Bəxtiyar Tuncay AĞa məHƏMMƏD Şah qacar və ya taleyin qara ulduzu



Yüklə 2,1 Mb.
səhifə22/23
tarix18.06.2018
ölçüsü2,1 Mb.
#54110
1   ...   15   16   17   18   19   20   21   22   23

Nökər:


-Ağa, başına dönüm,bir uşaq gəlib,bir məktub verdi,dedi ki,Qasımdan-dır,Məmməd bəyə çatacaq.

Məmməd bəy:

-Məgər Qasım vəzir ilə birlikdə Tiflisə getməyibmi?

Nökər:


-Vallah,mən də elə buna təəccüb etdim,amma nə olar-olmaz,yenə də məktubu alıb gətirdim.

Qasım:


-Yaxşı eləmisən.Sağ ol.

Nökər “Sən də sağ ol!”-deyib gedir.

Məmməd bəy məktubu oxumağa başlayır.Kadr arxasından məktubun

müəllifi Qızxanımın səsi eşidilir:

-Əzizim Məmməd bəy,neçə gündür görüşə bilmədiyimizdən ürəyim qu-

bar bağlayıb.Səni görmək,bağrıma basmaq həsrəti ilə alışıb yanıram.Xanın sənə sa-rayı istədiyin vaxt soruşmadan tərk etməyə icazə verməsi məni çox sevindirdi.Se-vincimdən quş kimi uçuram.Vəzirlə oğlu Tiflisə gediblər,mən evdə təkəm.Bu gecə

yarı bizə gəl.Arxa tərəfdən çəpərin üstündən aş.Evin qapısı açıq olacaq.nökərə kən-də getməyə icazə vermişəm.Tamam təkəm.

Məmməd bəy məktubu büküb sinəsinə qoyur və sevincindən şux və oynaq bir hava çalmağa başlayır.

***

Vaqif,Qasım və onları müşaiyət edən əsgərlər bərə ilə Kürün bir sahi-lindən digər tərəfinə keçirlər.Bərə çayın tam ortasındadır.Əsgərlər kəndiri dartırlar.



Vaqif at belində Kürü seyr edir.

***
Çayın hər iki sahilində yaşıl ağaclar bitir.Sahildə üç qoyunu otaran bir

qız gözə dəyir.

***


Vaqif təbiət mənzərəsindən təsirlənərək şer oxumağa başlayır:
-Kür qırağının əcəb seyrangahı var,

Yaşılbaş sonası, hayıf ki,yoxdur!

Ucu tər cığalı siyah tellərin

Hərdən tamaşası,hayıf ki,yosdur!


Qış günü qışlağı Qıraqbasanın,

Gözüdür Aranın,cümlə cahanın,

Belə gözəl yerin,gözəl məkanın

Bir gözəl obası,hayıf ki,yoxdur!

Çoxdur ağ bədənli,billur buxaqlı,

Lalə zənəxdanlı,qönçə dodaqlı

Amma şirin dilli,açıq qabaqlı,

Könül aşinası,hayıf ki,yoxdur!

Elə gözəl var bunların içində

Ələ düşməz Çinü-Maçində.

Söyləgən,oynağan,dürüst biçimdə,

Bəzəyi,libası,hayıf ki,yoxdur!...

***

İbrahimxəlil xanın sarayının bağçası.Bağçadakı çardaqda böyük bir süfrə açılmışdır.Xan ziyafət verir.Ziyafətdə 35-40 adam iştirak edir.Nökərlər qo-



naqlara qulluq edirlər.Süfrənin başında xan,girovluqdan qayıdan oğlu Əbülfət bəy,

Məmməd bəy,Mirzə Əliməmməd ağa,Kələntər Ağası bəy,Şahnəzər Məlik,qazi və axund oturmuşlar.Xan deyir:

-Bu gün həyatımın ən xoşbəxt günlərindən biridir.Uzun illərdən bəri

Zəndilərin yanında girov həyatı yaşamış böyük oğlum,varisim Əbülfət bəy ata oca-ğına qayıdıb.Sevincimin həddi-hüdudu yoxdur və sizi bu məclisə dəvət etməyimin səbəbi də bu sevinci sizinlə paylaşmaqdır.Xoş gəlmisiniz!

Xan sözünü bitirər-bitirməz tarzən,kamançaçalan və xanəndədən iba-rət üçlük muğam ifa etməyə başlayır.Xanəndə oxumağa başlayır:
-Hər kimin cananı kim,bir əhli-irfan olmaya,

Şahi-aləm olsa,onda rəhməti-can olmaya.

Rəsmi-ülfət bilməyən büt,aşiqin kafər edər,

Ey müsəlmanlar,xoş ol kim,yarı nadan olmaya.


Bir ləbi-ləlü lətif əndəmü gül-rüxsar üçün,

Qətreyi-əşkin nə lütfü var əgər qan olmaya.

Afəti-badi-fənadən dağıla,bərbad ola,

Ol bina ki,onda bir zülfi-pərişan olmaya.


***

Ekranda növbə ilə yemək yeyən ziyafət iştirakçılarının sifətləri canla-nır.Kadr arxasından xanəndənin səsi gəlir:


-Nə səfa ol gül yanaqdan kim,gözə görünməyə,

Nə ləzzət ol qönçə ləbdən kim,xəndan olmaya?

Vaqifa,bir məhliqayi-mehribanə meyl qıl,

Ta kəmali-eşqə ondan zərrə nöqsan olmaya.


***

İbrahimxəlil xanın sarayının hərəm hissəsi.Burada da qadınlar süfrə

arxasında oturmuşlar.Sayları 14-15 nəfərdir.Başda Şahnisə xanım,Zübeydə xanım,

Hürzad,Qızxanım,Durna və Sara Xatun oturmuşlar.Qadınlar yeyir,içir və qadın aşı-ğı dinləyirlər.

Aşıq oxuyur:
-Sevgilim,ləblərin yaquta bənzər,

Sərasər dişlərin dürdanədəndir.

Sədəf dəhanından çıxan sözlərin

Hər biri bir qeyri- xəzanədəndir.

Nədəndir sözümə cavab verməmək,

Həm camal gizləyib,üz göstərməmək.

Gecələr gözlərim xabı görməmək,

Ol siyah nərgisi-məstanədəndir...

***

Əbülfət bəylə Məmməd bəy bağçada gəzişirlər.kadr arxasından musiqi



sədaları eşidilir.Əbülfət deyir:

-Ağabəyim baçımın qara taleyi ürəyimi parçalayır.Əri ilə birlikdə sər-gərdan bir həyat keçirirlər.Gah o şəhərdə,gah bu şəhərdə yaşamağa məcburdurlar.

Onlarla ən son Xürrəmabadda görüşdüm.Kiçikbəyimin isə güzəranı,Allaha şükür-lər olsun ki,yaxşıdır.İki oğlu var.Böyük oğluna sənin,kiçiyinə isə vəzirin oğlunun

adlarınızi verib.Hey sizdən danışırdı.Siz onun gözündə əsl qəhrəmanlarsız.Ən çox da səni yad edir.

Məmməd bəy:

-Ağabəyim əmqızı barədə söylədiklərin ürəyimi ağrıtdı.Əmim də onu çox sevir.Həsrətinə dözməyib qızlarından birinə onun adını verib.Hamı ona ikinci

Ağabəyim deyir.On iki yaşındadır.Sanki,ay parçasıdır,dilli-dilavərdir.Şer də ya-

zır.Vəzir şerlərini çox bəyənir.Xanın Xankəndindəki evində yaşayır...Çox şadam ki,Kiçikbəyimin həyatı xoş keçir.

***

İrakli xan,Aleksandr ata,Vaqif və Qasım uca,sıldırım bir qayanın başın-da durub ucsuz-bucaqsız. əkin sahələrini seyr edirlər.İrakli xan Vaqifə deyir:



-Bax,şair,mənim xalqım əkinçi xalqdır.At minmək,silah işlətməkdə siz

türklər qədər mahir deyildir.Xalqım sonsuz müharibələrdən yorulub.Elə buna görə də çox düşündükdən sonra yenidən uruslara müraciət etməyə qərar verdim və fik-rim bu idi ki,bundan sonra müharibələrə qoşulmayım.Amma madam ki,böyüyü-müz İbrahimxəlil xan Gəncəyə yürüş etməmizi məsləhət görür,demək,belə lazım-dır.Xana mənim salam və ehtiramımı çatdır və de ki,əmin olsun,bir ay içində hazır-lığımızı tamamlayıb,oğlum Aleksandrı,yəni sizin dillə desək,İskəndəri Gəncənin üzərinə göndərəcəyəm.

Vaqif:

-Belə olan halda,bizə icazə verin,təcili Qarabağa hərəkət edək və xanı-mızı xoş xəbərlə sevindirək.



İrakli xan:

-İxtiyar sahibisiniz.

Vaqif,ardınca da Qasım İrakli xanla və Aleksandr ata ilə qucaqlaşırlar. Kadra daxil olan iki qarabağlı əsgər Vaqifin və Qasımın atlarını gətirirlər.Ata-oğul ata minirlər.Vaqif əlini ürəyinin üstünə qoyub deyir:

-Əlvida!


İrakli xan da öz növbəsində:

-Yaxşı yol!

Vəzirlə oğlu hadisə yerindən uzaqlaşırlar.Kamera onları müşayiət edir

və onları kənarda gözləyən qarabağlı atlı əsgərlər obyektivə düşür.

***

Əbülfət bəylə Məmməd bəy sarayın bağçasındakı hovuzun kənarında əyləşmişlər.Kadr arxasından muğamat oxuyan xanəndənin səsi eşidilir:


-Dəhənin şövqünü cansuz güman etməz idim,

Yoxsa bir dəm ona mən munisi-can etməz idim.

Vəsfi-xali-həbini bilsə idim naməqdur,

Arizusunda qara bağrımı qan etməz idim...

Əbülfət bəy həmsöhbətindən soruşur:

-Doğrudanmı Qasımla siz böyük bir gizli təşkilat yaradıb Ağa Məhəm-məd şaha tərəfdarlıq edirdiniz?Mənə bu barədə Kiçikbəyim söhbət edib.

Məmməd bəy gülümsəyərək cavab verir:

-Əmim qızı deyirsə,demək,doğrudur.O,heç vaxt yalan deməz.

Əbülfət bəy:

-Vallah,siz qurd ürəyi yemisiniz.Amma deyim ki,Arazın o tayında Qa-carı çox sevirlər.Amma Xanbabanın tərəfdarları daha çoxdur.

Məmməd bəy:

-Məgər onlar arasında təfriqə var?

Əbülfət bəy:

-Yox,sadəcə,Tehranda,İsfahanda,Şirazda,Xorasanda,yəni Azərbaycan-dan kənarda yaşayan türklər Ağa Məhəmməd şahı,Təbrizdə və Azərbaycanın digər şəhərlərində yaşayan türklər Xanbabanı daha çox sevirlər.Onu “Azərbaycan hökm-darı Fəthəli şah Qacar”adlandırırlar.

Kadr arxasından xanəndənin səsi gəlməkdə davam edir:
-...Xubilər aşiqə meyl etmədigin bilsə idim,

Özümü eşq ilə rüsvayi-cəhan etməz idim.

Düşməsəydi gözümün yaşinə feyzi-nəzərin,

Onu hər sərvin ayağinə rəvan etməz idim...


Məmməd bəy soruşur:

-Bəs,sən bütün bunlar barədə nə düşünürsən?

Əbülfət bəy:

-Vallah,mənə elə gəlir ki,Azərbaycanın nicatı nə Ağa Məhəmməd şah Qacarda,nə də vəliəhd Xanbabadadır.Fikrimcə nicat Xanbabanın oğlu Abbas Mir-zədədir.Yaşca bizdən kiçik olsa da çox dərrakəli və cəsarətlidir.Vətəni sonsuz mə-həbbətlə sevir.Uruslara dəhşətli dərəcədə nifrət edir. Onunla şəxsi tanışlığım və dostluğum var.

Məmməd bəy:

-Bu mənim üçün çox gözlənilməz oldu.Düşünürdüm ki,nicatın əmimdə

olduğunu söyləyəcəksən.

Əbülfət bəy:

-Mən uzun müddət farsların içində yaşamağa məcbur olmuşam.Mən gördüklərimi sən də görsəydin,onda nə üçün belə düşündüyümü anlayardın.

Xanəndənin səsi yenə də eşidilir:


-...Salmasaydım dili-viranə imarət tərhin,

Onda gənci-gühəri-eşqi nihanetməz idim.

Sitəmi-təneyi-əğyarə degidim Vaqif,

Yoxsa yarın səri-kuyində məkan etməz idim.


***

Vaqiflə Qasım at belində,əsgərlərin müşayiəti ilə Kür qırağı ilə,getdik-

ləri yol ilə geri qayıdırlar.Qasım atasından soruşur:

-Ata,bütün yol boyu qarşımıza hey türk kəndləri çıxdı.Yalnız Qaxetdə gürcü kəndləri ilə rastlaşdıq.Buradan Tiflisə qədər başdan-başa türklər yaşayır. Gürcülərə tək-tük rast gəlinir.Tiflisdə də türklərin sayı gürcülərinkindən qat-qat

çoxdur.Madam ki,belədir,nədən bu torpaqların xanı bir türk yox,xaçpərəst gürcü-

dür?


-Təqribən altı yüz öncə Tiflis bir müsəlman şəhəri idi və Tiflis xanlığına

daxil olan torpaqların hakimləri müsəlmanlar idi.Fəqət altı yüz il öncə gürcülərin

başçısı Davud xan xaçpərəst qıpçaqların köməyi ilə Tiflisi ələ keçirib,şəhərin mü-səlman əhalisindən qırdığını qırdı,qalanlarını isə özünə tabe etdi və özünü padşah elan etdi.Lakin sonra gürcü padşahları Elxanlı padşahlarına,yəni Hülakülərə tabe oldular və Tiflis Azərbaycan səltənətinin tərkib hissəsi oldu.O vaxtdan gürcülərin

böyükləri xan sifəti ilə bu əraziləri idarə edirlər və həmişə bizim padşahlara səda-qətlə qulluq ediblər,ona görə də onlara heç vaxt toxunulmayıb.İndi isə səltənət çök-düyü üçün İrakli müstəqil olmaq və müstəqil gürcü dövləti qurmaq sövdasına dü-şüb.

Qasım:

-Bu qıpçaqlar,məgər bizim kimi türk deyillər ki, Tiflisi alıb gürcülərə təslim ediblər.İndi də özlərini “erməni”adlandırıb,ermənilərə xidmət edir,ermənilər üçün dövlət qurmağa çalışırlar.Deyilənə görə, urus dövlətini quran və urus padşahı



üçün yeni-yeni torpaqlar işğal edən qazaqlar da qıpçaqdırlar.

Vaqif:


-Doğru eşitmisən.Qazaqlar da qıpçaq türklərinin bir qoludur.Amma bütün

bu işləri görənlər xaçpərəst qıpçaqlardırlar və bunu öz dinləri naminə edirlər.Mü-səlman qıpçaqlar isə belə deyillər.

Qasım:

-Müsəlman qıpçaqlar da var?



Vaqif:

-Əlbəttə.Dağıstandakı qumuqlar,Onlardan şimalda yaşayan noqaylar,Xə-zərin o tayında yaşayan qaraqırğızlar ki,onlara “qazax” da deyirlər,-bunların hamı-sı qıpçaq türkləridirlər və müsəlmandırlar.Bundan başqa qaraçaylar və balkarlar da

müsəlman qıpçaqlardır.Gəncə və Qazax ətrafında yaşayan müsəlman türklərin də bir hissəsi islamı qəbul edib,oğuzlaşan qıpçaqların soyundandırlar.

Qasım:


-Ata,bir şey də soruşmaq istəyirəm.Gürcülər və avarlarla birləşib Gəncə-

yə hücum çəkmək istəməkdə İbrahimxəlil xanın məqsədi nədir?

Vaqif:

-Əvvəla istəyir ki,xacəyə yardım etdiyi üçün Cavad xanı cəzalandıraraq,



igər xanlara göz dağı versin ki,bir də onun hökmündən çıxmağa cəsarət etməsin-lər.İkincisi,uruslara Azərbaycanda əsas söz sahibi olduğunu və bütün məsələləri onunla müzakirə etmədən bir şeyə nail olunmayacağını göstərmək istəyir.Üçüncü-

sü isə,istəyir ki,Gəncəni xəraca bağlayıb,xəzinənin gəlirlərini bir az da artırsın.

Qasım:

-Axı,biz İrakliyə dedik ki,Gəncədən alınan xərac ona Tiflisin dağıdılma-sına görə təzminat kimi veriləcək.



Vaqif:

-Oğlum,siyasətdə çox nadir hallarda sözlə əməl üst-üstə düşür.

***

Gəncə şahərinin qala divarlarının iç tərəfdən görüntüsü.Gəncəli əsgərlər



divarın üstündə mövqe tutaraq,şəhərə hücuma keçən gürcü,avar və Qarabağ qoşun-larının əsgərlərinə tüfənglərdən güllə atırlar.Aləmi tüstü başına alıb.Top səsi eşidi-lir və ətrafı sıx qara tüstü bürüyür.Gəncəli əsgərlərdən ikisi aldıqları yaralardan ölərək yerə düşürlər.

***


Gəncə şəhərinin qala divarlarının çöldən görünüşü.Yan-yana düzülmüş

və lülələri qalaya tərəf tuşlanmış toplardan aramsız mərmilər atılır.Ətrafı toz və tüstü dumanı bürüyüb.Hər atəşdən sonra divarların kərpicləri qoparaq yerə tökülür.

***

İbrahimxəlil xanın çadırı.İbrahimxəlil xan və Ümmə xan çadırda oturub,



söhbət edirlər.Kadr arxasından top və güllə sələsri gəlir.Ümmə xan deyir:

-Özün gördün ki,biz gələndə burada heç yüzcə gürcü əsgəri də qalmamış-dı.Ona görə də İrakli xana qənimətdən heç bir pay çatmamalıdır.

İbrahim xan:

-Ümmə xan, sənə kim dedi ki,mən İrakliyə nə isə vermək istəyirəm.Bir də ki, mənim şəhəri qarət etmək fikrim yoxdur.Sadəcə Cavad xanı illik xəraca bağla-yacağam.Gəlirin dörddə biri,danışdığımız kimi, sənə,qalanı isə mənə çatacaq.

Söhbətin bu yerində içəri girən Səfər İbrahimxəlil xana deyir:

-Xan,gəncəlilər təslim olmaq istəyirlər,qaladan ağ bayraq asıblar.

İbrahimxəlil xanla Ümmə xan,ardlarıyca da Səfər cəld çadırdan çölə çıxır-lar.

***


İbrahimxəlil xanın sarayının önü.İbrahimxəlil xanla Ümmə xan,ardlarıyca da Səfər çadırdan çıxaraq,qabağa baxırlar.Xanlarının hər ikisinin üzündə qələbə sevincini əks etdirən təbəssüm yaranır.Top səsləri susmaq bilmir.

***


Gəncənin yarıuçuq qala divarları.Mərmi yağışına məruz qalan divarlardan ağ bayraq asılmışdır.Ətraf tüstü və toz dumanı içindədir.Toplar atmaqda davam edir.Kadr arxasından İbrahimxəlil xanın səsi gəlir:

-Səfər,oğlum, atəşi kəsin!

***

İbrahimxəlil xanın çadırının önü. Səfər “ Baş üstə!”- deyib,kadrdan çıxır.



Xanlar isə dönüb,yenidən çadıra girirlər.

***


Vaqifin evi. Əbülfət bəy, Vaqif və Qasım süfrə başında oturub qəhvə içə-

içə söhbət edirlər.Vaqif Əbülfət bəydən soruşur:

-Bu qədər təriflədiyin Abbas Mirzənin elmi nə yerdədir?

Əbülfət bəy:

-Gəlin,mən sizə bir hadisə danışım,siz də özünüz onun elmi biliklərə nə

qədər vaqif olduğu barədə qərar çıxarın.Bir dəfə əlində tutduğu şüşə qədəhi mənə

göstərib,soruşdu ki,indi bu qədəhi mən əlimdən buraxsam nə olar?Dedim ki,heç nə, qədəh yerə düşüb, sınar.Yenə soruşdu,nə üçün göyə qalxmaz,irəli,sola və ya sağa getməz,məhz,yerə düşər?Bu barədə heç vaxt düşünmədiyim üçün öncə tutul-

dum,sonra isə “ Allahın təqdiri beləymiş”-deyə cavab verdim.Dedi ki,doğru söylə-yirsən,amma bu cavab məsələnin mahiyyətini tam açmır,qədəh ona görə yerə düşür

ki,Allahın təqdiri ilə ya göy onu itələyir,ya da yenə təqdiri-İlahi ilə yer onu özünə çəkir.Bu ikisindən hansının doğru ola biləcəyini soruşdu.Dedim ki,mən bilmirəm, Allah bilir.Nə desə yaxşıdır?

Vaqif:


-Çox maraqlıdır,nə?

-Dedi ki,göy itələsə idi,ulduzlar,günəş,ay yerə tökülərdilər,çünki onlar göyə daha yaxındırlar.Deməli,yer özünə çəkir.Ulduzlar,ay və günəş yerdən uzaq olduqları üçün onları çəkməyə güçü yetmir.Qədəh yerə yaxın olduğu üçün onu çəkməyə isə yetir.Soruşdum,bu cəkici qüvvənin adı nədir,dedi ki,gəncəli şeyx Nizami bu qüvvəni eşqi-İlahi adlandırır.

Vaqif:

-Vallah,görmədən,sözünü eşitmədən valeh oldum ona.



Qasım:

-Amma,doğrusu, mən heç nə başa düşmədim.

Vaqiflə Əbülfət bəy bir-birinə baxıb gülürlər.Bu an içəri Qızxanım girir və

süfrənin üstümə içi meyvə ilə dolu böyük bir qab qoyur.

Vaqif:

-Bəs,lələ haradadır ki,süfrəyə sən qulluq edirsən?



Qızxanım:

-Buradadır.İstədim Əbülfət bəy balama öz əllərimlə qulluq edim.

Əbülfət bəy:

-Əlinizə-qolunuza sağlıq,əl-qolunuz ağrımasın.

Qızxanım boş bardaqları yığa-yığa:

-Sağ ol ay bala,bəs,Məmməd bəy haradadır,o niyə səninlə gəlmədi.

Əbülfət bəy:

-Xan onu özü ilə Gəncə səfərinə aparıb.

Qızxanım “Allah köməyi olsun!”-deyib,gedir.

***


İbrahimxəlil xanın çadırı.Xan,Ümmə xan və Səfər cadırın ortasında durub-lar. İbrahimxəlil xan Səfərdən soruşur:

-Məmmədin vəziyyəti necədir?

Səfər:

-Yaxşıdır.Yarası yüngüldür.Güllə alnının dərisini sıyırıb keçib.Loğman ba-



şını sarıyıb.

İbrahimxəlil xan:

-İtkilərimiz nə qədərdir?

Səfər:


-Üç nəfər bizim adamlardan,yeddi nəfər də Ümmə xanın adamlarından şəhid

düşüb.On iki yaralımız var.Bunlardan dördü avardır.

Xan:

-Yaxşı,Cavad xanın elçilərinə de gəlsinlər içəri.



Səfər çadırın girişinə tərəf yönəlir.

***


Ibrahimxəlil xanın çadırının girişinin çöldən görünüşü.Çadırın dörd bir tərə-fində əli nizə və qalxanlı keşikçilər durublar.Girişin qarşısında isə əlində Qurani -Kərim tutmuş Gəncənin baş axundu,əlində ağ bayraq olan bir qoca və daha iki ağ-saqqal dayanıb.Səfər başını çadırdan çölə çıxarıb,elçilərə “Buyurun,gəlin!”-deyə

müraciət edir və elçilər içəri daxil olurlar.

***

Çadırın içi.Elçilər xanlara təzim edirlər və “Əssəlamu əleyküm!”deyirlər.Hər



iki xan “Və əleykəssəlam!”-deyə cavab verdikdən sonra İbrahimxəlil xan:

-Cavad xan niyə özü gəlməyib,sizi göndərdi?Qarşımıza çıxmağa cəsarəti cat-madımı?

Gəncə axundu:

-Cavad xan hər ikinizə onun salam və ehtiramını çatdırmağı bizə əmr etdi. Özünün gəlməyişinin səbəbi isə özünü qarşınızda günahkar hiss etməsi və utanma-sıdır.

İbrahimxəlil xan:

-Gedin ona deyin,mən onu bağışladım,gəlsin,etməli olduğunu etsin.

Axund:

-Başımız,gözümüz üstdə!Allah Sizdən razı olsun!



Bu sözdən sonra elçilər təzim edib,arxalarına dönmədən dala-dala gedib,ça-dırdan çıxırlar.

***


Həkimlərin yaralılara yardım etdiyi uzun və geniş çadırın içi.Yerə sərilmiş xalçaların üzərinə döşənmiş döşəklərin üstündə on iki nəfər yaralı uzanıb.Onlar-dan yeddisinin başı,ikisinin sinəsi,ikisinin əli,birinin ayağı sarılmışdır.Başı sarılı olan yaralı əsgərərdən biri yüngülcə zarıyır.Başı sarıqlı,fəqət ayaq üstə olan Məm-

məd bəy həkimdən soruıur:

-Loğman-həkim,daha nə kimi kömək edə bilərəm.

Həkim:


-Allah sizdən razı olsun,ay Məmməd bəy,elə bir iş qalmadı.Gedin istirahət edin.

Məmməd bəy “Allah səndən də razı olsun!”-deyib,çadırın girişinə tərəf ad-dımlamağa başlayır.Çadırın giriş qapısına çatmamış içəri girən Səfərlə üz-üzə gə-lir.Səfər ondan soruşur:

-Bəy,özünüzü necə hiss edirsiniz?

Məmməd bəy:

-Yaram,əlhəmdüllah,yaxşıdır.Amma ürəyim qan ağlayır.

Səfər:


-Allaha şükürlər olsun ki,düşmən təslim oldu.Cavad xan bizim xanın çadı-

rında üzrxahlıq edir.

Məmməd bəy:

-“Düşmən” mi dedin?Nə vaxta qədər düşməni öz içimizdə axtaracaq,özü-müz öz başımıza qılınc endirəcəyik?

***

Ekranda yazılır: “Bu hadisədən sonra Cavad xan İbrahimxəlil xanın üstünlü-yünü tanımağa məcbur oldu,oğullarından birini girov kimi Qarabağa,qızlarından birini isə tabeçilik əlaməti olaraq İbrahimxəlil xanın hərəmxanasına göndərdi,illik



xərac verməyə boyun oldu.Bu arada qubalı Şeyx Əli xan qısa müqavimətdən sonra

bacısı Pəricə xanımın tıkidi iləDərbənd qalasının qapılarını general Zubovun üzünə açdı.Pəricə xanımı Dərbənd hakimi təyin edən Zubov oradan Bakı üzərinə yürüdü.

Fəqət Bakı xanı Hüseynqulu xanın və bakılıların şiddətli müqaviməti ilə üzləşdi-yindən rus generalı qoşununun bir hissəsini burada qoyub,Şamaxı istiqamətinə hə-

rəkət etdi. Ruslarla qəhrəmanca döyüşə-döyüşə Fitdağa çəkilən şamaxılı Mustafa

xanın satqın qohumu Qasım xanı Şamaxı xanı təyin etdi.Daha sonra Zubov Salya-na gedərək orada düşərgə saldı.”

***


Ibrahimxəlil sarayının bağçası.Əbülfət bəy və Məmməd bəy hovuzun kəna-

rında oturublar.Məmməd bəy tar çalır,Əbülfət bəy dinləyir.Musiqi bitdikdən sonra

Məmməd bəy soruşur:

-Özünü necə hiss ediirsən?

Əbülfət bəy:

-Başa düşmədim,necə yəni özümü necə hiss edirəm?Necə hiss etməliyəm ki?

Məmməd bəy:

-Burada başa düşməli nə var ki,qardaşların,bacıların səninlə tanış olmağa, böyük qardaş kimi əlini öpməyə gəliblər.Sən gedəndə onların bəzisi körpə idi,bəzi-

ləri isə heç dünyaya gəlməmişdi.

Əbülfət bəy:

-Vallah,bilmirəm inanarsan,ya yox,onlar barədə mənə bu necə həftə ərzində

o qədər söhbət açılıb ki,elə bilirəm,hər biri ilə çoxdan tanışam.Amma ən çox da Ağabəyim baçımı maraq edirəm.Gözəl şerlər yazdığını,çox elmli,bilikli və hazırca-

vab olduğunu hər kəs söyləyir.

Məmməd bəy:

-İnşallah,bu gün onu da görərsən.Şahnisə xanım deyir ki,xan onun bun-dan sonra sarayda yaşamasına qərar verib.

Əbülfət bəy ayağa qalxaraq:

-Sarayda yaşayacaqsa,deməli,günlərin birində siyasi məqsədlərlə hansı-

sa xanın və ya şahın hərəmi olmaq məcburiyyətində qalacaq.

Məmməd bəy:

-Xan övladı olmağın bədbəxtliyi də bundadır.Atan sənə gözəl bir mülk tikdirib,inşaalah səni evləndirmək və o mülkü sənə təslim etməyi düşünür.Sarayın

səni çox sıxdığını bilirəm.

Əbülfət bəy:

-Mənimsə ürəyim başqa şey hiss edir.Ürəyimə damıb ki,bu halım uzun sürməyəcək və yenə də hansısa siyasi sövdələşməyə uyğun olaraq,yenidən kiminsə sarayında girov kimi yaşamalı olacağam.

Məmməd bəy də ayağa qalxır:

-Bəsdir kədərli şeylərdən danışdıq.Gəl,mövzunu dəyişək.

Məmməd bəy əlindəki tarı yerə qoyur və iki əmioğlu bağçada gəzişməyə başlayır.O sözünə davam edir:

-Eşitmisən də,sabah İrakli xan Qaraba]a gəlir,xanımız Gəncədən geri aldığı min əsir gürcü qızını ona təslim edəcək.

Əbülfət bəy:

-Və bu qadınların hər biri özü ilə Tiflisə qarnında bir gəncəli əsgərin öv-ladını aparacaq,eləmi? Gör neçə illərdir, gürcülərin və ermənilərin sayı həm də bu yolla artır.

Kadr arxasından Ağabəyimin səsi eşidilir:

-Əmoğlu,məni dadaşımla tanış edərsənmi?

Gənclərin hər ikisi səsə geri dönürlər.

***

Ağabəyim gülümsəyə-gülümsəyə onlara tərəf gəlir.



***

Ağabəyim onlara yaxınlaşıb,qardaşının əlindən öpərək “Xoş gördük,da-

daş,həmişə evində-eşiyində!”-deyir.Əbülfət bəy də onun alnından öpür:

-Xoş günün olsun,gözəl bacım mənim.

Ağabəyim Məmməd bəyin də əlindən öpür.Məmməd bəy də öz növbə-sində onu alnından öpərək Əbülfət bəyə deyir:

-Bilirsən də Ağabəyim bacımızın atası da xandır,dayısı da xandır.Da-marlarında türk qanı ilə yanaşı avar qanı da axır.

Ağabəyim:

-Artıq hamı yığışıb,sizi gözləyirlər.

Məmməd bəy:

-Elə isə,nə gözləyirik,gedək.

Əbülfət bəy:

-Gedək.


***

İbrahimxəlil xanın sarayı.İbrahimxəlil xan,İrakli xan,Vaqif və Alek-sandr ata üzbəüz durub söhbət edirlər.İrakli xan yarı incik,yarı əsəbi halda deyir:

-Amma vəzirin yanıma gəlib,başqa söz söyləmişdi.Gəncədən alınacaq

xəracın bütünlüklə Tiflisin bərpasına sərf ediləcəyini demişdi.Amma indi eşidirəm ki,gəliri Ümmə xanla aranızda bölmək qərarına gəlmisiniz.

İbrahimxəlil xan:

-Bax,qardaşım,hərbin öz qaydaları,qənimətin bölüşdürülməsinin də öz

qaydaları var və sən onları məndən pis bilmirsən.Əvvəla biz Gəncəyə yetişdikdə

orada nə oğlun İskəndəri gördük,nə də onun qoşununu.Sadəcə,yüz gürcü əsgəri qalmışdı ki,onlar da ətraf kəndləri qarət etməklə məşğul idilər.Bizə qoşulanlar da

onlar oldu.Onlar isə paylarını artıqlaması ilə aldılar.Hərəsinə yüz qoyun və yüz əşrəfi verildi.Sənin oğlun isə aramızdakı razılaşmaya əməl etmədi.Ona görə də

məndən inciməyə heç bir haqqın yoxdur.

İrakli xan:

-Tutaq ki,bu məsələdə sən haqlısan.Amma yüz əsgərin və hər birinə ver-diyiniz yüz qoyunun aqibətindən xəbərin varmı?

İbrahimxəlil xan təəccüblə:

-Nə olub ki?

İrakli xan Aleksandr ataya müraciətlə:

-Sən söylə!

Aleksandr ata:

-Onlar Qazaxa çathaçatda Ümmə xanın adamları arxadan yetişib qoyun-larını da,pullarını da,üstəlik silahlarını da əllərindən alıb,özlərini də o ki var əzişdi-


Yüklə 2,1 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin