Zəkəriyyə mələyə dedi: «Bu necə ola bilər? Axı mən də, arvadım da qocayıq».
Mələk cavabında ona dedi: «Mən Allahın hüzurunda duran Cəbrayılam və bu şad xəbəri sənə söyləmək üçün göndərilmişəm.Amma bunlar baş verənə qədər dilin tutulacaq, danışa bilməyəcəksən, ona görə ki vaxtı gələndə yerinə yetəcək sözlərimə inanmadın».
Bu arada camaat Zəkəriyyəni gözləyirdi və onun məbəddə ləngidiyinə mat qalmışdı.O, çölə çıxanda camaatla danışa bilmədi. Onda adamlar onun məbəddə qeyri-adi bir şey gördüyünü başa düşdülər. Zəkəriyyənin dili açılmırdı, o, camaatla işarələrlə danışırdı.O, məbəddə müqəddəs xidməti icra edib qurtarandan sonra evinə qayıtdı.Bundan bir müddət sonra onun arvadı İlsəba hamilə qaldı və beş ay evdən bayıra çıxmadı. O belə deyirdi:«Görün Yehova mənə necə yaxşılıq etdi! O, mənə nəzər saldı, məni el içində rüsvayçılıqdan qurtardı» (Luka, 1: 5-25).
Bu süjetdə də eynən Qurandakı süjetdə olduğu kimi mələk Həzrət Zəkəriyyanı (ə) qarşıda baş verməsi gözlənilən hadisə ilə, Həzrət Yəhyanın (ə) doğulması ilə müjdələyir. Başqa sözlə, peyğəmbər Həzərət Cəbrayıl (ə) vasitəsilə gələcəkdən xəbər alır.
Luka İncilində daha sonra deyilir:
İlsəbanın doğmaq vaxtı gəldi və o, bir oğlan uşağı doğdu.Qohumlar, qonşular Yehovanın ona böyük mərhəmət göstərdiyini eşidib onunla birgə sevindi.Səkkizinci gün onlar uşağı sünnət etməyə gəldilər və ona atası Zəkəriyyənin adını qoymaq istədilər.Lakin uşağın anası dedi: «Yox! Onun adı Yəhya olacaq».