Azərbaycan respubliкasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti faкüLTƏ: «Uçot-iqtisad»



Yüklə 94,46 Kb.
səhifə13/29
tarix10.01.2022
ölçüsü94,46 Kb.
#108627
1   ...   9   10   11   12   13   14   15   16   ...   29
III halda hesablama metodu ilə uçot apardıqda görürük ki, şirkətin aylıq xərcləri 30,000 manat təşkil edir (10,000 manat məbləğində nağd xərclər + dama çəkilən 1,800,000 / 10 il + rəngləmə xərcləri 180,000 / 3 il). İlk baxışdan, gəlirin 30%-I həcmində xərc əhəmiyyətli görünə bilər və biz həmin binanı investisiya əmlakı kimi təsnif etməmiş olarıq. Amma cari və əsaslı təmir işləri köməkçi xidmət hesab olunurmu? Standartda “köməkçi xidmətlərin” anlayışı verilmir, amma çox güman ki, buraya cari təmir işləri yox, bina sahibi tərəfindən təmin edilən ümumi qəbul otağının yaradılması kimi ümumi işlər, ofis sahəsinə xidmət göstərilməsi və s. aiddir və bu, aylıq icarə haqqına daxil edilir. Buna görə də, bu halda da biz həmin əmlakı investisiya əmlakı kimi təsnif edə bilərik. Şübhəsiz ki, əmlakın investisiya əmlakı olub-olmamasının müəyyənləşdirilməsi qiymətləndirmə ilə bağlıdır. Təcrübə baxımından, əgər biz köməkçi xərclərin 25%-dən artıq olduğunu və bunun aktivin investisiya əmlakı qismində son təsnifatından qabaq ən yüksək səviyyə olduğunu ehtimal ediriksə, o zaman məsələnin ən sadə həlli yolu bu amilləri ayrıca hesabda və ayrıca mənfəət və zərər haqqında hesabatda göstərməkdən ibarətdir.

3-DAŞINMAZ ƏMLAKA İNVESTİSİYALARIN UÇOTU

Daşınmaz əmlaka investisiyalar (investisiya məq­səd­li daşınmaz əmlak) – malların istehsalı və ya təchizatı, ya­xud xidmətlərin göstərilməsi üçün istifadə edilən, inzibati məq­səd­lər üçün və ya adi fəaliyyət halında satış məqsədi ilə saxlanılan əmlakı istismar olmaqla, icarə ödənişlərinin əl­də edilməsi və ya kapitalın artırılması məqsədi ilə (və ya hər iki məqsəd üçün) saxlanılan əmlakdır (torpaq, tikili, ti­ki­­linin bir hissəsi və ya hər ikisi).

İnvestisiya əmlakı icarə ödənişlərini əldə etmək və ya kapital artımına nail olmaq məqsədi ilə saxlanılır – sə­ciy­yəvi olaraq, bu məqsədlərin hər ikisi güdülə bilər, amma kapitalın əldə edilməsi səviyyəsinin maksimal­laş­dırıl­ması üçün bina əldə edərək onu qəsdən tam boş sax­la­maq da kifayət qədər mümkündür. Bu xüsusən da inves­ti­siya əmlakı torpaq sahəsini və binaları, eləcə də həmin tor­paq sahəsinin və binaların icarəsini nəzərdə tutur. Buraya mə­sələn, zavod və avadanlıqlar kimi uzunmüddətli aktiv­lər, yaxud satış məqsədi ilə saxlanılan maddi istehsal eh­ti­yat­­ları daxil deyil.

Daha bir tələb ondan ibarətdir ki, aktiv, investisiya əm­lakı hesab olunmaq üçün biznesin saxlanılan digər aktiv­lərdən asılı olmadan pul vəsaitlərinin axınını yarada bil­sin. Bu, məsələn, pul vəsaitlərini yaradan vahidin bir his­səsi deyil, yəni nağd pul yaratmaq üçün birgə çalışan va­hid aktivlər qrupu hesab olunmur.

İnvestisiya mülkiyyəti obyektlərinə nümunələr:


  • adi əməliyyat fəaliyyəti çərçivəsində qisamüddətli sa­tış üçün deyil, kapitalın dəyərinin artırılması (yəni onun ba­zar qiyməti) məqsədilə uzunmüddətli saxlanılan torpaq sa­həsi;

  • gələcək təyinatı cari dövrdə qeyri-müəyyən olan tor­paq sahəsi;

  • hesabat verən müəssisənin mülkiyyətində olan (və ya hesabat verən müəssisənin mülkiyyətində maliyyə ica­rə­si müqaviləsinə əsasən olan) və əməliyyat icarəsi mü­qa­vilə­sinə əsasən icarəyə verilmiş tikililər, qurğular;

  • hal-hazırda boş olan, lakin əməliyyat icarəsi mü­qa­vi­ləsinə əsasən icarəyə verilməsi nəzərdə tutulan tikililər;

  • gələcəkdə investisiya mülkiyyəti kimi istifadə edil­mə­si nəzərdə tutulan başa çatdırılmamış tikinti və ya rekons­truksiya mərhələsində olan obyektlər.

İnvestisiya mülkiyyətini aktiv kimi onunla bağ­lı gələcək iqtisadi səmərələrin müəssisəyə axını ehtimal olun­duqda və onun ilkin və ya ədalətli dəyərini etibarlı şə­kil­də qiymətləndirilmək mümkün olduqda tanımaq la­zım­dır.

İnvestisiya mülkiyyəti ilkin olaraq öz ilkin dəyəri (ma­ya dəyəri) ilə, yəni əməliyyat xərcləri də daxil olmaqla onun əvəzində verilmiş kompensasiyanın ədalətli dəyəri ilə qiymətləndirilir. Alınmış investisiya mülkiyyətinin də­yə­rinə alış qiyməti və birbaşa ona aidiyyəti olan məsrəf­lər aiddir. Birbaşa məsrəflərə daxildir, məsələn, hüquqi xid­mətlərinin göstərilməsi ilə bağlı peşəkar mütəxəssisin haqqı və ya mülkiyyət hüququnun verilməsi ilə bağlı ver­gilər. Təsərrüfat qaydasında (yəni, müəssisənin daxili im­kan­ları ilə) tikilən investisiya mülkiyyətinin dəyəri bu daşın­maz əmlakın tikilməsi və ya yenidən inşa edilməsi ba­şa çatan anda çəkilən məsrəflərdən ibarətdir.

İnvestisiya mülkiyyətinin gündəlik istismar məsrəf­ləri çəkildiyi dövrün xərclərinə aid edilməlidir. Əgər inves­t­isiya mülkiyyətinin hissələri faydalı istifadə müddəti ər­zində dəyişdirilməlidirsə, müvafiq məsrəflər ka­pi­tal­laş­ma­lıdır, çünki aktivin tanınma meyarları yerinə ye­tiril­mişdir. İnvestisiya mülkiyyətinin əvəz edilmiş hissəsinin ye­ni hissə qoyulduğu andan aktiv kimi tanınması dayan­dırılır.

Müəssisə ilkin tanınmadan investisiya mülkiyyətinin son­rakı qiymətləndirməsi üçün iki metoddan birini seç­mə­li­dir:



  • ədalətli dəyərlə uçot metodu;

  • alışın ilkin dəyərlə uçot metodu.

İlkin tanınmadan sonra ədalətli dəyər metodunu se­çən müəssisə ona məxsus bütün investisiya mülkiyyətini xü­susi hallar istisna olmaqla ədalətli dəyərlə qiy­mət­lən­dir­mə­lidir. İnvestisiya mülkiyyətinin ədalətli dəyərində də­yi­şik­­liklərdən yaranan mənfəət və ya zərər yarandığı dövrün xa­lis mənfəət və ya zərərinə aid edilməlidir. Ədalətli dəyər he­sabat tarixi (lakin nə keçmiş, nə də gələcək tarix) və­ziy­yətinə qüvvədə olan bazar şəraitini və faktiki şərtləri əks et­dirməlidir.

İlkin dəyər metodunu seçən müəssisə ilkin ta­nın­ma­dan sonra ona məxsus bütün investisiya mülkiyyətini əsas və­saitlərə analoji olaraq (yəni, yığılmış amortizasiya və ak­tivin qiymətdən düşməsi üzrə yığılmış zərərlər çıxıl­maq­la ilkin dəyərlə) əks etdirməlidir. İlkin dəyər me­to­du­nu seçən müəssisə öz investisiya mülkiyyətinin ədalətli də­yəri haqqında məlumatı açıqlamalıdır.

Bir uçot metodundan digərinə yalnız o zaman keç­mək olar ki, bu keçid məlumatın daha dolğun olmasını tə­min edir. Hesab olunur ki, ədalətli dəyər metodundan alı­şın ilkin dəyər metoduna keçidi zamanı bu vəziyyətin baş ver­məsi praktik olaraq qeyri-mümkündür.

İnvestisiya mülkiyyəti xaric olunduqda və ya daimi ola­raq istifadədən çıxarıldıqda və bu daşınmaz əmlakın xa­ric olunmasından heç bir gələcək iqtisadi səmərənin əl­də edilməsi ehtimal olunmadıqda onun tanınması da­yan­dı­rıl­­malıdır (yəni maliyyə vəziyyəti haqqında hesabatdan si­lin­dikdə).






Yüklə 94,46 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin