24
Ol dəm Əli müxatəb edib əhli-Yəsribi
Saldı xəyalə şəhridə çəkmiş fişarını
Hər gün mənə şikayətə gəldiz Bətuldan
Qoymurduz ağlaya o məsaib şikarını
Heç bilmədiz ataası ölüb, dağdaridir
Həqqin alıb, döyüblər o möhnət düçarını
Agah olun Əli ürəyin böldü Fatimə
Rahət yatın mədinəlilər, öldü Fatimə
Qitə
Bu qədər zülmilə ey vay deməyim, bəs nə deyim
Mürtəzanın halına vay deməyim, bəs nə deyim
Öz evimdir, tutulub qəlbim odur ağlayıram
Öz balam Möhsinə lay-lay deməyim, bəs nə deyim
Dostları ilə paylaş: