Azərbaycan respublikasi əlyazması hüququnda OĞuz qrupu türk diLLƏRİNDƏ fonetik uyğunluq və norma



Yüklə 222,04 Kb.
səhifə37/40
tarix02.02.2022
ölçüsü222,04 Kb.
#114030
1   ...   32   33   34   35   36   37   38   39   40
Qaqauz dilində:şalvar, şaşmak, şaşırtmak, şuraya (bura), şıpırtı, şindi (indi), şişkin, şişmek və s.

Ş samitinin cingiltili variantı j samiti söz əvvəlində işlənmir.

S samitinin sırası

S samiti də ş samiti kimi novlu kar səsdir. S samitinin də özündən sonra həm dilarxası, həm də dilönü saitlərin ardıcıl işlənməsi norma kimi sabitləşmişdir.

Azərbaycan dilində: saçmaq, saçlı, sağlıq, sallaşmaq, salxım, soluxmaq, sorğu, sorulmaq, suvarmaq, susamaq, susuzluq, susmaq, sıxmaq, sığışmaq, sıxışdırmaq, sıralanmaq, sındırmaq, sellənmək, sevmək, sevinc, sevindirici, səkkiz, səssizlik, səyirmək, sivrilmək, sivişmək, sinirmək, süzmə, süzülmə, südlü, sümük, sürülmək və s.

Türk dilində: saçak, saçlı, saçma, saçmalama, sağır (kar), sakal, saklamak, sığırcı, sığışmak, sıkışık, sınır, sokulmak, sorumlu, sulu, suçlu, seçim, seçilmek, sekiz, serinlik, sevmek, söymek, sözlük, sömürge, sümük, süngü və s.

Qaqauz dilində: saazlık (qamışlıq), saalık (sağlıq), saamak (sağmaq), savaşmak, sayqılı, saplı, sarmaşık, sarıca, soyqun, soyunmak, solqunnuk, sıkıştırma, sırtlık (arxalıq), sıırçın (sığırçın), sevinmək, sevmə, seslem, seçmə, siyrek, sirke, sümsük, sürmə, sütlü və s.

S samitinin cingiltili variantı olan z samiti də əsas etibarı ilə təqlidi sözlərin başlanğıcında işlənməklə özündən sonra dilarxası və dilönü saitlərin işlənməsini tələb edir.

Azərbaycan dilində: zarıldamaq, zarımaq, zanqıldamaq, zığlanmaq, zıqqıldamaq, zırıldamaq, zınqrov, zoğal, zoğlanmaq, zoqquldamaq, zəvzək, zəvzimək, zəvzəkləmək, zingildəmək, zillənmək, züyüldəmək.

Türk dilində: dıplamak, zorlaşmak, zıpqırdamak, zırıltı, zevzek, zinkirleme.

Türkmən dilində: zannar (yalançı), zanırdatmak, zannırdı, zinkildemek, zinnirt (dik duran), zürrük (əşya).

Qaqauz dilində: zorlamak, zorlaşma, zıqırtı, zınqırdak, zırlama, zırıltı, zevzek, zinkirlemə.

Dil-diş samitlərindən üç samit (l, n, r) sonordur. Onlardan r samiti söz əvvəli üçün xarakter deyil. L, n samitləri isə söz əvvəlində intensiv işlənə bilmir. Ancaq işləndiyi yerlərdə də özlərindən sonra həm dilarxası, həm də dilönü saitlərin yerləşməsini tələb edir. Bu samitlərin saitlərdən əvvəl işlənməsinə dair aşağıdakı kimi nümunələri misal göstərmək olar: lağım, laxamaq, lağlağı, lağlağıçılıq, laxlamaq, lalıqlama, loqqultu, lıqqıltı, lıqqıldamaq; ləlimək, ləpəli, ləpik, lökkültü, lüləli, lükkültü; naqqal, naqqallıq, narın, nələr, nənə, nənni, nökər (Azərb.); lakırtı, lukkultu; ne, neçin, niye, ninni, nine (türk); lenner (ləngər), lokquldı, lokquldamak, lönküldemek, lönküldemek, nemee, nəzik (türkm.); lakırdı, lupurdu, nacak (balta), nemni (şehli) (qaq.).

Dodaq samitləri də öz tələffüz şəraitinə görə sözün başlanğıcında işləndikdə özlərindən sonra dilarxası və dilönü saitlərin işlənməsini tələb edir. ancaq dodaq samitlərinin söz əvvəlində işlənməsinin Oğuz dilləri üçün ümumi olan bir əlaməti də vardır ki, o da novlu samitlərin, həmçinin sonor m samitinin başlanğıcda az işlənir. F samiti isə, ümumiyyətlə, türkmən dili sözlərinin əvvəlində işlədilmir. Dodaq samitlərinin söz əvvəlində işlənməsi ilə özündən sonra sait səslər mövqeyinə görə, dilarxası və dilönü xarakterindən asılı olmayaraq işlədilir.

Dil-diş samitlərinin özündən sonra saitlərin işlənməsi ilə bağlı normalaşmış sıralanma ardıcıllığı aşağıdakı kimidir.



P samitinin sırası

P samitinin saitlərlə yaratdığı sıralanmanı Oğuz dillərinə aid aşağıdakı nümunələrdən müşahidə etmək olar: parça, paltar, paya, paylaşma, polad, pozuqluq, pusqu, puçluq, puçurlanma, pıqqıltı, pıqqıldamaq, pərtlik, pərtləşmək, pörtmək, pöhrələnmək, pislik, pişik, piylənmək (Azərb.), parmak, papak, para, parça, parlak, paslı, porsuk, pulluk, pusu, pişirmek, pişmiş, püskürmek (türk); palçık, parlak, parrıldamak, paşşıltı, pınkırtmak, pışşıltı, parça, patırdı, paşmak, porsımak, pudak, pıkırdamak, pıçak, peltek, pislik, pişik, püffildi, pürkmek (suyu püfləmək) (türkm); parmak, parmaklık, patlama, pıtırak, pıtırdı, pinmə (minmək), pişirim (qaq.).

B samitinin sırası

B samiti başlanğıcda işləndikdə, i samitində olduğu kimi özündən sonra dilarxası və dilönü saitlər işlənə bilir: bağlı, bağırsaq, balaca, balalı, boyun, boğaz, boşalma, buxar, buynuz, bulaq, bıçaq, bıçqı, bığlı, bəyirmək, bəyənmək, beyin, becərmək, böyüşək, böyütmək, büzülmək, bürüşmək, bütünlük (Azərb.); bacanak, bağımsız, bağlamak, bakış, balık, başak, borçlu, boyacı, boynuz, bulaşık, bulucu, bulut, buruşmak, bıçak, bıyın, becermek, belge, böcek, bölünmek, böbrek, bıçmek, birleşik, büyük, büzülmüş (türk), baba, badamlık, bağlamak, bakdırmak, bakılmak, bassırma, bozuk, boyakçı, bulutlu, burqı, beqenmek, berkişmek, birden, bitin, biçilmek, bökelek, börek, bölinişmek, bürüşmek, bürüşdürmek (türkm.); baacı (bağçı), baalama, balık, bozuk, boncuk, boorç, buqa ( (buğa), buza (buzov), buynuz, buyurma, beri (bəri), becerme, beslenmə, böcek, bölek, biberlik, birleşmə, büürek (qaq.)

M samitinin sırası

M samiti sonor olmaq üzrə sözün əvvəlində az işlənsə də işləndiyi sözlərdə özündən sonra dilarxası və dilönü istiqamətindəki saitlərin yerinə görə gəlməsinə məhdudiyyət yoxdur: mamır, martlamaq, marçıldatmaq, mayalanmaq, moruq, motal, mıxra, mıqqıldı, mırıq, mələmək, mələşmək, mənimsəmək, minmək, mindirmək (Azərb.); manda (öküz), movlamak, mırıltı, mutlu, memeli, menekşe, meşe (türk), moncuk, mürtlı (bığlı), məme, meniz, münmek, münlerçe (türkm.); maulama, menevşa, meşelik (qaq.).

B samitinin sırası

B samiti novlu olduğu üçün söz önündə intensiv işlənə bilmir. Lakin işləndiyi sözlərdə özündən sonra mövqeyinə görə hər hansı saitin yerləşməsində maneçilik yoxdur: varlanmaq, varlı, vurmaq, vurulmaq, boyultu, vıyıltı, vızıltı, vermək, bicələnmə ( Azərb.), vurmak, varmak, varlıq, vermek, vergi, verici, vızıltı, vurğu (türk), vakırdı, vazırtı, vannıldı, vızırdı, vazzıldı, vəqdirmek (bəyirmək), vəqirişmek (bəyirişmək); varlı, varlık, varma, verqi, verici, verim, vızlamak (qaq.).

F samitinin sırası

F samiti novluluğa görə sözün başlanğıcında bütün saitlərdən əvvəl işlənə bilmir. İşləndiyi məqamlar isə aşağıdakı nümunələrdən göründüyü kimidir: fırça, fırıldanma, fırfıra, fırıldaq, fırlı, fısıltı, fışıldamaq, fışqırmaq, fitləşmək, fitilləmək,fətir (Azərb.), fındık, fırça, fırınçı (peç yandıran), fırlamak, fırlatmak, fırtına, fişmmek (türk), fıydırma (tullama), fıydırık (atılmış), fıkırdamak (qaynamaq), fırlamak, fırlak, fırın (peç), fışırdamak, fitli, fişlemə (qaq.).

Samit və saitlərin sırası sözün ilk hecasında daha aydın şəkildə müşahidə edilir. Sözün sonuna doğru tərkibdə digər fonetik vahidlər işləndiyi üçün başlanğıc samitin hansı saitlərlə işlənə bildiyini tam şəkildə müəyyən etmək olmur. Odur ki, samit və saitlərin sırasının ilk heca üzrə təhlil olunması məqsədəuyğun hesab edilmişdir. Təhlillərdən aydın olur ki, Oğuz qrupu dillərində bütün samitlər saitlərlə tam sərbəst sıralana bilmir. Dilin lüğət tərkibini nəzərdən keçirdikdə isə aydın olur ki, analitik-flektiv dillərdən bu dillərə daxil olan sözlərdə tam bir sərbəstlik mövcuddur. Doğrudur, belə bir sərbəstliyin olmaması türk dillərində sözün daxili inkişafını məhdudlaşdırır. Ancaq türk dillərində sözün qrammatik formalar üzrə inkişafı da analitik – flektiv dillərdə aktiv deyildir. Türk dillərində ilkin fonetik struktur ardıcıllığın mühafizəsi məhz onun bütün sözyaratma gücünün sonşəkilçililik üzərində yüklənməsi ilə bağlı olmuşdur. Ancaq o da var ki, türk dillərində, o cümlədən Oğuz dillərində daxili dəyişmələr baş vermədiyindən və ya bu proses məhdud olduğundan sərbəst daxili dəyişmələr üzrə formalaşmış sözlər başqa dillərdən alınaraq mənimsənilmişdir.

Türk dillərinə qalan əsas əlamət isə ilkin strukturun sait və samitlər ahəngi (ardıcıllığı və sırası) kimi mühafizəsindən ibarət olmuşdur.


Yüklə 222,04 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin