Teleqram,göndərici tərəfindən kateqoriyası və növü gösərilməklə aşağıdakı qaydada tərtib olunur:
1.ünvan (ölkə ,kənd, qəsəbə, rayon mərkəzi, şəhər, təyinat məntəqəsində poçt şöbəsinin indeksi,küçənin adı,evin,mənzilin və telefonun nömrəsi)
2.ünvan sahibinin adı,soyadı
3.teleqramın mətni
4.göndəricinin adı,soyadı
5.göndəricinin ünvanı
Teleqram blankının aşağı hissəsində xəttin altında göndəricinin ünvanı,soyadı,adı,telefon nömrəsi və ya “yolüstü”qeydi yazılır.Bu məlumatlar haqqı ödənilən sözlər kimi hesablanmır,göndəricidən haqq alınmır və kompüterlə ötürülmür.Teleqramın mətnində nalayiq sözlər ,həmçinin mətnsiz,yalnız ünvandan ibarət olan teleqramlar qəbul olunmur.
Teleqramlar üçün göndəricilərlə hesablaşma aşağıdakı üsullarla aparılır: nəğd,qeyri-nəğd üsulla avans pul köçürməklə,ödənilmiş cavab talonları ilə,sonradan hesablaşmaqla kreditlə (telefonla qəbul edidikdə).
Teleqramların qəbulu zamanı onun keçdiyi bütün mərhələlərdə sözlərin ötürülməsinin və qəbulunun düzgünlüyünə nəzarət edilməsinə xidmət edən həqiqi sözlər və durğu işarələri sayılır.Bütün həqiqi sözlər və durğu işarələri tarif sözləri hesab edilir .Tarif sözünə aşağıda göstərilənlər aiddir:
1.teleqramda Azərbaycan dilinin qrammatikasına uyğun yazılan hər bir söz;
2.təyinat yerinin adında və ünvanda ayrıca yazılan hər bir söz;
3.rəqəmlərdən,hərflərdən ibarət hər bir qrup və ya işarələrdən,rəqəmlərdən və hərflərdən ibarət qarışıq qrup;
4.ayrı yazılan hər bir işarə,hərf və ya rəqəm;
5.durğu işarələri;
6.hər bir qısaldılmış və ya birləşdirilmiş söz,hüquqi şıxslərin və vəzifənin qısaldılmış adları;
7.Beynəlxalq teleqramlarda hərf və işarələrin sayı10-dan artıq olan söz və işarə qrupunun hər tam və natamam 10 işarəsi ayrıca haqqı ödənilən söz kimi hesablanır.Bu teleqramlarda sözlərin sayı 300 çox olduqda o,iki hissəyə bölünür və ayrı-ayrı teleqram kimi qəbul edilir.
Dostları ilə paylaş: |