Azərbaycan tarixi


Müstəqil Azərbaycanda bazar iqtisadiyyatına keçid, iqtisadi və sosial tərəqqi



Yüklə 0,62 Mb.
səhifə253/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   249   250   251   252   253   254   255   256   ...   269
Azərbaycan tarixi mühazirə

22.4. Müstəqil Azərbaycanda bazar iqtisadiyyatına keçid, iqtisadi və sosial tərəqqi.


Bazar iqtisadiyyatı. 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respu­blikası o vaxtdan etibarən bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də müstəqil siyasət həyata keçirir. Bazar iqtisadiyyatına əsaslanan və dünya iqtisadi sisteminə inteqrasiya oluna bilən iqtisadiyyat yaratmaq üçün səhmləş­dirmə və özəlləşdirmə ilə kifayətlənməyən Respublika rəhbərliyi həm də regional dövlət siyasəti həyata keçirməklə ölkədə çoxşaxəli islahatlara başlamışdır. Yenicə müstəqillik qazanmış dövlətə digər dövlətlərin təzyiqi, Ermənistan tərəfindən ərazilərimizin işğalı, bununla region­lara vurulan zərər, ölkədə hökm sürən qeyri-siyasi sabitlik, eləcə də hakimiyyət uğrunda baş verən vətəndaş müharibəsi nəticəsində yaranmış xaos təbii olaraq iqtisadiy­yatın tənəzzülünə və ölkədə iqtisadi böhrana gətirib çıxardı.
İqdisadi dirçəlişin başlanması. Hələ 1992-ci il avqustun 15-də milli valyuta-manat dövriyyəyə buraxılmışdı. Lakin həm müharibənin, həm də istehsal üsulunun dəyişməsinin təsiri altında məhsul istehsalı azalırdı. Respu­blikada elə bir şərait yarandı ki, varlılar varlandı, yoxsullar daha da yoxsullaşdı. Belə bir şəraitdə ölkədə özəlləşdirmə həyata keçirildi. Lakin 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə həyata keçirilən siyasət nəticəsində bu böhranı aradan qaldırmaq mümkün oldu.
Neft strategiyası.H.Əliyevin əsas məqsədi sabitliyə nail olmaq, ağıllı daxili və xarici siyasət sayəsində Azərbaycanın ən böyük problemi – Qarabağ problemini həll etmək idi. Bunun üçün neft amilindən istifadə etmək lazım idi. 20 sentyabr 1994-cü ildə 14 ölkənin 34 firması 57 milyard dollar dəyərində kontrakt imzaladılar.
1994 – cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə müstəqillik tari­xində, eləcə də iqti­sa­diyyatın inkişafı istiqamətində yeni mərhələyə qədəm qoyuldu. 1994-cü ildən başlayaraq bazar iqtisadiyyatına keçid üçün hüquqi və iqtisadi maxanizmlərin yaradılmasına başlandı.
1994-cü ilin aprelində Prezident xarici ticarətin sərbəst­ləşdirilməsi haqqında fər­man imzaladı.1995-1998-ci illərdə Azərbay­canda dövlət mülkiy­yətinin özəlləşdirilməsi haqqında Dövlət Proqramı qəbul edildi. Hər bir vətən­daşa özəlləşdirmə payı verildi. Özəlləş­dirmənin ikinci Dövlət Proqramına əsasən (2000-ci il) strateji obyektlərin özəlləşdirilməsinə başlandı.
18 fevral 1995-ci il tarixdə Prezident H.Əliyev “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikasının Qanununu imzaladı. 17 maddədən ibarət bu Qanun Azər­baycan Respublikasının aqrar-sənaye kompleksinin (aqrar bölmənin) islahatının əsas istiqamətlərini və onların hüquqi təminatını müəyyən etdi və Qanunun müddəaları aqrar islahat sahəsində digər normativ aktlar üçün əsas rolunu oynadı. Elə həmin gün Prezident “Sovxoz və kolxozların islahatı haqqında” qanun imzaladı. Bu Qanuna müvafiq surətdə Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli fərmanı ilə Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası yaradıldı. Dövlət Komissiyasının əsas vəzifəsi Azərbaycan Respublikasının aqrar-sənaye kompleksində islahat­ların aparılmasını təmin etməkdən ibarət idi.
1996-cı il iyulun 16-da “Torpaq islahatı haqqinda” Qanun qəbul edildi. Bu qanuna görə torpaq pulsuz olaraq kənddə yaşayan vətən­daşların xüsusi mülkiyyətinə verildi. Vahid torpaq fondu əsasında dövlət, bələdiyyə və xüsusi torpaq mülkiyyəti forması müəyyən edildi. Kənd təsərrüfatı torpaqlarının 22%-i- xüsusi, 45%-i dövlət, 33%-i bələdiyyə mülkiyyətinə verildi.
Kəndli-fermer təsərrüfatları yaradıldı. Qaramal və davarların 20%-dən çoxu özəlləş­dirildi. Torpaq sosial ədalət prinsipi əsasında kənddə yaşayan vətəndaşlar arasında bölüşdürüldü. 3,5 milyon vətəndaşa torpaq payı ayrıldı. “Dövlət torpaqları haqqında”, “Tor­paq vergisi haqqında” qanunlar, onlara uyğun normativ aktlar qəbul olundu. 1996-cı ilin iyulunda Aqrar kredit kassaları yaradıldı. 2001-ci ilin əvvəllərində respublikada 1 milyon 300 min ha torpaq özəlləşdirilmişdi.
1996-cı ildə “Sudan pullu istifadə haqqında Əsasnamə” qəbul edildi və bu meliorasiya işini yaxşılaşdırdı. Kənd təsərrüfatı məhsulu istehsalı artdı. 1998-ci ildə kənd təsərrüfatı məhsullarının illik artımı 4% və 1999-cu ildə 7,1% oldu.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   249   250   251   252   253   254   255   256   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin