Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 0,54 Mb.
səhifə276/303
tarix01.01.2022
ölçüsü0,54 Mb.
#105598
1   ...   272   273   274   275   276   277   278   279   ...   303
Embriologiyası. Mayalanmadan sonra XX və ya XY xromosomlarının birləşməsi ilə embrionun inkişafı ilə ektoderma və endoderma qalıqlarının birləşməsi nəticəsində kloaka membranı əmələ gəlir. İkinci ayda embrionda yumşaq toxuma və fasial strukturlar meydana gəlməyə başlayır. Kraniumdan kloaka membranına qədər olan məsafədə orta xəttə inkişaf edən sallanma nəticəsində hər iki tərəfdə urogenital kürəciklər (genital tuberkullar) və bunların arasında uretral şırım adlandırılan törəmələr meydana çıxır. Bu genital qabarcıq embrionun inkişafı ilə birlikdə davam edir. Bu müddətdə hər iki cins üçün inkişaf eyni gedir. Əgər bu səhifədə xayalar inkişaf etməzsə, genital tuberkul klitora, urogenital büküşlər kiçik dodaqlara və labioskrotal çıxıntılar böyük dodaqlara çevrilərək normal xarici cinsiyyət orqanları formalaşır. Xayaların inkişaf etməsi ilə xarici cinsiyyət orqanları normal kişi görünüşü alır. Bu müddətdə genital kürələr sürətlə bağlanaraq kanal əmələ gətirir və silindirik struktur inkişaf edir. Həmin kanal dərinləşərək cism üzərində distala doğru irəliləyir. Uretral büküş bir çıxıntı halına gəlir, üçüncü ayın sonunda bağlanmağa başlayır. Kənarlarda inkişaf edən proliferasiya bu bağlanmanı təmin edərək onu orta xəttən simmetrik iki parçaya ayırıb uretranı formalaşdırır. Penisin embrional inkişafının hər hansı bir dövründə pozulma olduqda, hipospadiya deyilən anadangəlmə deformasiya meydana çıxır.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   272   273   274   275   276   277   278   279   ...   303




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin