G samitinin sırası
G samiti də dilortası g (ge) samiti kimi həm dilarxası və həm də dilönü saitlərdən əvvəl işlənə bilir: gonbul, goplamaq, gorbagor, bumbuldamaq, bumbultu, guppultu, gurlmaq, gurultu; geniş, gedim, geyim, gəlmək, gəlin, gödək, gözlük, görünmək, girmək, girişmək, gilə, gileylənmək, gicikmə, gülmək, gülüşmək, gülümsər, güdmək, güzgü və s.
G samiti türk dilində ancaq dilönü saitlərdən əvvəl işlənir: gece, gevermek, geçici, geçit, gelir, gemir, gelirli, gelin, geniş, gerçek, geriye, gidiş, gidiyor, gizlice, görev, görkemli, gözetçi, güçli, gümüş, güney, güve, güzel, güzellik.
Türk dilində g samitinin işarəsi ilə özündən sonra dilarxası saitlər işlənən sözlərə də rast gəlmək olur. Belə sözlər, əsas etibarı ilə alınmalardan ibarətdir ki, onlarda da g işarəsi q kimi tələffüz edilir: gocuk (kürk), göfer (susiçanı), göfret (vafli), gondol, gong, grafik, gram, grammatik, granit, grif, grup və s.
Y samitinin sırası
Y samiti Oğuz dillərinin hamısı üçün ümumişlək bir səsdir. Y samiti həm dilarxası saitlərdən və həm də dilönü saitlərdən əvvəl sözün başlanğıcında işlənir.
Azərbaycan dilində: yağlı, yağış, yaba, yağıntı, yaxın, yaxşı, yanıq, yapış, yol, yolaq, yorğun, yoluxmaq, yığcam, yığıncaq, yıxılmaq, yırtıq, yuxu, yumru, yumşaq; yeyinti, yerli, yetişmək, yemlik, yetkin, yəhər, yəhərli, yüklü, yüksək, yüngül, yüyən, yönəlmək, yöndəmsiz və s.
Türk dilində: yalancı, yanlışlık, yapışkan, yaprak, yaratıcı, yardımcı, yastık, yılan, yıldız, yıllıx, yumuşak, yine, yeni, yüce, yuceltmek, yürütmek, yüzücü və s.
Türkmən dilində: yanı, yaba, yaqmur, yakınlatmak, yakılmak, yamanlatmak, yamanlık, yoqın, yoksullık, yonmak, yovşanlık, yumurta, yuvaşamak, yıqcamlaşmak; yönekelik, yöneliş, yönelmek, yüzlük, yüzücilik, yüzükçi, yeqdeklemek, yekeltmek, yelpenmek, yetim, yetirmek, yiqrimi, yiqrenç, yitilenmek və s.
Qaqauz dilində: yaalanma, yaalık, yaanma, yaarın, yabanı, yavannık, yavuz, yazlık, yaldız, yaltık, yastık, yoksul, yorqunnuk, yortmaa, yudum, yukarda, yumruk, yımırtka, yımışak, yılık; yoklamak, yuva, yeşil, yeni, yüce, yürümek və s.
T samitinin sırası
T samiti dil-diş kipləşən kar samitdir. T samiti özünün sözyaratma və mənafərqləndirmə keyfiyyətinə görə Oğuz dillərinin hamısında intensiv işlənir. İntensivliyə görə t samiti sözün başlanğıcında həm dilarxası və həm də dilönü saitlərdən əvvəl işlənə bilir. Dilortası və dil-diş samitlərinin sözün başlanğıcında dilarxası və dilönü saitlərdən əvvəl işlənməsi onu göstərir ki, sözyaratmada və məna fərqləndirilməsində bu cür samitlər dilarxası samitlərdən daha çox keyfiyyət üstünlüyünə malikdir. Dilortası və dil-diş samitlərinin söz əvvəlində saitlər sistemi ilə əlaqədar baş verən mütəhərrikliyi səslərin sırası hesabına sözyaratmanın ikinci mərhələsini əks etdirir. Burada həm səslərin ardıcıllığı və həm də sözyaratma funksiyası bir vəhdətdə ümumiləşib birləşir. Ancaq onu da nəzərə almaq lazımdır ki, türk dillərində aqlütinasiya inkişaf etdikcə sözün başlanğıcının sözyaratma funksiyası azalmağa başlayır. Ona görə də sözün əvvəlində sözyaratma funksiyası ilkin əlamət kimi daha çox kipləşən samitlərdə qalır [123]. Novlu cingiltili samitlər isə başlanğıcda bir qayda olaraq təqlidi sözlərin əvvəlində daha çox işlənir. Eyni zamanda bu əlamət dilortası samitlərindən başlamış başlanğıcda işlənən digər samitlərin özündən sonra gələn saitlərlə birlikdəki sırasında mühafizə olunur.
T samiti Azərbaycan dilində aşağıdakı kimi sözlərin başlanğıcında dilarxası və dilönü saitrlərdən əvvəl işlənə bilir: tağar, talamaq, talvar, talan, tanımaq, tanışlıq, tapdırmaq, tarımlanmaq, taya, taytıma, tığlanma, tıxaclıq, tıqqıltı, tırıltı, toxunmaq, toplanmaq, toxaclamaq, tutulmaq, tuşlanmaq, tutarlı, tutqunlaşmaq; tezlik, tezləşmə, telli, tələsmək, tərpənmək, təpikləmək, tikinti, tikiliş, titrəmək, tökülmək, törənmək, tüklü, tündləşmək, tütün, tüstü və s.
T samiti türk dilində də sözün başlanğıcında dilarxası və dilönü saitlərdən əvvəl işlənir: tanış, tanıştırmak, taşıyıcı, tavuk, tavla, tavus, taze, tıkaç, toprak, toplamak, tutuklamak, töre, tüfek, tüstü, tütsülemek, tüzük və s.
T samiti türkmən dilində də eyni qayda üzrə dilarxası və dilönü saitlərdən əvvəl sözün başlanğıcında işlənə bilir: talabçı, tapındı, tarazlaşmak, tarkıldı, tırnıldamak, tarrıldamak, tannır, tannırdamak, taşlaşmak, topbaş, tussak, tussaqlık,təmizlik, təzelemek, tönge (kötük), tümmül (uğramaq), tümmen (dümbək), tüsse, tünni (irəli çıxmaq), tünnermek (çıxmaq) və s.
Dostları ilə paylaş: |