Azərbaycan respublikasi əlyazması hüququnda OĞuz qrupu türk diLLƏRİNDƏ fonetik uyğunluq və norma



Yüklə 222,04 Kb.
səhifə34/40
tarix02.02.2022
ölçüsü222,04 Kb.
#114030
1   ...   30   31   32   33   34   35   36   37   ...   40
Q samiti alınma sözlərdə fərqli işlənir. Yəni özündən sonra dilarxası və dilönü saitlər işlənən sözlərin əvvəlində q samitinin gəldiyini müşahidə etmək olur: qamət, qane, qalib, qafil, qadir, qanun, qayda, qənim, qənşər, qələndər, qiyamət, qəşəng, qəribə, qədəm, qətiyyət, qüsur, qürbət, qübar və s.

Türkmən dilində də q samiti öz genetik təbiətini saxlayaraq ilk hecasında dilarxası sait iºlənən sözlərin əvvəlində gəlir: qazan, qaçak, qatışık, qovun, qadak, qanat, qapı, qarovul, qarrı, qarsıldatmak, qalay, qorxu, qovqa, qonak, qulluk, quvanç, qıssanmak və s.

Azərbaycan dili ilə müqayisədə isə q samiti, həm də g samitinin adekvatı kimi işlənir: qödek, qözetçi, qözli, quyç, quva, qüneş, qüni, qümmüldi və s.

Qaqauz dilində də q samiti sözün tərkibində dilarxası saitlərdən əvvəl işlənir: qaaz, qarqa, qaqa (dimdik), qayqana (qayqanaq), ququş (göyərçin), qursak, qıcık, qırtlak və s.

Türkmən dilində olduğu kimi, qaqauz dilində də Azərbaycan dili ilə müqayisədə q samiti g samitinin adekvatı şəklində iştirak edir: qeeri (geri), qezici (gəziçi), qelin (gəlin), qerçek (gerçək), qile (geyim), qorüner (görünür), qülüş (gülüş), qürrültü (gurultu), qözletme (gözlətmə) və s.

X samitinin sırası

X samiti Oğuz dilləri içərisində daha çox Azərbaycan dili üçün səciyyəvidir. Azərbaycan dilində x samiti, bir qayda olaraq, söz başında dilarxası saitlərdən əvvəl işlənir: xatın, xaşxaş, xıxlamaq, xımxırt, xımırtlamaq, xıncım, xıralanmaq, xırda, xırdalanmaq, xırpadan, xortum, xortdamaq, xorultu və s.

X samiti novlu olduğuna görə, bəzi hallarda dilönü saitlərdən əvvəl də işlənməyə meyilli olur: xəzəl, xiyar, xirtdək, xəşənək və s.

X samiti Azərbaycan dilində özündən sonra dilarxası saitlərin işlənməsini tələb etdiyi üçün hətta, alınma sözlərə də dilönü saitlərin dilarxası varianta çevrilməsinə meyilli olur: xaraba (xərabə), xarab (xərab), xalça (xəlçə) və s.

X samiti alınma sözlərdə dilönü saitlərdən əvvəl sərbəst işlənir: xeyir, xəbis, xəstə, xəcil, xəfif, xəlitə, xəlifə, xəttat, xidmət, xörək, xüsusi, xütbə və s.

K samitinin sırası

K samiti dilortası kar kipləşən səsdir. K samiti Oğuz dillərinin hamısında müstəqil bir fonem kimi formalaşaraq işlədilir. K samiti dilortası səs kimi özündən sonrakı saitlərin işlənmə xarakterinə görə dilarxası samitlərdən fərqlənir. Dilarxası kipləşən samitlər özündən sonra, bir qayda olaraq dilarxası saitlərin işlənməsini tələb etdiyi halda dilortası k samiti özünün tələffüz yeri mövqeyinə görə dilarxası və dilönü səslərin ortalığında tələffüz edilir. Buna görə də k samitindən sonra həm dilarxası, həm də dilönü saitlərin işlənməsi norma səviyyəsinə düşə bilir. Alınma sözlərlə müqayisədə dilarxası samitlərdən sonra dilönü saitlərin işlənməsinin səbəbi isə budur ki, analitik-flektiv dillərdə sözün kökü (və əsası) sözyaratmada aparıcılıq təşkil etdiyi üçün həmin dillərdə dilarxası samitlərdən sonra həm dilarxası, həm də dilönü samitlər sərbəst işlənir.

Türk dillərinin bir tərkib hissəsi kimi Oğuz dillərində isə sözyaratma funksiyası söz kökündən sonra gələn şəkilçilərin üzərinə düşdüyünə görə sözün şəkilçiyə qədərki kök hissəsində saitlərin sərbəst işlənməsi ehtiyacı baş vermir. Ona görə də sözün başlanğıc quruluşunda genetik sıralanma qaydası mühafizə olunur. Ancaq söz tərkibində samitlərin saitlərlə birgə sıralanmasında onların yaranma yerlərinə görə baş verən tələblər də istisna olunmamalıdır. Belə ki, dilortası samitlər həm dilönü və həm də dilarxası samitlərin aralığında yerləşdiyinə görə özlərindən sonra dilarxası və dilönü saitlərin işlənməsinə heç bir maneə yaratmır.



Azərbaycan dilində k samitinin özündən sonra həm dilarxası və həm də dilönü saitlərin işlənməsinə dair aşağıdakı kimi nümunələri misal göstərmək olar: karıxmaq, karlıq, kobud, kol-kos, korlanma, korşalma, kəsmək, kərtmək, kəpək, kəklik, kəpənək, kirli, kişi, kiçik, kişnəmək, köbək, kötək, köpək, köynək, köçmək, kömür, körpə, külək, küləş, külüng, kürümək, küyçü, küyləmək və s.

Türk dilində k (ke) samiti Azərbaycan dilindəkindən fərqli olaraq ancaq dilönü saitlərdən əvvəl işənir. Çünki türk dilində dilarxası samitlərdən əvvəl işlənə bilən dilarxası kar kipləşən k (ka) samiti vardır. Türk dilində k (ke) samitinin dilönü saitlərdən əvvəl işlənməsinə dair aşağıdakı kimi nümunələri misal göstərmək olar: kemik, kemiklik, kendi, kepek, kertenkele, kese, kesik, kesinti, kilif, kimse, kimlik, kireç, körlük, köşe, köylü, küçük, küpe, kürkçi.

Türkmən dilində də dilarxası saitlərin əvvəlində işlənmək üçün k (ka) samiti olduğu üçün k (ke) samiti bir qayda olaraq dilönü saitlərdən əvvəl işlənir: kelem, keleek, kenerlemek, kelleli, kese, keçer, kilim, kiriş, kişilik, kənelmek, köpüklik, kolçesiz, küpremek, küylülük.

Qaqauz dilində də k (ke) samiti eyni qayda üzrə dilönü saitlərdən əvvəl işlənir: kekə (pəltək), kenelmə, kelebek, kellenmə (keçəllənmə), kelir, kemik, kendi, kertik (kəsik), kese (kisə), kesilme, keskin, kilim, kinli, kirlilik, kirpik, küçük (kiçik).




Yüklə 222,04 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin