Azərbaycan respublikasi əlyazması hüququnda OĞuz qrupu türk diLLƏRİNDƏ fonetik uyğunluq və norma



Yüklə 222,04 Kb.
səhifə13/40
tarix02.02.2022
ölçüsü222,04 Kb.
#114030
1   ...   9   10   11   12   13   14   15   16   ...   40
Qaqauz dilinin samitləri

Qaqauz dilində samitlərin uzanması hadisəsi də mövcuddur. Qaqauz dilinin samitləri əksərən başqa türk dillərinin samitləri ilə uyğun gəlir. Ancaq qaqauz dili samitlərinin bəzi özünəməxsus cəhətləri də vardır. Qaqauz dilinin samitlərinin ümumi səciyyəsi aşağıdakı kimidir.



1. Boğaz samiti.

Qaqauz dilinin yeni əlifbasında h işarəsi ilə həm farinqal (boğaz) h səsi, həm də dilarxası novlu x səsi bildirilir:

a) forinqal h səsi: hazır, hava, harman, (xırman), harpa (arpa), hambar (ambar), helbeti, hem (həm) [109, s. 115]haeet (adət), hacı, hayvan (heyvan), hayqır (ayqır), haydut (quldur), hal (vəziyyət), hesap; b) dilarxası x səsi: xabar (xəbər), xainnık (xainlik), xoroz (xoruz), xendek, xolera, xırıldama, xısım (qohum).

2. Dilarxası samitlər.

Dilarxası samitlər qaqauz dilində k, q x səslərindən ibarətdir.



K samiti türk və türkmən dillərində olduğu kimi, qaqauz dilində də intensiv norma kimi işlənir. K samitinin qaqauz dilindəki intensivliyi onu göstərir ki, bu samit, qaqauz dilində şifahi nitq nə qədər üstünlük təşkil etsə belə ilkin genetik struktur variantını saxlamaq dadır. K səsinə sözün müxtəlif yerlərində rast gəlmək olur: kaz (qaz), kazçı (qazotaran), kaba, kabarcık, kabarma, kabarık, kabul, kazançlılık, közık, kaymak, kaynak, kayıkçılık, kulaklık və s.

Qaqauz dilində x samiti k samitinin novlu variantı kimi işlənir. Qaqauz dilində qsamiti sözün əvvəlində daha çox işləkdir. Təkhecalı sözün sonunda təqlidi sözlərdə işlənir, iki və çoxhecalı sözlərdə türk və türkmən dillərində olduğu kimi k variantı üzrə işlədilir: qaarqa (qarğa), çevşek (zəif), şiri (geri), qesrki (geriki), qecə (gecə), qelecek (gələcək), qelirli (gəlirli), qemici (gəmiçi), qemicilik (gəmiçilik), qaqa (dimdik), qaqalama (dimdikləmə), qaqauz.

Qaqauz dilində təkhecalı söz sonunda ğ samiti həddən artıq yumşaldığı üçün türk dilində olduğu kimi söz tərkibindəki sait uzun tələffüz olunur: baa (bağ), baa (bağulamaq), baarmaq (bağırmaq), yaa (yağ), yaamurluk (yağmurluq, plaş).

3. Dilortası samitlər.

Qaqauz dilində dilortası tələffüz yeri üçün iki samit səs formalaşmışdır: k, y. Qaqauz dilində g səsinin əmələ gəlməməsini bu dildə g səsinə aid informasiya və məna fərqləndiriciliyin baş verməməsi səbəbi ilə, xüsusən, nitq intensivliyinin zərurət yaratmaması ilə izah etmək olar.

Qaqauz dilində k samitinə sözün müxtəlif yerlərində rast gəlmək olur: keke (pəltək), kekelemek (kəkələmək), kelebek (kəpənək), keleek (yemiş), kemik (sümük), kenarkı (kənarkı), kertik (kəsik), kertmək (kəsmək), kesecik (kisəcik) və s. Başqa Oğuz dillərində olduğu kimi qaqauz dilində də y samiti intensiv işlənir: yaka (yaxa), yakma (yandırma), yalabık (parlaq), yalama (yalamaq), yalvarma, yaldız (karıltı), yalnız, yaltak, yalın (çılpaq), yama (yamaq), yamaç (yamac).

Təkhecalı söz sonunda y samiti də yumşalaraq ixtisar olunur və söz tərkibindəki sait uzanır: yaalık (yaklıq).



4. Dil-diş samitləri.

Qaqauz dilində dil-diş samitləri də ümumi halda digər Oğuz dillərindəki kimi işlənir. Kipləşən (kar) samitlər söz əvvəlində intensivdir, novlu (cingiltili) samitlər isə zəif işlənir. Dil-diş samitlərinin işləklik üzrə ümumi mənzərəsi aşağıdakı kimidir: T-d samitləri kipləşən olduğu üçün sözün əvvəlində intensiv işlənə bilir: tamça (damça), tamazlık (damazlıq), tanıtma, tanış, tanışık (tanınmış), tarak (daraq), tatlı (dadlı); daacı (meşəçi), daalık (meşəlik), daalışıma (dağılışmaq), daarcık (dağarcıq), dadanmak, dayak (paya), dakılı (taxılı) və s.



Ç-c samitləri də söz əvvəlində işlənə bilir. Ç samiti kipləşən olduğu üçün söz əvvəlində c samitindən daha intensivdir. C samiti isə cingiltili olduğu üçün daha çox təqlidi sözlərin formalaşmasında iştirak edir: çaarmak (çağırmaq), çabuk (cəld), çavdar (çovdar), çadır, çatır (çəmən), çakır (mavi), çalqın (incə); canqır-cınqır, cici (oyuncaq), cüce, combuş (təlxək), cıvıldamak, cız-bız, cızırdamak.

Ş samiti kar olduğu üçün söz əvvəlində işlənə bilir. Novlu olduğu üçün daha çox təqlidi sözlərdə işlənir: şiş, şişkin, şişman, şura (bura), şula (belə), şıpırtı, şırklatma, şımarıklık (dəcəllik).

J samiti isə titrəyici novlu olduğu üçün söz əvvəlində işlənmir.

S-z samitlərinin hər ikisi novludur. Ç samiti kar olduğu üçün bəzi sözlərdə, o cümlədən, təqlidi sözlərdə işlənir, z samiti isə əsas etibarı ilə təqlidi sözlərin əvvəlində işlənir: saa (sağ), saa (sağ tərəf), saaz (qamış), salma (sağılma), savaş, sayqılı, saklamak, sakız, sallanma (yırğalanma), satmaq, saurma (sovurma), sevinmə, sendeleme, ses, sessiz; zevzek, zıqa-zıqa (zığ-dığ), zınqırdama, zınqırdatma, zırıldak (səsli oyuncaq), zırıltı və s. Dil- diş samitlərindən sonor l samiti təqlidi sözlərdə, n samiti isə əsasən sual əvəzliklərində işlənir, r samiti isə titrəyici novlu olduğu söz əvvəlində işlənmir: lakırdı, lukurdu, lokma, lokum, luklatma, laklama, lomburdatma; nasıl, ne, nem (şeh), nere, necə, neçin, nicə və s.

5. Dodaq samitləri

Dodaq samitlərindən pb söz əvvəlində işlənir. Nitq prosesində p samitindən yumşaqlıq (cingiltililik) istiqamətində b samiti törəmişdir. P samiti kipləşən olduğu üçün söz əvvəlində öz intensivliyini saxlayır: pazar (bazar), pay, para (pul), parmak, partal (cırıq), parça, patlayış, patır-patır (addım səsi), paça, pinmək (minmək), pis, pişik, pişirim; babu (qoca), bayırlık (təpəlik), baldır, balık, beri (bəri), benek (xal), birlişme, bozux, boncuk, böcek, buynuz və s. Azərbaycan dili ilə müqayisədə p samiti b, m, b samiti isə p, m samitlərinin yerində işlənir: pazar-bazar, parmak-barmaq, pinmək-minmək; bozun-pozuq, boncuk-muncuqvə s.



Fv samitləri novlu olduğu üçün, m samiti isə sonor olduğu üçün söz əvvəlində zəif işlənir: fırlak, fırın (peç), fıslamak, fısırdamak, fışırdamak; verqi, verdirmə, vızlamak, var, vay, varlık, varmak, veriq, verim; manda (öküz), maulama (movlama), menevşə, mutlu, muşta (yumruq), marıldama, marçıldamak və s.

M samiti bəzi sözlərdə Azərbaycan dili ilə müqayisədə b samitini əvəz edir: menevşə-bənövşə, ben-mən və s.

Oğuz qrupu dillərinin samit fonemlərinin təhlili göstərir ki, bu dillərdə söz önü üçün pisləşən (kar) samitlərin işlənməsi, həmçinin, novlu (cingiltili) samitlərin az intensiv olması aqlütinativliklə bağlıdır. Bu vəziyyət bütün türk dillərində ümumi olduğu kimi, Oğuz dilləri üçün də səciyyəvidir. Bu dillərdə novlu (cingiltili) samitlərin işlənməsini daha çox analitik-flektiv dillərə məxsus alınmalarda müşahidə etmək olur. Türk dillərinin bir qrupu kimi Oğuz dillərində novlu (cingiltili) samitlər daha çox sözün sonrakı hecalarında leksik-qrammatik funksiya daşımaq üçün işlədilir.





Yüklə 222,04 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin