Azərbaycan tarixi


Azərbaycan Respublikasının sosial-iqtisadi inki­şafı



Yüklə 0,62 Mb.
səhifə254/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   250   251   252   253   254   255   256   257   ...   269
Azərbaycan tarixi mühazirə

Azərbaycan Respublikasının sosial-iqtisadi inki­şafı. 1994-cü ildə bağ­lanmış “Əs­rin müqaviləsi” əsasında XXI əsrin ilk illərində Azərbaycanın neft strategiyası davam etdirildi.Həmin dövrdən keçən illər ərzində neft sənayesi dinamik inkişaf etmiş, 1998-2002-ci illərdə 65,5 mln. ton neft hasil edilmiş­dir.Birinci neft müqaviləsinə əsasən “Günəşli” yatağında neft hasilatına başlanıldı.
Azərbaycanda siyasətdə neft amilindən neft strategiyasının tərkib hissəsi kimi istifadə olunur.15 dövlətin 33 neft şirkəti ilə 21 neft müqaviləsi bağlanmış, bu sahəyə 60 milyard dollar investisiya qoyulmuşdur.Bu siyasətin həyata keçiril­məsi şirkətlərin mənsub olduğu ölkələrdə iqtisadi,siyasi və mədəni əlaqələrin inkişafina şərait yarat­mışdır.Neft amili Azər­baycanın beynəlxalq aləmdə mövqeyinin möhkəm­lən­məsinə də kömək edir.
1999-cu ildə Türkiyə, Azərbaycan, Gürcüstan dövlətləri Bakı-Tiflis-Ceyhan əsas Neft İxrac Boru Kəmərinin çəkilməsi barədə razılığa gəldilər.Bu kəmərin uzunluğu 1730 km., nəqletmə imkani isə ildə 50 mln. tondur. 2002-ci il sentyabrın 18-də Səngəçal sahil terminalında Azərbaycan,Türkiyə,Gürcüstan rəhbərləri bu kəmərin Azərbaycan hissəsinin, 2003-cü il mayin 23-də Gürcüstan hissəsinin təməlini qoydular. Bu layihənin 11 ortağı vardır. Boru xəttinin böyük hissəsi Türkiyə ərazisində olsa belə, Türkiyənin payı 6,5, neftin sahibi olan Azərbaycanın pay hissəsi isə 25 faizdir. Bakı-Tbilisi-Ceyhan boru xəttində Böyük Britaniya təkbaşına 30 faiz, ABŞ-ın 3 şirkəti 14 faiz paya sahibidir. Bunlardan başqa, Fransa, İtaliya və Yaponiya da bu layihədən qazanc əldə edirlər.
2001-ci il martın 12-də Türkiyə, sentyabrın 29-da Gürcüstan Respublukası ilə Bakı-Tbilisi-Ərzurum qaz kəməri vasitəsilə Azərbaycan qazının tranzit nəqli və satışı haqqında sazişlər imzalandı. Bu qaz kəməri Cənubi Qafqaz qaz kəməri də adlanır və uzunluğu 1050 km.-dir. 2003-cu il fevralın 27-dən bu qaz kəmərinin inşasına başlanıldı. 2003-cü il iyulun 24-də “Lider” dəniz qazma qurğusu istifadəyə verildi.
Azərbaycanda kənd təsərrüfatında keçirilən islahatlar nəticəsində 840 min ailə torpaq mülkiyyətçisinə çevrildi. Kənddə özəl iqtisadiyyat yarandı. Azərbay­can Respu­blikasıda kiçik və orta sahibkarlığın inkişafı üçün Dövlət proqramı hazır­landı və prezident tərəfindən 2002-ci il 17 avqust fərmanı ilə təsdiq edildi. 2002-ci il avqustun 27-də Respu­blika prezidenti yanında Sahibkarlar Şurası yaradıldı. Nəticədə, ölkədə milli sahibkar təbəqəsinin formalaşdırılmasına baş­landı.
“Böyük İpək Yolu”nun Ələt-Qazıməmməd hissəsinin üçqat asfaltlanmış 40 km-lik hissəsi çəkilib başa çatmış(2003-cü il iyulun 7-də), Bakı şəhərində Metropolitenin 20-ci stan­siyası olan “Həzi Aslanov” istifadəyə verilmişdir. Məcburi köçkünlər üçün Dövlət Neft Fondundan Füzuli rayonunun Harami düzündə 6, Biləsuvar rayonunda 13 yaşayış qəsəbəsi salınmışdır. Dövlət Neft Fondunun vəsaitləri 2003-cü ildə artıq 782 milyon ABŞ dollarına çatmışdı.
2005-ci ildə manatın denominasiyası haqqında fərman imzalandı, xəzinəyə iki milyard ABŞ dollarından artıq pul toplandı, neft gəlirlərinin vahid fonda yığılması və istifadəsi strategiyası müəyyən edildi.



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   250   251   252   253   254   255   256   257   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin