ƏSKİ ŞƏRAB, AL ŞƏRAB
Bu axşam ver mənə, dediyim kimi,
Əski şərab içim, al şərab içim.
Xəstə dodağından doyunca öpüm,
Zilsərxoş olaraq dünyadan keçim,
Əski şərab içim, al şərab içim.
Çalınsın qəlbimi yaxan türkülər,
Səninlə rəqs edim, açılsın içim,
Xəstə dodağından doyunca öpüm,
Lampanın nurunu güc ilə seçim,
Əski şərab içim, al şərab içim.
Ver mənə Teymurun qədəhini sən,
Bu axşam dünyanı yandırım, biçim,
Devrilsin yerlərə parlayan lampa,
Bürünsün odlara ürəyim, içim,
Əski şərab içim, al şərab içim.
Tapsınlar ölümü günəş doğanda,
Bir bazar sabahı dünyadan köçüm,
Qəzəbdən yasıma gəlməsin molla,
Onsuz son mənzilə yollansın köçüm,
Əski şərab içim, al şərab içim.
Bir müddət yanarlar mənə dostlarım,
Sonra unudarlar, yox başqa seçim,
Qəbrimdə gül bitər, başlar baharım,
Bu bahar necədir, bu yaz nə biçim?
Əski şərab içim, al şərab içim.
Budapeşt, 7 mart 1920.
Dostları ilə paylaş: |