Azərbaycan tarixi


Azərbaycan Respublikasında hüquqi demokratik dövlət və və­tən­daş cəmiy­yəti quruculuğu



Yüklə 0,62 Mb.
səhifə255/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   251   252   253   254   255   256   257   258   ...   269
Azərbaycan tarixi mühazirə

22.5. Azərbaycan Respublikasında hüquqi demokratik dövlət və və­tən­daş cəmiy­yəti quruculuğu.

1995-ci ilin ortalarında Azərbaycan dövləti keyfiyyətcə yeni mərhələyə daxil oldu. Dövlət quruculuğu iqtisadi, sosial və mədəni tərəqqi, demokratiyanın qanunçuluğun inkişafı üçün geniş imkanlar açıldı. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendumu) ilə Azərbaycan Respublikasının Konstitu­tsiyası (Əsas Qanunu) qəbul edildi. 158 maddədən, 13 fəsildən ibarət bu Konstitusiya Azərbaycanın qazan­dığı bütün naliy­yətləri özündə əks etdirdi. 1995-ci il noyabrın 27-dən Konstitutsiya qüvvəyə mindi.Xalq müzakirəsindən sonra referendumda qəbul edilən Konstitusiyaya zərurət yarandıqda əlavələr edilir. Konstitusiyaya əlavə və dəyişikliklər referendum yolu ilə 24 avqust 2002-ci ildə, 18 mart 2009-cu ildə və 26 sentyabr 2016-cı ildə edilib.


2002-ci il avqustun 24-də referendumla Konstitusiyaya edilmiş dəyişikliyə görə majoritar və proporsional seçki sisteminin birlikdə tətbiqi ləğv edilmiş və ümumi majoritar seçki sistemi müəyyən olun­muşdur. Bundan əlavə, dəyişikliklərdə fövqəladə hallarda Prezident səlahiyyətlərinin Baş nazirə keçməsi, həmçinin Prezident seçkilərinin nəticələrinin sadə səs çoxluğu (50+1 faiz) prinsipi ilə hesablanması, hökumətin Milli Məclis qarşısında illik hesabatla çıxış etməsini, siyasi partiyaların ləğvi səlahiyyətlərinin Konstitusiya Məhkəməsindən alınaraq ümumi yurisdiksiyalı məhkəmələrə verilməsi, alternativ hərbi xidmət növünün forma­laşdırılması, Respublika Prokurorluğuna və Ali Məhkəməsinə qanun­vericilik təşəbbüsü ilə çıxış etmək səlahiyyətinin verilməsi, vətəndaş­lara Konsti­tusiya Məhkəməsinə birbaşa müraciət etmək imkanının yaradılması nəzərdə tutulurdu. 2009-cu ilin martın 18-də keçirilən referendumla Azərbaycan Respublikası Konstitusiyanın 29 maddəsinə ümumilikdə 41 əlavə və dəyişiklik edildi. Əlavə və dəyi­şiklik­lərin əksəriyyəti insan və vətəndaş hüquqlarının təminatı, vətən­daşların hüquqi statusunun aydınlaşdırılması və ədalət mühaki­məsini həyata keçirən məhkəmə hakimiy­yətinin (məhkəmələrin) vəzifələrinin müəyyən edilməsi məqsədi daşıyır.
1998-ci il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Azər­baycan Konstitu­siyası əsasında hazırlanmış yeni Konstitusiyası muxtar respublikanın Ali Məclisində qəbul edildi və həmin il dekabrın 29-da Azərbaycan Respubli­kasının Milli Məclisi tərəfindən təsdiq olundu. Naxçıvan Muxtar Respubli­kasının Azərbaycan Respublikası Konstitu­siyası ilə üzvi surətdə bağlı olan bu Konstitusiyası qəbul edilərkən Azərbaycan dövlətinin müstəqilliyini, suveren­liyini və ərazi bütövlüyünü qorumaq, haqq-ədalətə, qanuna əsaslanaraq Naxçı­van Muxtar Respublikasının əhalisinin layiqli həyat səviyyəsini təmin etmək, güzəranını yaxşılaşdırmaq, Naxçıvan Muxtar Respublikasında Konsti­tusiya çər­çivə­sində demokratik, hüquqi, dünyəvi dövlət quruluşuna təminat vermək, qanunun aliliyini qorumaq kimi niyyətlər bəyan edilib. Konstitusiyaya görə Naxçıvan Muxtar Respublikasına Azərbaycan Respublikası tərkibində Muxtar Dövlət statusu verildi.
1995-ci il noyabrın 12-də Azərbaycan Respublikası parlamentinə ilk demokratik seçkilər keçirildi. Milli Məclisə müxtəlif partiyaları təmsil edən 125 deputat seçildi. Azərbaycanın qanunverici orqanı Milli Məclis ölkədə siyasi, iqtisadi, mədəni prosesləri nizamlayan yüzlərlə qanun hazırladı və qəbul etdi.
Azərbaycan Respublikası Kosntitusiyasının (1995) qəbul edilməsi nəticəsində insan hüquqları və azadlıqlarının təmin edilməsinə zəmin yaradıldı. Respublikada qəbul edilmiş qanunlar insan haqları və azadlıq­larına təminat verən demokratik, hüquqi, vətəndaş cəmiyyəti qurmaq imkanını genişləndirdi.
1996-cı ilin fevralında Prezident yanında Hüquqi İslahatlar Komis­siyası yaradıldı. Dövlət idarəetmə sistemində islahatlar üçün proqram hazırlandı. Bununla əlaqədar 1998-ci ilin dekabrında Prezident fərman verdi, xüsusi komissiya yaradıldı. Azərbaycan Prezidenti 1998-ci ilin fevralında “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi haqqında” fərman imzaladı. Prezidentin 1998-ci il 6 avqust tarixli fərmanı ilə senzura ləğv edildi. İnsan huquqlarının təmin olunma mexanizmi üçün bir sıra qanunlar qəbul edildi. 1998 - ci ilin fevralında Prezidentin təşəbbüsü ilə Respublikada ölüm cəzası ləğv olundu. 1993-2000-ci illərdə aministiya yolu ilə 40 min nəfər məhkumluqdan azad edildi.
Məhkəmə islahatı başladı.1997-ci il 21 oktyabrda «Konsti­tusiya Məhkəməsi haqqın­da» Azərbaycan Respubli­kasının Qanunu qəbul olundu, 1998-ci ildə Konstitusiya Məhkə­məsi yaradıldı. Konstitusiya Məhkəməsinin əsas məqsədi Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir.
2000-ci ildə hakimlərin xüsusi imtahandan keçməsi təcrübəsi tətbiq edildi. Hüquq sistemi islahatı nəticəsində ölkədə birinci instansiya, apelyasiya və kassasiya instan­siyalarından ibarət yeni üç pilləli müstəqil məhkəmə sistemi yaradıldı. Hazırda Azərbaycan Respublikasında birinci instansiya məhkəməsi kimi rayon (şəhər) məhkəmələri, ərazi yurisdiksiyası üzrə fəaliyyət göstərən hərbi, yerli inzibati-iqtisadi və ağır cinayətlər məhkəmələri fəaliyyət göstərir.
Əhaliyə hüquqi yardımın yaxşılaşdırılması məqsədi ilə 1999-cu ildə "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanun qəbul edilmiş, hüquqi yardım göstərilməsində bu orqanın rolunun daha da artırılması üçün bu sahədə qanunvericilik daha da təkmilləş­dirilərək müasir tələblərə uyğunlaşdırılmışdır.
1998-ci ildə Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm cəzası ləğv edildi. Siyasi hüquqi islahatlar demokratik inkişaf prosesləri daha da surətləndirdi. 1998-ci ildə insan və vətəndaş hüquq və azadlıqlarının, söz, fikir və mətbuat azadlığının təmin edilməsi, senzu­ranın ləğv olunması haqqında prezident fərmanlar verdi.
1998-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin 80-illiyi haqqında, martın 26-da isə “Azərbaycanlıların soyqırımı haqqında” prezi­dent fərmanlar verdi. 1998-ci il oktyabrın 11-də alternativ əsasda H.Əliyev ikinci dəfə prezident seçildi.
1999-cu il dekabrın 12-də Azərbaycan Respublikasında ilk dəfə bələdiyyə seçkiləri keçirildi. 2000-ci il noyabrın 5-də Milli Məclisə seçkilərdə 14 partiya iştrak etdi. Milli Məclisin deputatları əsasən YAP-ın üzvləri və 4 partiyanın nümayəndələrindən ibarət idi.
Demokratiya inkişaf etdikcə, cəmiyyət yetkinləşdikcə onun bütün üzlərinin ümummilli məsələlərdə yekdil mövqeyi formalaşırdı. Milli Məclisin deputatı İlham Əliyevin başçılığı ilə iqtidar və müxalifət mən­sublarından ibarət nümayəndə heyətinin 2001-ci ildən Avropa Şura­sında fəaliyyəti bu sahədə mühüm addım oldu. Bu səyin nəticə­sində AŞPA – dakı Azərbaycan nümayəndə heyətinin başçısı İlham Əliyev 2003-cü ilin əvvəlində AŞPA-nın vitse-prezidenti seçildi.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   251   252   253   254   255   256   257   258   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin