atlı
|
Atdı
|
ətli
|
ətdi
|
duzlu
|
Düzdü
|
güclü
|
Gücdü
|
narlı
|
narı
|
tərli
|
tərri
|
qanlı
|
Qannı
|
enli
|
Enni
|
yunlu
|
Yunnu [32, s. 21]
|
Nitq mədəniyyəti məsələləri ilə bağlı bir çox maraqlı tədqiqatların müəllifi olan Ağamməd Abdullayev də şifahi nitqin qaydaya salınmasında orfoepiya qaydalarına üstünlük verilməsini məqbul hesab edir. Burada bir məsələyə aydınlıq gətirilməlidir ki, nitq mədəniyyətinə dair aparılan araşdırmalarda şifahi nitqin normalarının yazılı nitq bazasında qaydaya salınmasından daha çox, yazılı nitq normalarının şifahi nitq əsasında tənzim olunmasına üstünlük verilir. Bu da aydındır ki, bir daha, yazılı və şifahi nitq arasında fərqlənmələrin yaranmasını istisna etmir. Bu Ağamməd Abdullayev və Yəhya Kərimovun ibtidai siniflər üçün yazılmış kitabında yazılır ki, şagirdlərin şifahi nitqində lüğət ehtiyatının zənginləşdirilməsi yazılı nitqin lüğətində öz əksini tapır. Bir sözlə, düzgün şifahi nitq düzgün yazılı nitq üçün əsas olur. Digər tərəfdən, savadlı yazılı nitqin bir sıra xüsusiyyətləri şifahi nitqə təsir edir. Şifahi nitq orfoepiyaya daha çox diqqət verməyi tələb edir. Şagirdlərdən sözləri düzgün orfoepik normalara müvafiq tələffüz etmək, nitq formalarını düzgün işlətmək tələb olunur” [1, s. 331-332].
Nitq mədəniyyəti məsələləri üzrə tanınmış mütəxəssis olan Əziz Əfəndizadə də şifahi dilin nitq normalarının müəyyənləşdirilməsində yazılı dili mənbə kimi nəzərə almaqdansa, bu prosesdə yazılı dilin çətinlik yaratdığını göstərir: “Demək, yazılı dil doğrudan da ədəbi tələffüzün mənimsənilməsində qarşıya çıxan çətinliklərin əsas mənbələrindən birini təşkil edir. Lakin bununla bərabər ədəbi tələffüzə yiyələnməkdə yazılı dilin təşkiledici, istiqamətverici rolu da çox böyükdür” [28, s. 116].
Əziz Əfəndizadə şifahi nitq üçün tələffüz variantını əsas norma hesab edərək onların ifadə formasının aşağıdakı kimi deyilməsinə üstünlük verir: qarlı-qarrı, tərli-tərri, təpərli-təpərri, kinli-kinni, şəhərli-şəhərri, adlı-addı, buludlu-buluddu, üzürlü-üzürrü, dirlik-dirrik və s. [29, s. 148].
Halbuki bu sözlərin şifahi variantını elə yazılı variant kimi də ifadə etmək mümkündür. Bu arada qazanc o olur ki, yazı və nitq arasında nisbi bərabərlik yaranmış olur və nitqin dil strukturu üzərindəki dağıdıcı təsirinin qarşısının alınmasına imkan yaranır.
Məsələnin bir cəhəti də vardır ki, nitq mədəniyyəti normalarının sabitləşdirilməsi məsələsi hələlik dilçilikdə həll olunmamış bir sahə kimi qaldığı üçün son zamanlara aid metodik xarakterli işlərdə də indiyə qədərki ənənə davam etməkdədir. Məsələn, orta məktəbin təcrübəli müəllimlərindən olan Məmiş Abdullayev şifahi nitq norması üçün tələffüz qaydalarını tətbiq etməklə əlaqədar şagirdlərə belə bir tapşırıq verilməsini tövsiyə edir: “T, d, s, z, ş samitləri ilə bitən sözlərə l samiti ilə başlayan şəkilçi qoşularkən baş verən dəyişikliyi izah et: atlar-atdar, otlar-otdar, arvadlar-arvaddar, qızlar-qızdar, qazlar-qazdar, başla-başda, başlar-başdar və s. Bəzi şagirdlər kitab tələffüzünə üstünlük verir (həsəndən, Hüseyndən, Ceyrandan, Sənəmdən) və sözləri yazdıqları kimi tələffüz edirlər. Həmin sözlərin düzgün tələffüzünü əks etdirən plakatı nümayiş etdirirəm: Dan-dən şəkilçiləri ilə bitən sözlər - nan, - nən formasında tələffüz olunur” [2, s. 23].
Buna bənzər fikirlərə digər yazılarda da rast gəlmək mümkündür [6, s. 15-18; 30, s. 15-16; 33, s. 35-39].
Əlbəttə ki, bu fikirləri nitq mədəniyyətinin normalarını müəyyənləşdirmək baxımından əhəmiyyətsiz saymaq olmaz. Bunların özü də norma bərabərliyinin təmin olunması ilə əlaqədar axtarış vasitələri kimi maraqlıdır. Türk dillərində normaların tətbiqi işində də bu istiqamətdəki təhlillər maraq doğurur. Çünki Azərbaycan dilində olduğu kimi, türk dillərində, o cümlədən Oğuz dillərində nitq mədəniyyətinin tətbiqində oxşar məqamlar çoxdur. Hərçənd ümumi prinsipin özü bu dillərin daxili quruluşu hesabına mühafizə olunsa da normaların tətbiqində və tənzimlənməsində müəyyən fərqli cəhətlər vardır.
Dillərin yaxınlaşmasının ən vacib amillərindən biri norma yaxınlığından ibarət olduğu üçün aparılan təhlillərin məqsədi də yaxınlaşma elementlərinin tapılmasından, araşdırılmasından və tətbiqi işinin həyata keçirilməsindən ibarətdir.
Dostları ilə paylaş: |