Azərbaycan tarixi


Azərbaycan Səlcuq imperiyasının tərkibində. Səlcuq imperiyasının Azərbaycan xalqının və dilinin formalaşmasına təsiri



Yüklə 0,62 Mb.
səhifə68/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   64   65   66   67   68   69   70   71   ...   269
Azərbaycan tarixi mühazirə

Azərbaycan Səlcuq imperiyasının tərkibində. Səlcuq imperiyasının Azərbaycan xalqının və dilinin formalaşmasına təsiri.

XI əsrin ortalarında Orta və Yaxın Şərqdə mühüm tarixi hadisə baş verdi – Orta Asiya, İran, Suriya, Kiçik Asiya və digər əraziləri özün­də birləşdirən Səlcuq imperiyası meydana gəldi (1038-1157-ci illər) və səlcuqların meydana çıxması ilə Yaxın və Orta Şərq xalqlarının tarixində yeni mərhələ başlandı.Səlcuqlar oğuz türklərinin qınıq boyuna aid olmuş­lar və “Səlcuq” adı qınıq tayfa­sının başçısı Səlcuq bəyin adından götürülmüşdür. Onlar X əsrə qədər Xəzər dənizi ilə Aral dənizi arasın­dakı ərazilərdə yaşayırdılar. Səlcuqlar X əsrdə tədricən Sır-Dərya və Amu-Dərya çayları hövzəsinə köçərək burada məskunlaşdılar və islam dinini qəbul edərək böyük siyasi qüvvəyə çevrildilər. Onlar əvvəllər Qaraxanilər, sonra isə Qaraxaniləri əvəz etmiş Qəznəvilər dövlə­tinin tərkibində yaşamış, bu dövlətlərə vergilər ödəməyə məcbur olmuşlar. Qaraxanilər və Qəznəvilərlə gah müharibə, gah da dinc şəraitdə yaşayan səlcuq­lar, öz dövlətlərini yaratmaq uğrunda durmadan çalışırdılar. Səl­cuqların artan hərbi qüvvəsindən narahat olan Qəznəvi hökmarı I Mahmud 1009-cu ildə səlcuq tayfalarını Xorasan əyalətinə köçürmüş­dür.Səlcuq bəyin nəvə­ləri Toğrul, Çağrı bəy, İbrahim Yanal, Musa Yaq­bu Kolyan və başqaları səlcuq tayfalarını birləşdirərək öz dövlət­lərini yaratmaq uğrunda mübarizə aparmışlar. Qəznəvilər tərəfindən sıxış­dırılan səlcuqlar qərbdəki ərazilərlə - Kiçik Asiya, Bizans torpaqları ilə maraqlanmağa başladılar. Toğrul bəyin göstərişi ilə qar­daşı Cağrı bəy 1015 – ci ildə Bizansa qarşı ilk kəşfiyyat xarakterli yürüşə çıxdı. Səlcuq­lar Bizans qoşunlarına qalib gəlib Van gölü hövzəsini ələ keçirdilər, Naxçıvan və onun ətrafindakı Azər­baycan torpaqlarını nəzarət altına aldılar. Lakin təqribən 5-6 min atlıdan ibarət kiçik bir qüvvə ilə Bizansa qarşı hərbi əməliyyatı davam etdirə bilməyən Çağrı bəy, 1021-ci ildə Xorasana dönüb səfəri barədə qardaşı Toğrul bəyə məlumat verdi. O, Qəznəvilər kimi qüdrətli dövlətlə toqquş­maqdansa, siyasi dağınıqlıq dövrü yaşayan İran, Cənubi Qafqaz istiqa­mətində və Bizansa qarşı yürüşə çıxmaq təklifini irəli sürdü. Lakin yetərincə hərbi və arxa qüvvənin olmaması səbəbindən əvvəlcə adı çəkilən ərazilərdə möh­kəmlənmək qərara alın­dı.1028-ci ildə 2 min səlcuq ailəsi Rəvvadilər dövlətinin ərazilərində məskunlaşdı. Bu­nunla səlcuq türklərinin tədricən qərbə doğru kütləvi miqrasiyası başlandı.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin