D samiti də t samiti kimi sözün başlanğıcında dilarxası və dilönü saitlərdən əvvəl işlənə bilir: Azərbaycan dilində: dağlıq, daşlıq, dağıntılıq, daraltmaq, danışmaq, darıxdırıcı, doydurmaq, doyumcul, dolanmaq, dolandırmaq, dolaşdırıcı, duyğu, duruş, duruxmaq, dırmıq, dırmıqlamaq, dışarı; dəyişdirmək, dəyişiklik, döndərmək, dönüklük, döyüşkən, diyirlənmək, dirilmək, dimdikləmək, düşkünlük, düzülüş və s.
Türk dilində: dağıtıcı, dayanmak, dayak, dokuz, doğum, doğru, doksan, donatmak, duvar, dudak; demirci, değirmi, değişken, dekde, diken, dilençe, dilenci, direnç, dirsek, dönüş, dövme, düdün, düşünce, düğüce və s. Türkmən dilində: daban, dabırdatmak, dumanlık, doqrı, dadınmak, dakmak, dolamak, daldav, dınçlık, daşarı; deçerli, deqirmen, deqişme, denreşmek, dilmaç, dökülmek, dövdürmek, düzüm, düvme, dünnürdemek və s.
Qaqauz dilində: daalış, daanıx, dayanma, dakılı, dalamak, dalaşkan, darqınnık, donum, dokuz, dokumaa, donattırma, dooru, doorantma, duyqu, dumannık, dudak, duvar, dırıldama, dökmə, dönmə, düzqün, düüşçü, düşkün, düün (toy).
Ç samitinin sırası: Ç samiti də dil-diş samitlərindən biri kimi sözün başlanğıcında dilarxası və dilönü saitlərdən əvvəl işlənir: Azərbaycan dilində: çağırmaq, çatdırmaq, çaylaq, çalışmaq, çanaq, çaşdırmaq, çoxluq, çoxalmaq, çuxur, çuğulluq, çubuk, çığırmaq, çınırtı, çıxarmaq, çırtdamaq, çəngəl, çənə, çətin, çəmənlik, çeynəmək, çevikləşmək, çörəkçi, çözələmək, çöküntü, çürüntü, çürüdülmək, çirklilik, çimizdirmək, çimdikləmək.
Türk dilində: çakal, çalışmak, çakmak, çarpaz, çukur, çıplak, çıtırdamak, çorba, çıkıntı, çıkarmak; çekirge (çəyirtkə), çenişmek, çeşitli, çizilmiş, çörek, çizme, çürük və s.
Türkmən dilində: çaqa, çaqıl, çaqırmak, çaknışmak, çalpavlanmak, çaltlık, çıbık, çanaklık, çoluklık, çaqqavul; çekdirme, çekirtke, çuvaldız, çemçe, çeper, çennel, çiqremek, çökdürmek, çörek, çözmek, çürrük, çüyrük, çüylemek və s.
Qaqauz dilində: çaarma, çabuk, çadır, çayırlık, çannık, çorba, çual, çıbık, çıkık, çınar, çıban; çenqel, çepreşik, çetinnik, çökük, çörek, çirkinnik, çizmeçi, çilli, çimdik, çürük, çürümə və s.
C samitinin sırası
C samiti cingiltili səs kimi Oğuz qrupu dillərində sözün başlanğıcında çox intensiv deyildir. C samiti təqlidi sözlərdə daha artıq işlənə bilir. Sözün əvvəlində işləndikdə isə özündən sonra həm dilarxası, həm də dilönü saitlər işlənir.
Azərbaycan dilində: cadar, cadar-cadar, cağıldatma, calaqlanma, cığıldatma, cızıldaşmaq, cırıq, cırıldatmaq, cırmaqlamaq, coşqunluq, corab, cingiltili, civildəşmək, gücü, cücə, cöngə, cücərmə və s.
Türk dilində: canlanmaq, canlılıq, cılız, cıvıldamak, cıvıltı, coşqun, cengellik, ceviz, cüce, civciv və s.
Türkmən dilində: carnıldamak, carçı, catırdamak, cazlanmak, cangırdamak, cigitlik, cortmak, conkuldamak, coran, cuqur, coşqunluk, cıqıltılı, cırıxlamak, cınnırdatmaq, cülpüldü, cürdek, cüyce, cürrüldemek.
Qaqauz dilində: canqır-cınqır, canqır-cukqur, cepli, cıqırdamak, cızlamak, cınqırdak, ceviz, cici, cinnilti, cüce.
Ş samitinin sırası
Ş samiti novlu kar samit olduğu üçün söz əvvəlində karlığa görə daha çox işlənir. Ş samiti digər dil-diş samitləri kimi sözün başlanğıcında həm dilarxası və həm də dilönü saitlərdən əvvəl işlənir.
Azərbaycan dilində: şaqqıltı, şaqqırdatmaq, qapalaq, şıltaq, şıllaq, şırıldamaq, şorlamaq, şumlanma, şeşələnmə, şələli, şillələnmək, şişkinləşmə, şütük, şütümək.
Türk dilində: şakalık, şalğam, şalvar, şapırdatmak, şaşkınlık, şakırtı, şarpıldı, şarıldamak, şimşek, şişlemek, şişirtmek, şişirdilmek.
Türkmən dilində: şaqqıldatmak, şaqırdaşmak, şakqıldamak, qalpıldamak, qalpıldı, şapalak, şapırdatmak, şarkıldatmak, şokurdamak, şırrıldı, şıqqıldı, şuluk, şitil, şellik (şikəst) və s.
Dostları ilə paylaş: |