Beynəlöalq əlaqələrin ən etibarlı



Yüklə 1,53 Mb.
səhifə3/9
tarix21.10.2017
ölçüsü1,53 Mb.
#7497
növüDərs
1   2   3   4   5   6   7   8   9

Jol Kombon

Danışıqların

təsnifatı
1.Diplomatiyanın əsas məqsədləri və onlara çatmaq

vasitələri

2.Danışılqların klassifikasiyasının problemlərı

3. Siyasi və diplomatik danışıqlar

4.Təmsilçilik səviyyəsinə görə danışıqlar

5. Danışıqların keçirilməsi formaları

Tarix boyu diplomatiyanın məramı dövlətlərarası kommunikasiya qurmaqdan ibarətdir. Bu addım dövlət- lərarası münaqişələri nizamlamaq, həyati problemərlə bağlı qeyri-hərbi ikitərəfli, yaxud çoxtərəfli münasibətlər yaratmaq istəyindən doğur. Belə görünür ki, diplomatiya ilə hərbi davranış arasında da bir bağlılıq yaşanır. Diplomatiya üçün xarakterik olan dialoq bir neçə vacib şərt üzərində qurulur.



1.Qarşı tərəfin öz maraq və məqsədlərinin ol-

ması inkar olumamalıdır;

2.Bu təbii və qanunauyğun düşüncə həm də bey-

nəlxalq münasibətlərin inkişafının vaçib mə-

qamıdır;

Bu baxımdan birtərəfli qaydada öz maraqlarını qabartmaq cəhdindən uzaqlaşaraq qarşılıqlı anlaş-maya yol açan dialoqa çalışmaq lazımdır.Deyilənlə-ri Hans Morqentau diplomatiyanın funksiyaları sis-teminə daxil etmişdir.



1.Diplomatiya öz məqsədlərini aydınlaşdırmalı,

bunun üçün hansı gücə malik olduğunu dərk et-

məlidir;

2.Digər dövlətlərin siyasi məqsədləri və məqsəd-

lərinə qovuşmaq üçün potensial gücünün sə-

viyyəsini nəzərə almalıdır;

3.Güclər arasındaki nisbəti danışıqlar, informa-

siya mübadiləsi yolu ilə öyrənməyə borcludur;

4.Məqsədlərin gercəkləşməsi üçün mümkün vasi-

tələrdən istifadə etməlidir.

Vasitələr deyəndə diplomatiyada aşağıdakilar nəzərdə tutulur:



1.Danışıqlar zamaı özünün doğru olduğuna

qarşı tərəfi inandırmaq;

2.Güclə hədələmək və yaxud güc tətbiq etmək;

3.Problemlərin kompromis yolu ilə həllinə nail

olmaq

Danışılqlar beynəlxalq hüquq subyekləri ara-sinda özünəməxsus ünsiyyət formasi kimi olduqca çətin çeşidlənmə prinsiplərinin tətbiqini tələb edir. Təbii ki, ugurlu çeşidlənmə ilk novbədə danışıqlar prosesinin ortaq və yaxud fərqli göstəricilərinin üzə çıxarılmasını aktuallaşdırır.

Yalnız bundan sonra danışıqların növləri (tip-ləri) barədə az-çox gerçəkliyə yaxın fikir söyləmək olar.Bu istiqamətdəki cəhdlərin bitkin olmaması da-nışıqlara birbaşa yanasma meyarlarının çoxluğun-dan irəli gəlir. Məntiqi ardıcıllıqla danışıqlara və da-nışıqlar prosesinin iştirakcılarına nəzər tuşlasaq, çe-şidlənmə üçün aşağıda göstərilənlər açar rolunu oy-naya bilər:

1.Tərəflərin danışıqlara marağı;

2. Danışıqlarda təmsilçilik səviyyəsi;

3. Danışıqların aparılmasına ehtiyac;

4. Problemin müzakirəsi;

5. Danışıqların iştirakçılarının sayı;

6.Danışıqların aparılmasının dövri xarakteri;

7. Danışıqların forması.

Göstərilənlərin hər biri öz növbəsində danışıqlar ətrafında geniş mülahizə yürütməyə imkan verir.Da-nışıqlar üçün maraq prinsipini əsas götürsək, ame-rikalı tədqiqatçı Con Dinin göstərdiyi kimi, üç cür danışıqlar qeydə alına bilər.



1.Danışıqların uğurla nəticələnməsinə hansısa

tərəf(tərəflərin hər ikisi, yaxud hamısı) maraq-

sız olur;

2.Tərəflər nəticə qazanmağa qismən maraq göstə-

rir;

3.Tərəflər real nəticə qazanmağa cəhd edir və problemin birgə həllində maraqlıdır.

Təmsilçilik səviyyəsinə görə danışıqlar iki qrupa bölünür:



1. Siyasi danışıqlar;

2. Diplomatik danışıqlar.

Bir çox hallarda danışıqların göstərilən iki forması arasında fərq olmadığı iddia olunur. Belə başa düşməliyik ki, siyasi danışıqların aparılması ali səviyyədə (zirvə toplantıları-sammitlərdə) yalnız döv-lət və hökumət başçılarının, eyni zamanda yuksək səviyyədə xarici işlər nazirlərinin səlahiyyətlərinə da-xildir. Bir qrup tədqiqatçılar bu sıraya mərasimlər (milli bayram, qalstuksuz qöruşlər, matəm və s,) zamanı aparılan danışıqları da əlavə edirlər.



Təbii ki, bu səviyyəli danışıqlarda beynəlxalq münasibətlərin aktual problemləri və dövlətlərarası münasibətlərin prinsipial məsələləri ətrafında fikir mübadiləsi aparılır. Diqqəti çəkən başlıca məqam isə ondan ibarətdir ki, dövləti təmsil edən ali şəxslərə danışıqlar aparmaq üçün səlahiyyətlərini təsdiq edən hər hansı bir sənəd verilmir. Öz dövlətinin milli maraqlarını qorumaq bu şəxslərin həm vəzifə, həm də vətəndaşlıq borcudur. Dövlətin ali şəxslərinin danı-şıqlar aparmaq səlahiyyətləri qanunvericiliklə nizam-lanır.

Diplomatik danışıqların aparılması birbaşa səfirlərin payına düşür. Bu, yerləşmə dövlətində, dip-lomatların peşə fəaliyyətinin əsas elementidir. Öz dövlətini təmsil etmək hüququna malik olan səfirlərə hər hansı problem ətrafında danışıq aparmaq üçün onlara xüsusi təlimatlar verilməlidir.

Qeyd etmişdik ki, danışıqlar prosesinə heç bir halda ünsiyyət problemlərindən kənar baxıla bilməz. Bu prosesin özü də məqsədyönlüdür və müəyyən eh-tiyacdan irəli gəlir. Bəs danışıqlar prosesi üçün xarak-terik olan ehtiyaclar hansılardır? Fransız tədqiqatçısı Jerar Niramber bu əsasda beş danışıq növü oldu-ğunu iddia edir.

1.Qarşı tərəfin ehtiyacının ödənməsinə yönələn

danışıqlar;

2.Qarşı tərəfin öz ehtiyaclarının təmin olunma-

Sına cəhd etməsi ilə müşayət olunan danışıqlar;

3.Hə iki tərəfin ehtiyacının ödənməsinə xidmət

edən danışıqlar;

4.Öz ehtiyaclarını qarşı tərəfin ehtiyacının ödən-

məsi naminə qurban vermək;

5.Hər iki tərəfin qarşilıqlı şəkildə öz ehtiyacla-

rını qurban verməsi ilə gedən danışıqlar.

Göstərilən halların hər biri taktika və strategiya məsələləri ilə izahlanmalıdır. Danışıqlara təsir göstə-rən kənar faktorların da tərəflərin hansısa seçim etməsində rol oynaya bilər. Aydındır k, öz xoşuna hansısa tərəfin öz mövqelərindən çəkilməsi az təsadüf olunan haldır.

Bütövlükdə isə müasir dünyada danışıqların pa-litrası əlvanlığı ilə diqqəti çəkir.Müzakirə olunacaq problemlər dövlətlərarası münasıbətlərdə yetərincə olmasına baxmayaraq danışıqların ənənəvi olaraq bir neçə umumi məsələlər ətrafında qruplaşma aparıl-ması daha məqsədəuyğundur.

1. İqtisadi məsələlərlə bağlı danışıqlar;

2. Hərbi məsələlərlə bağlı danışıqlar;

3. Ekoloji məsələlərlə bağlı danışıqlar;

4. Humanitar məsələlərlə bağlı danışıqlar;

5. Siyasi məsələlərlə bağlı danışıqlar.

Bu sıranı əslində artırmaq da olar. Bu gün informasiya texnologiyaları, elm, mədəniyyət, nəq- liyyat və digər sahələrlə bağı aparılan danışıqlara daha çox təsadüf olunur. Qeyd olunmalıdır ki. Haq qında təsəvvür yaratmaq istədiyimiz danışıqlar həm ikitərəfli, həm də çoxtərəfli formatda aparıla bilir. Дювлятлярарасы мцнасибятлярдя чохтяряфли danışıqlar мцщцм ящямиййятли проблемлярин щяллиндя ян тутарлы васитялярдян биридир. Х1Х ясрдя формалашан «Авропа консерти»1чохтяряфлi danışıqlar йолунда йашыл ишыг олду. XX əsrin ikinci yarısından, xüsusilə BMT yarandıq-dan sonra (1945) coxtərəfli danışıqların əsl çiçəklən-mə dövrü başlanıb. BMT Baş Assambleyasının ses-siyaları, beynəlxalq təşkilatların toplantıları, beynəl-xalq konfranlar, sammitlər, ”Böyük səkkizliyin” top-lantıları çoxtərəfli formatda aparılır. Xüsusi vurğu-lanmalıdır ki çoxtərəfli danışıqların aparılması bir sıra çətinliklərlə bağlıdır İştirakçıların say çoxluğu sərt protokol qaydalarının tətbiqi ilə müşayət olunur. Bunsuz, əslində, keçinmək qeyri- mümkündür.

Beynəlxalq münasibətlərə aid mənbələrdə bu kimi məqamlarla bağlı maraqlı məlumatlar az de-yildir. 1648-ci ildə “Otuz illik müharibə”yə son doyan Vestfal sülhünün imzalanması üçün danışıqlada iştirakçıların əyləşməsi ardıcıllığı altı aylıq muza-kirələrdən sonra həllini tapmışdı. Тяряфлярин юз мюв-гелярини мцдафия етмяк cящди щям дцнянин, щям дя бу эцнцн дипломатийасында башлыcа проблем олараг галыр. Рус-Тцрк данышыгларындан (1791-cи ил октйабр-нойабр) бящс едян китабда Г.А.Кесселбренер йазыр: «Нойа-брın 1-дя кечирилян икинcи конфрансда тцркляр трактатын 1-cи бяндиндя «Султан» сюзцня юз етиразларыны билдиря-ряк «Шащиншащ» йазылмасы тялябини гойурдулар. Руслар ися титулларла баьлы Кцчцк-Гайнарcыг сцлщцня (21.VII. 1774-cи ил) истинад едирдиляр. Бир нечя эцнлцк мцба-щисядян сонра мцвафиг дяйишиклик едилди вя йалныз бундан сонра биринcи бянд гябул олунду».1.


Dövlətlərası münasibətlərdə elə məsələlər var ki, yalnız bir dəfə danışıq aparılması ilə həllini tapır. Elə problemlər də yaşanır ki, onların həlli coxsaylı görüşlər və danışıqlar aparılmasını tələb edir. Bu əsasda danışıqlar birdəfəliktəkrarlanan (Xəzər dənizinin beynəlxalq-hüquqi statusunun müəyyənləşdirilməsi isti-qamətində beş Xəzəryani dövlət: Rusiya-Azərbaycan-İran-Türkmənistan-Qazaxıstan arasında danışıqlar, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişə-sının nizamlanması istiqamətində aparılan danışıqlar və s.).Üzun illər həllini tapmayan problemlər ətra-fında danışıqlar sanki fasiləsiz bir mexanizmə çevrildiyindən artiq diplomatik dairələrdə “müddətsiz danışıqlar” termininə işləklik qazandırmışdır.

Danışıqların keçirilməsi formaları da çeşid-lidir.Daha populyar olan formalar aşağıdakılardır:

1.konqres-(1815-ci il Vyana konqresi,1818-ci il Aahen konqresi);

2.sammit-(ATƏT-inLissabon,Budapeşt,İstanbul sam-mitləri);

3.konfrans-(Gенуйа конфрансы (1922), Икинcи Дцнйа мцщарибяси илляриндяки Тещран (1943), Крым кон-франслары (1945), БМТ-нин йаранмасыны тарихляшдирян Думбартен- Окс (1944) вя Сан-Франсиско(1945) кон-франслары.

4.görüş;

5.sessiya -(BMT-nin illik payız sessiyaları )

6.müşavirə (Авропада Тящлцкясизлик вя Ямяк-дашлыг Мцшавиряси (Щелсинки-1975)).

Конгрес, конфранс, мцшавиря, саммит2 (зирвя топлантысы) вя с. шякилдя адландырылмасындан асылы ол-майараг бцтцн садалананлар юз мягсяд вя мярамына эюря ейнилик тяшкил едир вя дипломатик сюзлцклярдя «Бейнялхалг конфранс»-термини иля ифадя олунур.Лакин бязи мягамларда конфранс вя конгрес анлайышларынын тяряфляр арасында ясл мцбащися обйектиня чеврилдийиня дя тясадцф олунур. Мящз Аащен конгреси яряфясиндя «...Санкт-Петербург конфранс явязиня конгрес, йяни тякcя мцзакиря етмяк сялащиййяти йох, щямчинин бю-йцк дювлятляр адындан разылашма имзаламаг сялащий-йяти олан дипломатик шуранын чаьырылмасы тяклифини irəli сцрдц».1

Бейнялхалг конфрансын кечирилмяси тяшяб-бцсц иля дювлят (щюкuмят) башчысы, хариcи ишляр назири вя йахуд бу тяшяббцсля чыхыш етмяк цчцн хцсуси сяла-щиййятляр верилмиш дипломатлар (сяфирляр), бейнялхалг тяшкилатлар чыхыш едя биляр. Danışıqlar prosesi bir qayda olaraq bılavasitə (üz-üzə) tərəflər arasında aparılır. Bu əsasda birbaşa danışıqlar və dolayı danışıqlar haqqında da danışmaq tələb olunur.

Bəzi məqamlarda tərəflərin birbaşa danışması çətinliklərlə bağlı olduğundan prosesə vasitəçilər (konkret şəxs, beynəlxalq təşkilat) qatılır. Buna misal olaraq ATƏT-in “Minsk qrupu”nun fəaliyyətini ğös-tərmək olar. Danışıqların açıq (şəffaf) və məxfi (konfidensial), standart və qeyri- standart olması da gözləniləndir.



Яэяр инсан щансы сащиля цздцйцнц билмирся,

онун цчцн сямт кцляйи щеч вахт ясмяйяъяк.

Sеnека

Danışıqların

taktika və strategiyası
1. Danışan tərəflərin bir-birindən asılılığı

2. Əməkdaşlıq strategiyası

3. Rəqabət strategiyası

4. Kompromis nədir?

5. Danışıqların taktikası və növləri

Danışıqlar daim inkişafda olan, zaman keç-dikcə zənginləşən və əslində dəyişməz qalan bir anla-yışdır. Təkzibolunmaz ən böyük həqiqət ondan iba-rətdir ki,danışıqlar diplomatiyanın əbədi, beynəlxalq münasibətlərin isə ən universal alətidir. Böyük tətbiqi mahiyyət daşıyan danışıqların sırf nəzəri meyarları olmadıgını nəzərə alsaq bu prosesin daha effektiv və səmərəli olmasına təminatın nədən qaynaqlandığı sualına cavab tapmalıyıq. Danışıqarda ən qısa yolla məqsədə naıl olmaq üçün mümkün vasitələrin səfər-bər olunması vacibdir.Deməli, ”danışıqlar strate-giyası” real zaman bicimihdə ümidverici sonluğa təminat verən və uzun illərin təcrübəsində özünü doğruldan çevik diplomatik gedişlər kimi başa düşülməlidır. Təbii ki, stragiya forması danışıqların start nöqtəsində dayanır və prosesin sonrakı bütün mərhələlərində davranışın meyarına çevrilir.

Danışıqlarla bağlı elmi mülahizələrdə belə bir hipoteza mövcuddur ki, danışan tərəflər bir-birindən asılıdır və tərəflərin hər bırı öz maraqlarını qorumağa çalışır. Son qənaət danışıqların ümumilikdə para-metrlərini aşağidakı şəkildə müəyyənləşdirməyə im-kan verir:

1. Tərəflər qarşılıqlı asılıdır;

2. Tərəflər öz maraqlarını ortaya qoyur;

3. Tərəflər arasında güc fərqi yoxdur.

Belə qənaətə gəlməliyik kı, bu ardıcıllıqda tərəf-lərin bərabərhüquqlu suveren subyektlər olması önə çəkilmişdir.Reallıqda güc bərabərliyi şərti xarakterli anlayışdır.

Həm danışıqlar ərəfəsində, həm də danışıqların gedişində taktika və strategiyanın seçilməsi bir sıra obyektiv və subyektiv faktorların təsirindən kənar de-yildir.Obyektiv faktorlar arasında ən başlıcası mə- qamdır. Daha sonrası tərəflərin start nöqtəsindəki vəziyyəti, problemə yanaşma tərzi və s. kimi vacib faktorlar götür-qoy edilməlidir. Subyektiv faktorlar daha çox tərəflərin danışıqların gedişi ilə bağlı təsəvvürləri, nəticə ilə baglı ümidlər, danışıq aparanın səxsi keyfiyyətləri, ünsiyyət qurmaq bacarığı ilə bağ-lıdır.

Müasir elmi araşdirmalarda danışıqların stra-tegiyasının öyrənilməsində çox populyar sayilan To-mas-Killmen bölgüsünə müraciət olunur. Müəlliflər danışıqlar üçün səciyyəvi sayılan iki meyarı:



1.Danışan tərəflərın öz maraq və məqsədləri

olmasını;

2.Qarşı tərəfin maraqlarının sıviyyəsini nəzərə

almaqla Əməkdaşlıq, Rəqabət, Kompomis, Uy-



ğunlaşma, Ötüşmə strategiyalarinın öyrənilmə-

sini vacib sayırlar:



Əməkdaşlıq

Əməkdaşlıq strategiyası yalnız ortaq maraq və məqsədləri olan tərəflər arasında gerçəkləşə bilər. Be-ləliklə, danışıqlara əməkdaşlıq və rəqabət arasında baxılmalıdır. Bununla belə danışıqlar prosesi nisbi mustəqil davranış formasıdırə Yuxarıda qeyd etdiy-imiz qarşılıqlı asılılıq şəraitinəzərə alınmaqla hər han-sı tərəfin son nəticədə qazanacağı uğur qarşı tərəfin yanaşma tərzinə ekvivalent olmalıdır

Çünki hər iki tərəf nəticənin uğurlu alınmasında maraqlıdır. Bu addımı tərəflər şüurlu şəkildə atırlar. Əks halda, danışıqların uzadılması, tərəfləri ümumi məqsəddən uzaqlaşdıra bilər. Bəzən belə əminlik formalaşır ki, əməkdaşlıq strategiyası problemlərdən uzaq strategiyadır. Əslində isə münaqişə və əməkdaş-lıq ziddiyət yaradan anlyışlar olduğundan belə vəziy-yətdə konstruktiv danışıqlara ümid etmək çətindir.

Ən azı ona ğörə ki, aşağıdakılar buna imkan vermir

1.Konfliktin predmeti;

2.Əğər münaqişə tərəflərindən hər hansı birı üçün həyati dərəcədə əhəmiyyətlidirsə, hər hansı for-mada əməkdaslıqdan hələlik danışmağa dəyməz;





Tomas-Killmen cədvəli

Bu zaman tərəflər biruzə verməsələr də, əslində, gizli rəqabət strategiyasını davam etdirirlər. Tərəflər yalnız hadisələri izləyərək problemin həllində hər hansı müsbət meyli müxtəlif manevrlərlə əməkdaşlıq müstəvisinə çıxara bılər.

3.Əməkdaşlıq strategiyası bütün digər strategiya növlərini özündə cəmləşdirir. Daha dəqiq desək, tərəf-lərin danışıqlara meyli varsa, digər strategiyalar ikin-ci dərəcəli,yaxud asılı elementlər kimi təsəvvür olun-


malıdır. Bunlardan müxtəlif məqamlarda psixoloji təsir vasitəsi kimi istifadə oluna bilər. Xatırladaq ki, danışıqları insanlar aparır.Maraqların uzlaşdırılması cəhdlərinin uğurlu olması ugurlu strategiya seçimin-dən çox, məqamın uğurlu seçilməsindən asılıdır.7

Rəqabət

Rəqabət strategiyası tərəflərin maraqlarının ziddiyyətli olmasından qaynaqlanır. Ancaq bunu qəti barışmazlıq kimi yozmaq doğru deyildir. Ən azı ona görə ki, tərəflər danışıq aparmağa meyllidir. Sadəcə tərəflərdən biri öz maraqlarının maksimum təmin olunması üçün bütün vasitələrə əl atmaq cəhdində olur. Bir tərəf qarşı tərəfə özünün daha güclü oldu-ğunu nümayiş etdirməklə nəticəni öz maraqlarına uy-ğunlaşdırmağa çalışır.

Təbii ki, danışıqlar mümkün vasitələrlə maraq-larən gerçəkləşməsinə xidmət edir. Əslində əmədaşlq və rəqabət strategiyası arasında konkret sərhəd yoxdur. Bunlar bir-birini tamamlayan sonsuz proses kimi labüddür. Əməkdaşlq qloballaşan dünyada hər bir dövlətin yaşam tərzini müəyyənləşdirir. Rəqabət isə, yaxşı mənada, inkişafın barometridir. Dövlətlər arasında fikir ayrılıqları yaradan amillər çoxdur. Əməkdaşlıq məhz ona görə daha əlverişlidir ki, hər hansı zəmində konflikt yaranacağını qabaqlayır, qarşılıqlı etimadsızlığa son qoyur.

Tərəflərdən birinin qeyri konstruktiv davranışı əməkdaşlığa zərbə vurur və hətta dayandırılmasına gətirib çıxarır. Rəqabət strategiyası bir növ özünü qarşı tərəfdən üstün tutmaq düşüncəsindən irəli gəlir. Qarşı tərəfi arzusunda olmayan addımı atmağa təhrik etmək, maraqlarını üstələmək son nəticədə destruktiv danışıqlarla tamamlanır.

Tərəflər müxtəlif səbəblər üzündən bir-birindən (qısamüddətli və yaxud uzun müddətli) uzaqlaşmalı olur. Bu xoşagəlməz vəziyyəti tədqiqatçılar (U.Mas-tenbruk) əməkdaşlıq paradoksu” termini ilə ifadə edirlər. Təbii ki, sonradan tərəflərdən hansısa tətəf vəziyyətə düzəliş etmək marağında olduğundan danı-şıqların yenilənməsi gündəmə gəlir( Misal üçün, Türkiyə səmasında Rusiya qırıcı təyyarəsinin vurulma-sından sonra proseslər iki dövlət arasında münasi-bətlərin dayandırılması ilə nəticələndi. Bir neçə aylıq soyuq münasibətlərə 2016-cı ilin iyun ayında Türkiyə-nin təşəbbüsü ilə son qoyuldu). Beləliklə, strategiya danışıqlarda arzu olunan nəticənin gerçəkləşməsi üçün işlənib hazırlanmış ana xəttdir.

Kompomis

Kompromis tərəflərin maraqlarının balanslaş-dırılması yolu ilə qarşıdurmanın müsbət məcraya yönəldilməsi strategiyasıdır. Bəzən bunu“ortaq güzəşt davranışı” kimi də səciyyələndirirlər.

. 1.Kompromis münaqişənin həll olunması kimi qəbul olunmamalıdır. Bu yalnız problemin həllində maraqlı olan tərəflərin qarşılıqlı güzəşt addımıdır.

2.Bəzi hallarda, münaqişəyə səbəb olan faktorlar aradan qalxdıqda problemin müsbət həllinə təkan verə bilər.

3.Kompromis aktiv passiv davranışla müşayət oluna bilər. Aktiv kompromis tərəflərin ortaq razılı-ğının hüquqi müstəviyə gətirilməsi deməkdir. Bu za-man qarşılıqlı öhdəlik yaradan sənəd (müqavilə) imzalanması nəzərdə tutulur. Passiv kompromis bəzi hallarda əhəmiyyətli ola bilən addımlar kimi əhəmiy-yətli ola bılər.Ancaq bunu bütövlükdə problemin tam həllinə təminat olacağına inanmaq çətindir. 1993-cü ildə Dağlığ Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Azərbaycan və Ermənistan arasında atəskəs rejiminin tətbiqi buna misal ola bilər.

Müşahidələr göstərir ki, münaqişə tərəfləri ək-sər hallarda xırda məsələlrdə güzəştə getməyə meylli olurlar.Bu isə əsas problemin ağırlıq yükünü azaltmır. Azərbaycan tərəfi birmənalı şəkildə ərazi bütövlü-yünün danışıqların predmetı olmayacağını dəfələrlə bəyan edib.

Məzmunca kompromis konsensus anlayışına yaxındır. Hər iki halda qarşılıqlı güzəşt meyarlari ön planda dursa da kompromis konsensusdan fərqlidir.

Ötüşmə

Tərəflər münaqişənin predmetinə əhəmiyyətsiz bir hadisə kimi yanaşırlar və danışıqlara bır o qədər maraq göstərmirlər. Belə güman olunur ki, problem nə vaxtsa öz həllini tapacaq. Tərəflərin danışıqların predmetinə maraqsız olması ondan irəli gəlir ki, bu əsasda münaqişə yaranması ehtimalı olmur.



Danışıqların taktikası

Taktika danışıqların ayrı-ayrı mərhələlərində han-sısa məqsədin əldə olunması uçun konkret gediş-lərdir. Danışıqlar üçün xarakterik olan və təcrübədə daha çox tətbiq olunan taktikalara diqqət yetirək. Bu taktikaların bəziləri diplomatiya tarixində iz qoymuş şəxsiyyətlərin adı ilə bağlıdır.

Mehriban dost” taktikası. Bu zaman fikirlər də-qiq və yığcam şəkildə qarşı tərəfə çatdırılır. Eyni zamanda tələsik cavab verməmək, dərindən düşün-mək, götürqoy etmək xahiş olunur.

Linkoln taktikası. Bu zaman əsas problemin həl-li ilə bağlı hər hansı dəlillərin açıqlanması bilərəkdən yubadılır, qarşı tərəfə öz mövqeyini bildiməyə imkan verilmir və danışıqlara ayrılan vaxt, demək olar ki, ikinci dərəcəli məsələlərin müzakirəsinə həsr olunur.

Maksimilyan taktikası. Qarsı tərəfin diqqətinə vaxtın azlığını çatdırmaqla onu əsas mövzudan yayın-masına imkan verməmək. Bu atmosferdə özünü həqi-qətən işgüzar göstərməklə əsl məqsədlərini pərdə-ləmək məharəti tələb olunur. Qarşı tərəfi inanır ki, vaxt olsaydı, çox iş görmək olardı.

Taleyran taktikası. Bu taktikanın əsasında müt-təfiqləri parçalamaq, onların arasında nifaq yarat-maq, bir-biri ilə barışmaz mövqedə durmasına təkan verməklə onlara təklikdə zərbə vurmaq niyyəti daya-nır. Necə deyərlər, “parçala - hökm sür.”

Qəfil” taktika. Qarşı tərəfə məlum olmayan bir neçə problemlə bağlı sual verməklə çaşqınlıq yarat-maq.

Təxribat” taktikası. Bir müddət ortaya qoyulan fikirlərlə narazılıq reaksiyası müşahidə olunur. Bu məqam sonradan danışıqların daha konstruktiv ol-ması üçün start nöqtəsi ola bilər. Öz mövqeyini daha cəsarətlə çatdırmaq üçün vaxt qazanmaq bu takti-kanın əsasında durur.

Proqnoz” taktikası . Real faktları, rəqəmləri, baş verənləri diqqətə tuşlamaqla hadisələrin sonrakı inki-şaf tendensiyasını, bunun acı nəticələrini qabartmaq və qarşı tərəfə təsir göstərmək niyyətindən qaynaq-lanan taktikadır. Bu zaman müəyyən tövsiyələr veril-məsi də istisna deyildir.

Birbaşa qoşulma”taktikası. Əgər tərəflər prob-lemlə tanışdırsa, yetərli dərəcədə məlumatlıdırsa, uzun-uzadı danışmaq(retrospektiv yanaşma)yersizdir. Ayrılan vaxtı səmərəli istifadə etmək daha məqsədə-uyğundur.

Qeyd olunmalıdır ki, ünsiyyət məqamlarında (danışıqlarda) mütəxəssislərin xəbərsiz olduğu, mən-bələrdə təsvir olunmayan, heç kəs tərəfindən öyrə-nilməyən çoxsaylı taktikalar özünə yer ala bilər. Odur ki, danışıqların iştirakçılarının qarşı tərəfin hər bir addımına (taktikasına) adekvat davranış nümayiş etdirmək məharəti olmalıdır. Əslində məqamların özü qədər taktikalar da sonsuzdur.



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin