İnvestisiya bankları
İnvestisiya bankları şirkətlərə, təşkilatlara və hətta dövlətlərə bazara qiymətli kağız (istiqraz, səhm və s.) çıxardaraq pul əldə etməkdə köməklik göstərir.
Məsələn:
Bir şirkət, pula ehtiyacı varsa, bankdan kredit götürməkdən savayı digər yollara əl ata bilər. Bu məqsədlə şirkət, məsələn, maliyyə bazarına istiqraz çıxara bilər. Buna alternativ olaraq, şirkət maliyyə bazarına həmçinin səhm çıxardıb özünün bir hissəsini sataraq pul əldə edə bilər.
Hər iki halda şirkət bütün işi investisiya bankına həvalə edir. İnvestisiya bankı şirkətin qiymətləndirməsini həyata keçirir, bütün administrativ işləri görür və qiymətli kağızların maliyyə bazarında satılmasında köməklik göstərir.
Mərkəzi banklar
Bir ölkənin yalnız bir mərkəzi bankı olur. ABŞ-dakı mərkəzi bank Federal Rezerv adlanır, Almaniyanın mərkəzi bankı Bundesbank və s.
Mərkəzi bankın əsas funksiyası - ölkə iqtisadiyyatındakı faiz dərəcələrinin tənzimlənməsi, bank əmanətçilərinin maraqlarının qorunması, bankların dürüst fəaliyyət göstərməsi, ölkədəki inflyasiyanın sabit saxlanmasıdır.
3.Azərbaycanın bank sisteminm formalaşması
1918-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra müstəqil iqtisadi siyasət yürütməyə başlamışdı. 1918-ci ilin ikinci yarısından sonra ADR kağız pullar - bonlar buraxmağa başladı və Nazirlər Kabineti bonun rus rublu və türk lirəsinə mübadilə nisbətini müəyyənləşdirdi. Bir bon bir Rusiya rubluna, 40 bon isə 1 türk lirəsinə bərabər götürülürdü. Bu dövrdə bank işi Maliyyə Nazirliyinin kredit şöbəsi tərəfindən idarə edilirdi. Maliyyə Nazirliyinin kredit şöbəsi Azərbaycan Dövlət Bankının nizamnaməsini hazırlayaraq baxılmaq üçün Parlamentə təqdim etdi və nizamnamə 19 sentyabr 1919-cu ildə təsdiq edildi. 1919-cu ilin sentyabr ayının 30-da Azərbaycan Dövlət Bankı təsis edildi. 1920-ci ilin may ayının birinə balansın valyutası 1 mlrd 354 mln rubl təşkil edirdi. 1920-ci ilin aprelində Azərbaycan Rusiya imperiyası tərəfindən işğal edildikdən sonra azərbaycanın bank sistemi tamam başqa istiqamət aldı. Bakı bolşeviklər tərəfindən işğal olunarkən onlar qarətçiliklə məşğul olaraq Azərbaycanın bütün qızıl, gümüş və digər qiymətlilər ehtiyatını Həştərxana daşıdılar.
Azərbaycan Respublikası siyasi müstəqilliyini elan etdikdən sonra 1992-ci ilin yanvar ayının 10-da keçmiş SSRİ Xaıici iqtisadiyyat Bankının Azərbaycan kontorunun bazasında Azərbaycan Beynəlxalq Bankı yaradılır.
1992-ci ilin avqustun 7-də Azərbaycan Milli Məclisi tərəfindən «Azərbaycan Respublikasının Milli Bankı haqqında», «Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında» ilk milli qanunlar qəbul edildi. Qanunlar qüvvəyə mindikdən sonra Aqrar Sənaye Bankı və Sənaye İnvestisiya Bankı Milli Bankın tərkibindən çıxarılaraq Respublika Səhmdar Kommersiya banklarına çevrildilər. Eyni qərarla Əmanət Bankı və Beynəlxalq Bankı da səhmdar komınersiya banklarına çevrildilər.
“Banklar haqqında’' Azərbaycan Respublikası Qanununun 2.1. maddəsinə və «Banklar haqqında» Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə 4 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının bank sistemi “Maliyyə Bazarlarına Nəzarət Orqanından, Mərkəzi Bank- dan və kredit təşkilatlarından ibarətdir”. Maliyyə Bazarlarına Nəzarət Orqanı - maliyyə bazarlarında tənzimləmə və nəzarətin həyata keçirilməsi məqsədi ilə müvafiq icra hakimiyyətinin yaratdığı qurumdur (Palata).
Dostları ilə paylaş: |