Sual: 282. Şeyx Müfidə yazılmış məktubların imam Mehdi (ə) tərəfindən göndərilməsi necə sübut oluna bilər?
Cavab: Bu iki məktubun həqiqiliyinə müxtəlif baxımlardan əmin olmaq mümkündür. Onları nəql etmiş Şeyx Təbərsi sənəd göstərməsə də, müəyyən nöqtələrə istinad etmək olar:
1. Təbərsi bu iki rəvayəti şübhə doğurmayan aşkar rəvayətlərdən sayır. Məlum olur ki, o mötəbər sənədlərə əsaslanmışdır. Bir çox rəvayətlər kimi bu iki rəvayət də çox məşhur olduğu üçün sənədsiz nəql oluna bilər.
2. Bu iki rəvayətdəki ali məzmun və sadiq xəbərlər onların məhz həzrət Mehdi (ə) tərəfindən göndərilməsinə əminlik yaradır.
Uyğun iki məktubun həqiqiliyini göstərən digər məlumatlar da var. Mühəddis Bəhrani imam Mehdinin (ə) Şeyx Müfidə həsr olunmuş və qəbri üzərində yazılmış şerini nəql etdikdən sonra buyurur: “Həzrət Mehdinin (ə) nahiyəsindən Şeyx Müfidə ünvanlanmış məktubları nəzərə aldıqda onun Şeyx haqqında şer söyləməsi təəccüb doğurmur. Bu məktublarda tərif dolu xoş sözlər çoxdur...” Müəllif sonra yazır: “Suali-əhli-Hələb” adı ilə tanınmış risalədə Şeyx Müfidin ehtiramı ilə bağlı deyilir:
a) Məsum imamlardan nəql olunanların həqiqiliyi;
b) Bütün şiələrin şeyx Müfidə həzrət tərəfindən iki məktub yazılması xəbərini qəbul etməsi – İldə bir məktubun yazılması şeyx Müfidin etibarlılığını göstərir. İbn Bətriq bildirir ki, bu xəbər icma dəlili ilə qəbul olunur. Təbərsi “Ehticac” kitabında qeyd edir ki, bu iki məktub alimlər icması tərəfindən qəbul olunduğundan sənədləri göstərməyə ehtiyac yoxdur.
İbn Şəhr Aşub “Məalimul-üləma” kitabında qeyd edir ki, onu (şeyxi) həzrət Mehdi (ə) “Şeyx Müfid” adlandırdı...”1
3. Təbərsi “Ehticac” kitabının müqəddiməsində deyir: “Nəql etdiyimiz bir çox rəvayətlərin sənədini ona görə göstərmirik kki, onlar ya icma tərəfindən qəbul olunmuşdur, ya da əql və şöhrət dəlili ilə sübuta yetir...”2
4. Böyük qeyb dövründə bu iki məktubun yazılmasına ehtiyac və zərurət olmuşdur. Əvvəla, həzrət bu məktublar vasitəsi ilə şiələrə zəruri göstərişlər vermişdir. İkincisi, Şeyx Müfid kimi saleh alimlərə bu sayaq məktubların göndərilməsi onların rəyasətini təsdiqləyir, böyük qeyb dövründə xalqı belə alimlərə itaətə çağırır. Necə ki, bir məktubda ibn Babəvеyhә “ya Şeyx, ya Əbəl-Həsən” deyə xitab olunur.
Dostları ilə paylaş: |