BEYNƏLXALQ POÇT BAĞLAMALARININ İŞLƏNMƏSİ VƏ VERİLMƏSİ
Daxil olan beynəlxalq bağlamalar gömrük baxışı zamanı iki qrupa ayrılır:
1. Gömrük rüsumu tətbiq edilməklə və ünvan sahibi tərəfindən rüsum ödənilməklə verilən bağlamalar;
2. Gömrük rüsumu tətbiq edilmədən və ünvan sahibindən rüsum alınmadan verilən bağlamalar.
Kövrək bağlamalar istisna olmaqla, PDM-dən daxil olan hər bir bağlama təyinat yerlərinin poçt müəssisələrinə, qiymətli kisələrdə aşağıdakı sənədlərlə daxil olur:
1. Gömrük rüsumu tətbiq olunan rüsumlu bağlamalarla - F.CP 71 qoşma ünvan blankı, veriləndə ödənilən dəyərin məbləği göstərilmiş MP-1(ÖŞ) pul köçürmə blankı, gömrük bəyannaməsi, gömrük rüsumunun məbləği yazılmış baxış vərəqi;
2. Gömrük rüsumu tətbiq olunmayan rüsumsuz bağlamalarla - F.CP 71 qoşma ünvan blankı və F.CN 23 gömrük bəyannaməsi;
3."Xəbərnamə ilə" olan bağlamalarla - CN 07 beynəlxalq "Xəbərnamə" blankı .Bundan əlavə, kisədə bağlamaların yazıldığı F. 16 qaiməsi də olmalıdır.
Kisəyə bərkidilmiş yarlığın üz tərəfində F. 17 yarlığı, əks tərəfində isə ünvan yarlığı olmalıdır. Ünvan yarlığında bağlamanın qrupu (rüsumlu, rüsumsuz), qəbul olunduğu yer,qəbul və ştix-kod nömrəsi, gömrük rüsumunun və gömrük baxşına təqdim edilməyə görə ödəmə haqqının məbləği, tam ünvanı, ünvan sahibinin tam adı, həmçinin bağlamanın kisə ilə birlikdə çəkisi göstərilməlidir.
Qoşma ünvan blanklarında aşağıdakı ştampların əksləri və göstəriciləri olmalıdır:
1.Gömrük rüsumu tətbiq olunan rüsumlu bağlamalar verilən zaman ünvan sahibindən tutulacaq gömrük rüsumunun məbləği və baxışına tıqdim edilməyinə görə ödənilməli məbləğ;
2.Gömrük rüsumu tətbiq olunmayan rüsumsuz bağlamalar verilən zaman ünvan sahibindən tarif üzrə gömrük baxışına təqdim edilməyə görə alınacaq ödənişin məbləği. Rüsumsuz bağlamaların qoşma ünvan blanklarında bundan başqa gömrük orqanlarının "Rüsumsuz" qeydli ştampı da vurulmalıdır.
Təyinat yerinin poçt müəssisəsinə daxil olmuş bağlama kisəsi diqqətlə yoxlanılır və çəkilir. Üzlüyün, sarğının və möhürün (plombun, bağlayıcı qurğunun) bütövlüyünə, həmçinin kisənin faktiki çəkisinin ünvan yarlığında qeyd olunmuş çəkiyə uyğunluğuna xüsusi diqqət yetirilir. Sonra hər bir kisəyə növbəti daxilolma sıra nömrəsi verilir, bu nömrə ünvan yarlığında və F. 16 qaiməsində, o cümlədən kisə açılarkən və bağlama verilərkən daxili qaimədə qeyd edilir.
Bağlamanı PŞ vermək üçün ünvan yarlığı əsasında F.22 bildirişi yazılır və ünvan sahibinə çatdırılır. Bildirişdə nəzərdə tutulmuş məlumatlardan başqa, bağlamanın ştix-kod etiket nömrəsi,gömrük rüsumu və gömrük baxışına təqdim edilməyə görə haqqın məbləği göstərilir.
Əvvəlcədən hansı bağlamanın (rüsumlu, rüsumsuz) veriləcəyi və müşayiət sənədlərinə əsasən ünvan sahibindən hansı məbləğin alınacağı müəyyənləşdirilir. Ünvan sahibinə verilməzdən əvvəl kisə çəkilir, ünvan sahibinin və nəzarətçi şəxsin yanında açılır, içindəkilər ünvan sahibinin iştirakı ilə yoxlanılır. Üzlük diqqətlə nəzərdən keçirildikdən sonra bağlama çəkilir və onun çəkisi yoxlamadan sonra qoşma ünvan blankında, ödəniş vərəqəsində və bağlamanın üzərində göstərilmiş çəki ilə tutuşdurulur. MP-1 (ÖŞ) pul köçürmə blankında göstərilmiş bağlama veriləndə ödəniləcək məbləğ ödəniş vərəqəsində, qoşma ünvan blankında, F.16 qaiməsində və ünvan yarlığında göstərilmiş gömrük rüsumunun məbləği ilə üzləşdirilir. Əgər bağlama rüsumludursa, onda ödəniş vərəqəsi tanış olunması və ödənilməsi üçün ünvan sahibinə təqdim edilir.
Yoxlama zamanı içərisindəkilərin çatışmazlığı və zədələnməsi aşkar olunarsa, bu hal ətraflı şərh edilməklə F.51 aktı tərtib edilir. Ünvan sahibinin tələbi ilə ona aktın surəti verilə bilər.
Kisə zədələnmiş şəkildə alındıqda və ya akt ilə daxil olduqda bağlama ünvan sahibinə içərisindəkilər yoxlanılmaqla və akt tərtib edilməklə təhvil verilir. Aktda bütün qəbuletmə məlumatlan, bağlamanın içərisindəkilərin yoxlanılması səbəbi, zədələnmənin xarakteri, bağlama açılmazdan əvvəl və açılandan sonra onun çəkisi göstərilir, həmçinin içindəkilərin ödəniş vərəqəsində və bəyannamədə olan qeydlərə uyğunluğu yoxlanılır, çatışmayan əşyaların adları və çəkisi qeyd edilir. Akt, açılmada iştirak edən işçilər və ünvan sahibi tərəfindən imzalanır. Bağlamanın içərisindəkilərinin bir hissəsinin çatışmazlığı aşkar edildikdə, F.51 aktı ilə birlikdə bağlamanın göndərildiyi boş kisə, bağlamanın qabı və onun bağlanma elementləri (kisə yarlığı, sarğı, plomb) PDM-ə göndərilir. Onlar PDM-də 6 həftə saxlanılır, yalnız həmin müddət ərzində sorğu daxil olduqda, tələb olunan yerə göndərilir. Müddət başa çatdıqdan sonra arxivləşdirilir. Bağlama aktla daxil olmuşsa və bağlamanın içərisindəkilər aktda yazılanlara uyğun gəlirsə, bu halda akt ikinci dəfə tərtib edilmir.
Bağlamanı alan zaman ünvan sahibi qoşma ünvan blankında xüsusi ştampda göstərilmiş məbləği ödəyir və qoşma ünvan blankının arxasında imza edir. Əgər bağlama rüsumludursa, ünvan sahibinə ödəniş vərəqəsi verilir. Gömrük bəyannaməsi ünvan sahibinə bağlama ilə birlikdə verilir. Verilən bağlamalara F.22 bildirişi daxili bağlamalarda olduğu qaydada rəsmiləşdirilir.
Gömrük rüsumlu bağlama verildikdən sonra MP-l(ÖŞ) pul köçürməsi blankının əsas hissəsinin arxası pul köçürməsi veriləndə ödənilmiş məbləğlərin göndərilməsi üçün müəyyən edilmiş qaydada doldurulur, pul köçürməsi isə göndərilmək üçün baratların qəbulu üzrə iş yerinə təhvil verilir. Pulun qəbulu haqqında qəbz bağlama alan şəxsə verilir. F.CP 71 qoşma ünvan blankında və ya F.22 bildirişində baratın nömrəsi və onun göndərilmə tarixi haqqında qeyd edilir.
Gömrük rüsumunun qaytarılmasına nəzarət BPMY yoxlama üçün gömrük nümayəndəsinə təqdim edilmiş bağlama siyahısında və baxış vərəqəsinin 1-ci nüsxəsində göstərilmiş gömrük rüsum məbləğinin adbaad üzləşdirilməsi yolu ilə aparılır.Gömrük baxışına təqdim edməyə görə rüsumun ödənilməsinə görə ödəniş qəbzi yazılır və bağlamanı alan şəxsə verilir. F.22 bildirişində rüsumun alınması haqqında qeyd edilir və qəbzin nömrəsi göstərilir.Rüsumun ödənişi AKİS aparıldıqda ödəniş qəbzinin 1 nüsxəsi ünvan sahibinə verilir,2 nüsxə isə F.CP-71qoşma ünvan blankı ilə birlikdə tikilir. Boş kisə yubadılmadan bağlamanın alındığı BPMY qaytarılır.
Əgər ünvan sahibi hesablanmış gömrük rüsumu ilə razı deyilsə o, ödəniş vərəqəsinin arxasında bu barədə müvafiq qeyd etməlidir. Bu halda poçt müəssisəsi bağlamanı təkrar yoxlamaq üçün ona aid sənədlərlə birlikdə qiymətli kisədə ilkin gömrük yoxlaması yerinə göndərir. F.16 daxili qaimədə bağlamanın nömrəsi, göndərən ölkə və qaytarmanın səbəbi göstərilir. Təkrar yoxlamadan sonra gömrük işçisinin göstərdiyi məbləğdə rüsum alındıqdan sonra bağlama ünvan sahibinə verilir.
Xaricdən qaytarılan və ya yeni ünvana göndərilən bağlamaya görə göndəricidən PDM tərəfindən qoşma ünvan blankında, F. 19 yarlığında və ya geriyə qaytanlan beynəlxalq poçt göndərişləri üçün CP 77 blankında göstərilmiş məbləğdə ödəniş alınır. Xaricdən qaytarılmış beynəlxalq bağlamanı göndəriciyə çatdırmaq mümkün olmadıqda, o, saxlanılma müddəti qurtardıqdan sonra paylanmamış poçt göndərişlərinə aid edilir.
Gömrük məntəqəsi olmayan mübadilə yerində ,yolda və ya təyinat yerində bağlamanın içərisindəkilərin xarab olduğu aşkar edilərsə,onda bunu aşkar edən poçt müəssisəsinin bağlamanı açmağa və xarab olmuş əşyaları ləğv etməyə hüququ var.Ləğvetmə poçt müəssisəsinin rəisi və ya onun müavinin iştirakı ilə həyata keçirilir vı F.51 aktı tərtib edilərək surəti,ödəniş vərəqəsinin surəti də əlavə edilməklə,bağlamaya baxış keçirilmiş BPMY göndərilir.Bağlamanın içərisindəkilərin hamısı xarab olmuşsa,onun ləğv edilməsi haqqında F.51 aktının surəti ödəniş vərəqəsi və qoşma ünvan blankı ilə birlikdə gömrük rüsumunun ləğv edilməsi üçün bağlamanın yoxlandığı BPMY göndörilir.
Dostları ilə paylaş: |