Tədqiqatın nəzəri və metodoloji əsasını ölkəmizin və xarici ölkə alimlərinin tədqiqatları, dəruslikləri, dərs vəsaitləri, metodiki vəsaitləri, Azərbaycan Respublikasında xarici iqtisadi fəaliyyəti, həmçinin maliyyə uçotu və hesabatı sistemini tənzimləyən qanunları, milli və beynəlxalq uçot və hesabat standartlarıdır. Dəyəri xarici valyuta ilə ifadə olunan aktivlərin və öhdəliklərin, valyuta əməliyyatlarının uçotu və hesabatının nəzəri, metodoloji və praktiki aspektləri tədqiq olunarkən «Xarici valyuta məzənnələrində dəyişikliklərin təsiri» adlı MHBS 21 və «Xarici valyuta məzənnələrində dəyişikliklərin uçotu üzrə» MMUS 22-nin müddəaları və təsbitləri əsas götürülmüşdür. Bundan başqa «Valyuta tənzimi haqqında» AR Qanununun müddəaları nəzərə alınmışdır.
Tədqiqatın aparılması metodikası kimi ümummetodoloji tədqiqat metodları, statistik və iqtisadi təhlil metodları istifadə olunmuşdur. Dəyəri xarici valyuta ilə ifadə olunan aktivlərin, öhdəliklərin uçtoda əks etdiridməsi, maliyyə hesabatında yenidən hesablanması zamanı ikili yazılış, ilkin dəyərlə, ədalətli dəyərlə, balans dəyərilə qiymətləndirmə metodlarından geniş istifadə edilmişdir.
Dostları ilə paylaş: |