuqullamak, şuqulçu, şuluk, şırpıldı, şüvelen və s.

Ş samiti kar olsa da novlu xarakterinə görə Azərbaycan və türk dillərində daha çox təqlidi sözlərin əvvəlində işlənir. Ş samitinin cingiltili variantı j samiti isə novlu və titrəyici olduğuna görə söz əvvəlində işlənmir. J samitinə ancaq alınma sözlərin əvvəlində rast gəlmək olur: jaket, janr, jıraf, jarqon, jurnal, jüri, jonqlyor və s.

S samiti türkmən dilində sabit normaya müvafiq işlənir: sağ, saqalmak, saqım, saqımçı, sakqal, saxlanmak, saklav, saqmak, solmak, sallaşmak, solqım, sancı və s.

Türkmən dilində z samiti novlu və cingiltili olduğu üçün söz əvvəlində daha çox təqlidi sözlərdə işlənir: zaqırdı, zaqırdıklamak, zarınlamak, zingildemek, zıqırdı, zıqıldamak, zıqıldı, zınlamak və s.

Türkmən dilində dil-diş sonor l, n samitləri də söz əvvəlində zəif işlənir, r samiti isə titrəyici olduğu üçün j samiti kimi söz əvvəlində işlənmir [57].

Ln samitləri söz əvvəlində daha çox təqlidi sözlərdə işlənir: labırdamak, laqırdatmak, laqşamak, lalaylamak, larsıldı, lasırdamak, lannıldamak, lakqıldı; nenen-niçik, nenensi, nemciretmek və s.

N samiti həmçinin, bəzi sual əvəzliklərinin əvvəlində işlənir: ne, nemee, nire, niçik, nireli və s. Türkmən dilində ň (ŋ) samiti sonor olduğu üçün söz əvvəlində müstəqil bir fonem kimi işlənmir.

5. Dodaq samitləri.

Türkmən dilində p samiti müstəqil bir fonem kimi söz başında intensiv işlənir: palçık, paqşıldamak, parkıldamak, parçalamak, patdıldı, patırdı, pazlamak, paya, payalamak, pişik, pıkırdamak.



P samiti Azərbaycan dili ilə müqayisədə bəzi hallarda söz əvvəlində b samitini əvəz edir: pişmek, pişirmek, pudamak, pıçak, paşmak.

Türkmən dilində f samiti formalaşmadığı üçün sözün əvvəlində həmin səsin yerinə p samiti işlədilir: pahır (paxır), parahat (farağat), plişde (fəriştə), pikir (fikir), pil (fil), pitne (fitnə), pikirleşmek (fikirləşmək), pursat (fürsət), pintik (fındıq).

Türkmən dilində f samiti ancaq rus və Avropa dillərindən daxil olan alınmalarda işlədilir: forma, foto, fotoqraf, futbol, füzklyaj, fraksioner, fabrik, fakel, fakultet, farfor, fantaziya, fermer və s.

Türkmən dilində b samiti p samitinin yumşaq (cingiltili) refleksi kimi formalaşmışdır: baba, badam, bağlamak, bağlatmak, bağçılık, bacı, bakmak, balık, balıkçı, barmak, batmak, başmak, basmarlamak və s.

Türkmən dilində b samitinin novlu variantı olan v səsi formalaşmış olsa da dilin aqlütinativlik tələbinə görə bu səs müstəqil sözlərdən daha çox təqlidi sözlərin əvvəlində işlənir: vızıldamak, vızırdamak; vızırdı, vızzıldaşmak, vaqırdı, vaqlatmak, vasırdamak, vazzıldı, vazlatmak.

Bəzi hallarda, Azərbaycan dili ilə müqayisədə v samitini b samiti əvəz edir: varmak (getmək), varılmak (gedilmək), verqi (vergi), vermek (vermək).

Türkmən dilində m samiti də sonor olduğu üçün söz əvvəlində az işlənir. İşlənmə səbəbi isə onun daha çox kipləşmə əlamətinə görədir: men (mən), murt (bığ), munca (bunca), meniz (bəniz), menzemek (bənzəmək), molaşmak (möləşmək), moncuk (muncuq), mımıldamak (mızıldamak), mırlamak (mırıldamak), mıňňıldamak (mınqıldamak) və s.

Türkmən dilində samitlərin təkamülü prosesi Azərbaycan dilindəkinə yaxın olmaqla türk dili samitlərindən fərqlənir. Dilin aqlütinativ quruluşu struktur sabitliyi daha çox saxlamağa meylli olduğuna görə hətta, bu dillərdə yazılı ənənələrdə daimi kütləvilik olmasa da belə dildaxili strukturda ciddi dəyişiklik baş verməmişdir. Bir dilin daxilində baş verən dəyişikliklər isə dialekt fərqlənməsindən çox da kənara çıxmamışdır.



Yüklə 222,04 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin