Azərbaycan respublikasi əlyazması hüququnda OĞuz qrupu türk diLLƏRİNDƏ fonetik uyğunluq və norma



Yüklə 222,04 Kb.
səhifə12/40
tarix02.02.2022
ölçüsü222,04 Kb.
#114030
1   ...   8   9   10   11   12   13   14   15   ...   40
Qaqauz dilinin saitləri.

Qaqauz dilinin saitləri Azərbaycan və türkmən dillərinin saitlərindən demək olar ki, fərqlənmir. Türk dili saitlərindən fərqi odur ki, qaqauz dilində ə saiti nitq prosesində normalaşaraq ümumdil elementinə çevrildiyi halda türk dilində ə saiti fonetik normaya düşə bilməmişdir.

Qaqauz dili saitlərinin ümumi və xarakter əlamətləri aşağıdakılardan ibarətdir:

Qaqauz dilində dilarxası açıq damaq a saiti sözün müxtəlif hecalarında norma kimi işlənir: aalama (ağlama), aar (ağır), aaratma (axtarmaq), aartma (artmaq), aarıtma (təmizləmək), aar (ağac), aqa (ağa), adlı (adlı), adsız (adsız), acı (acı), azanmaa (azalmaq), aydınnama (aydınlatma) və s.



Qaqauz dilində ı saiti həm sözün əvvəlində, həm də sonrakı hecalarında işlənir: ılıca (iticə), ılıtma (isitmə), ıştırma (xəbər daşıma), ırkırma (hıçqırma), ıştırıcı (xəbərçi), azqın, azqınnık, aydın, aydınnandı, axıcı, akıntı, aldanılma, altlık, altmış və s.

Qaqauz dilində o saiti əsas etibarilə sözün ilk hecasında işlənir: odun, oqlan, ocak, oy oyma, oyuncu, okuma, olacak, onnar, orak (oraq), ortalık (yoldaşlıq) və s.

Qaqauz dilində həmçinin Azərbaycan dili üçün norma səciyyəsi daşımayan o-o sırasına da təsadüf edilir: toozlama (tozlama), toozlu (tozlu), toom (toxum), toomruk (tumurcuk), şoola (şöylə), şoroy (qaraçı), boorc (borc) və s.” [10, s.69]. Bəzi hallarda o saiti söz tərkibində uzun tələffüz edilir və iki işarə ilə yazılır: ool (oğul), oolan (oğlan).

Bəzi hallarda isə o saitinin ikinci hecada işlənməsinə də təsadüf edilir: oloy (bitki yağı), olonıitsa (yağçıxaran), okol (örüş), okolcu (çoban, qoyun çobanı).

Qaqauz dilində u saiti digər Oğuz dillərindəki kimi işlənir: uur (uğur), uuldama (uğuldama), uyku (yuxu), ulama (bağlı), ulaşıklı (çirkli), ulu (qədim), unutmak, ufak (xırda), utancaq və s.

Qaqauz dilindəki u saiti bəzi hallarda Azərbaycan dilindəki o saitini əvəz edir: uyanma (oyanma), uuma (ovma).

Qaqauz dilində e saiti Azərbaycan dilindəkindən fərqli olaraq sözün həm birinci, həm də sonrakı hecalarında işlənir: qelecek (gələcək), qevrek (kövrək), qerçek (gerçək), debreşer (tərpəşər), erqen (ərgən), elleşma (əlləşmə), eşek (eşşək), sevinmek, tepreşim (tərpəşmək).

Qaqauz dilində ə saiti Azərbaycan dilindəki kimi çox inkişaf etməsə də müəyyən sözlərdə də işlənə bilir. Ə saiti sözün əvvəlində yox sonrakı hecalarında işlənir: qünnər (günlər) verdilər, iştə (budur), çiçeklər, bən, dereyə (dərəyə), sesleməə (səsləmək), seslə (səslə), düümə (düymə), elcəəz (əlciyəz), pençerə (pəncərə) və s.

Qaqauz dilində i saiti digər Oğuz dillərində olduğu kimi intensiv işlənir: illik, inna (iynə), işidilmə (eşidilmək), işlenir (fəhlə), erik, elli, indiritmə (endirtmə), izleme (izləmə), siyrek (seyrək), sirke (sirkə) və s.

Qaqauz dilində ö saiti də ümumdil norması kimi intensiv işlənir. Digər Oğuz dillərində olduğu kimi, qaqauz dilində də ö saiti ikinci hecada işlənmir: dört, qörünmə, öküz, ölüm, öpüşmə, öpüştürmə, örtlənmə (pörtlənmə, yanma), örtülü, örülü (hörülü), ödek (ödək), öz (mərkəz), özlü (şirəli), ölümlük (kəfən), önderci (öndər, lider), ötüşmə (oxumaq; bülbül kimi ötmək) və s.



Ü saiti də qaqauz dilində digər Oğuz dillərindəki kimi intensiv norma üzrə işlədilir: süzme, süzqü (süzgəc), sümbül, sümük (paya), sünqü (sünkü), süpürqə (süpürgə), sürmə (bağlanc), sürü (sürü), sürüklemə (sürümə), sürüşmə (sürüşmə), süüme (söymək), üzük, ük (yük), ürek, ürkek, üst və s.


Yüklə 222,04 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin