Allah-Təala söhbəti Quran ayələri və evi məscid olan hər kəsə Behiştdə bir ev inşa edər.130
(Merac gecəsi müşahidə etdiyi Behiştin bəzi qapılarına həkk olunmuş yazıları bəyan edərkən): Kim Behiştdəki yerini görmək istəyirsə, məscidlərdə məskunlaşsın. (orada ibadətə məşğul olsun) 131
Bu dünyada (Allaha) qonaq olun ki, məscidlər eviniz olsun.132
«Allah-Təala (insanların) yeddi dəstəsini Tanrının (mərhəmət) sayəsindən başqa heç bir sığınacağın olmadığı gündə (Qiyamət günü) Öz (rəhmət) sayəsinin altına alar: ... məsciddən çıxarkən‚ oraya bir də qayıtmaq üçün darıxan şəxs.»133
Məscidin divarına söykənmək ərəbin zahidliyi deməkdir. Həqiqətən də, möminin oturduğu yer məscid‚ istirahət yeri isə evidir.134
Şeytan adəm övladının canavarıdır. (Agah olun!) Sürüdən ayrılan qoyun qurda yem olar. Beləliklə‚ təfriqədən çəkinin‚ (həmişə) birliyə‚ həmrəyliyə və məscidə doğru üz tutun.135
Bir-birinizə salam verin ki, Allah-Təala sizi məscidlərdə görsun.136
Məscid hər təqvalı insanın evidir. Allah-Təala məscidi öz evi secən şəxsin (Qiyamət günü) rahat-asudə olmasına‚ Tanrının mərhəməti (sayəsində) qərar tutmasına və Sirat körpüsündən (əmin-amanlıq içində) keçməsinə zəmanət verir.137
Hər bir müsəlman məscidi ibadət etmək və Allahı xatırlamaq məqsədilə öz evi seçərsə‚ uzun müddət uzaq səfərdə olan (əziz) yaxınını görən ailə üzvləri kimi‚ Allah-Təala (da onun gəlişinə) sevinər.138
Hər kəs məscidlə ünsiyyət yaratsa‚ Allah-Təala da onunla ünsiyyət yaradar.139
Hər bir məscidin mələklərlə həmdəm olan «mismarlar»ı vardır. Onlar məscidə gəlmədikdə‚ mələklər onları axtarar. Əgər xəstələnsələr‚ onları yoxlamağa gedər, ehtiyacları olduqda isə onlara kömək edərlər.140
İmam Əli (ə): «(Merac haqqında olan hədisdə buyurulur): Allah-Təala buyurur: «Ey Əhməd! Hər kim sədaqətlə və tam səmimiyyətlə «Mən Allahı sevirəm!»-deyərsə‚ bil ki‚ məscidi öz evi seçər.»141