Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan texniKİ universiteti NƏZDİNDƏ baki döVLƏt rabiTƏ VƏ NƏQLİyyat kolleci



Yüklə 0,98 Mb.
səhifə29/38
tarix11.01.2022
ölçüsü0,98 Mb.
#110836
növüMühazirə
1   ...   25   26   27   28   29   30   31   32   ...   38
Şəkil 2.16. Paralel və ardıcıl rəqs konturlarının müqavimətləri (a) və fazalarının (b) kökdəndüşmədən asılılıqları.

Ardıcıl konturda olduğu kimi, paralel konturda da rezonans hadisəsi tezliyində, yəni generatorun tezliyi ilə konturun məxsusi tezliyi üst-üstə düşdükdə baş verir. Bu halda da tutum və induktiv müqavimətlər bir-birinə bərabər və hər biri ayrılıqda konturun dalğa müqavimətinə bərabərdir:



(2.17)

Rezonans halında paralel konturun Z0 müqaviməti aktiv mwqavimət xarakteri daşıyır və maksimum olur , cərəyan isə minimum olur .(şəkil 2.16.a).

Rezonans halında olduğunu nəzərə alsaq, I0mL=I0mC alınır, yəni rezonans halında konturun qollarından keçən cərəyanlar bir-birinə bərabərdir və maksimum olur. Dövrədən keçən ümumi cərəyan isə minimum qiymətini alır.

Paralel konturda gərginlik və cərəyanların vektor diaqramlarını quraq. E.h.q.-in E vektorunu şaquli istiqamətdə yuxarı yönəltsək, tutum olan qolda cərəyan vektoru ondan qədər irəli düşər, L induktivlik və R müqavimət olan qolda isə E vektorundan qədər geri qalar, yəni bu cərəyanlar əks fazada olar (şəkil 2.17).





Şəkil 2.17. Rezonans halında paralel konturda cərəyanların vektor diaqramı

Bu onu göstərir ki, əgər IL cərəyanı sxemdə göstərildiyi kimi, m-dən n-ə yönəlmişsə, IC cərəyanı n-dən m-ə yönəlmiş olur (şəkil 2.15). Bu cərəyanlar isə təxminən bir-birinə bərabər olduqlarından bunlara Ik kontur cərəyanı kimi baxmaq olar:

I0mL I0mC=Ik

Rezonans halında paralel konturun hər bir qolundan keçən cərəyan ümumi dövrədən keçən cərəyandan Q dəfə böyük olur. Buna görə də paralel konturda yaranan rezonans c ə r ə y a n l a r r e z o n a n s ı adlanır. Cərəyanlar rezonansı belə bir fiziki mənaya malikdir: əgər dövrə yalnız aktiv müqavimətlərdən təşkil olunmuş olsaydı, onda heç vaxt qollardan keçən cərəyan ümumi dövrədən keçən cərəyandan böyük ola bilməzdi. Lakin baxılan halda generator dövrəyə qoşulan kimi paralel konturun reaktiv elementlərində enerji ehtiyatı yaranır və ideal konturda olduğu kimi, elektrik enerjisinin maqnit enerjisinə və əksinə çevrilməsi prosesi baş verir. Bu halda generator yalnız konturda əmələ gələn itkiləri kompensasiya edir və itkiyə sərf olunan güc konturda toplanmış reaktiv gücdən kiçik olur. Buna görə generatorun yaratdığı ümumi dövrədən keçən cərəyan kontur cərəyanından kiçik də ola bilər.

Paralel konturun buraxma zolağı ardıcıl konturun buraxma zolağından iki dəfə böyükdür. Yuxarıda qeyd edildiyi kimi, paralel konturun faza xarakteristikası ardıcıl konturun faza xarakteristikasını əks işarə ilə təkrarlayır (şəkil 2.20,b) . Rezonans tezliyindən kiçik tezliklərdə φZ, -dən sıfıra, böyük tezliklərdə isə sıfırdan -ə qədər dəyişir. Bu halda da buraxma zolağı oblastında faza xarakteristikası, demək olar ki, xəttidir. Bu da, qeyd edildiyi kimi, kontur-filtr tərəfi


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin