##num= 5 // level= 1 // sumtest=66 //name= FƏAL - İNTERAKTİV TƏLİM HAQQINDA MƏLUMAT. MEXANİZMLƏR. // T – 1
1. İnduktiv tədqiqat növü nədir?
A) YİT - nın iş prinsipidir.
B) Kimyəvi eksperimentlərin əsas növüdür.
C) Ümumi biliklərin xüsusi biliklərə doğru araşdırma növüdür.
D) Xüsusi biliklərdən ümumi biliklərə doğru inkişafdır.
E) Kompyüter texnologiyaları vasitəsilə aparılan araşdırmaların növüdür.
2. Deduktiv tədqiqat növü nədir?
A) Kimyəvi eksperimentlərin əsas növüdür.
B) Xüsusi biliklərdən ümumi biliklərə doğru inkişafdır.
C) Kompyüter texnologiyaları vasitəsilə aparılan araşdırmaların növüdür.
D) Ümumi biliklərdən xüsusi biliklərə doğru araşdırma növüdür.
E) Kimyəvi biliklərin YİT vasitəsilə çatdırılma üsuludur.
3. Pedaqoji məqsədlərin taksonomiyasını hansı alim təklif etmişdir?
A) Sokrat
B) L. S. Viqotski
C) B. Bluum
D) Ə. Əlizadə
E) Z. Veysova
4. B. Bluum hansı sahələr üzrə pedaqoji məqsədlərin taksonomiyasını hazırlamışdır?
A) psixomotor, psixoloji və pedaqoji
B) koqnetiv, affektiv və psixomotor
C) tədris metodologiyası və pedaqogika
D) psixologiya və pedaqogika
E) müasir təlim texnologiyaları
5. B. Bluumun taksonomiyasına görə öyrənənin informasiyaları hansı səviyyədə mənimsədiyini necə müəyyən etmək olar?
A) müəllimin rəyi əsasında
B) öyrənənin müvəffəqiyyətinə görə
C) öyrənənin fəaliyyətinin xüsusiyyətlərinə görə
D) öyrənənin təlim prosesində aktivliyinə görə
E) öyrənənin diqqətinin yayınmaması amilinə əsasən
6. Qəbul etdiyi informasiyaları “hissələrə bölür, əlaqələndirir və fərqi əsaslandırır”. Öyrənənin biliyi B. Bluum taksonomiyasına görə hansı mərhələyə uyğundur?
A) sintezetmə
B) təhliletmə
C) dəyərləndirmə
D) tətbiqetmə
E) anlama
7. “Qəbul etdiyi informasiyaları müqayisə edərək mühakimə yürüdən” öyrənənin B. Bluum taksonomiyasına görə hansı mərhələyə uyğundur?
A) təhliletmə
B) dəyərləndirmə
C) tətbiqetmə
D) sintezetmə
E) anlama
8. Hafizə və təfəkkür növlərinin inkişafı üzrə təsnifata görə “alqoritm üzrə təsvir” texnikasından istifadə ilə nəyin inkişafına nail olmaq mümkündür?
A) hafizənin
B) yaradıcı təfəkkürün
C) məntiqi təfəkkürün
D) tənqidi təfəkkürün
E) təfəkkürün hər üç növünün
9. Motivasiya nədir?
A) tədris prosesinin pedaqoji faktorudur.
B) psixoloji amil kimi hər hansı fəaliyyətin mexanizmini işə salan sövqedici qüvvədir.
C) öyrənənin sərbəst işləmək qabiliyyətidir.
D) yüksək informasiya texnologiyalarından istifadə qaydasıdır.
E) ənənəvi təlim üsuludur.
10. Fasilitatorun əsas funksiyası…
A) öyrənənlərin idrak proseslərinin fəallaşmasını müşahidə etməkdir.
B) öyrənənin müstəqil təlimalma prosesinin planını tərtib etməkdir.
C) düşüncəni inkişaf etdirmək və onu lazımi məcraya yönəltməkdir.
D) öyrənənin təfəkkür prosesinin istiqamətini müəyyənləşdirməkdir.
E) öyrənənlərin tapşırıqları müəyyənləşdirilmiş qaydada yerinə yetirməsini təmin etməkdir.
11. Fasilitatorun əsas xüsusiyyəti ondan ibarətdir ki…
A) öyrənən və öyrədənin əməyi yüngülləşsin.
B) yeni biliklər öyrədənlər tərəfindən aşkarlanır.
C) müəllim informasiyanın ötürülmə prosesini intensivləşdirmək üçün yeni bilikləri öyrənənlərə özü açıqlayır.
D) tədris prosesində öyrənənlərin sərbəstliyi təmin edilsin.
E) yeni biliklər öyrənənlər tərəfindən aşkarlanır.
12. Nə öyrənənlərin fəal dərs prosesində biliklərinin möhkəmlənməsini təmin edir?
A) nəticənin doğruluğunun təsdiqi prosesi
B) kəşf edilmiş biliklərin sistemləşdirilməsi
C) faktların müzakirəsi və nəticənin əldə edilmə prosesi
D) nəticənin tədqiqat sualı və fərziyyələrlə tutuşdurulması
E) kəşf edilmiş biliklərin yaradıcı tətbiq edilməsi
T – 2
13. Müasir təlimin prinsiplərini müəyyən edin:
1 - inkişafetdirici təlim prinsipi
2 - şəxsiyyətə yönəlmiş təlim prinsipi
3 - əyaniliyin təmin edilməsi prinsipi
4 - fəal idrak prinsipi
5 - mənimsəmə səviyyəsinin yüksəldilməsi prinsipi
6 - təlim - tərbiyə sisteminin çevikliyi prinsipi
7 - əməkdaşlıq prinsipi
A) 2, 3, 4, 5
B) 1, 2, 3, 5, 7
C) 1, 2, 4, 6, 7
D) 1, 4, 5, 6
E) 2, 3, 4, 5, 7
14. Fəal/interaktiv təlimin əsas psixoloji mexanizmlərini müəyyən edin:
1 - Problemli vəziyyətin yaradılması
2 - Dialoq və əməkdaşlığın zəruriliyi
3 - Tədris materiallarının çatdırılması
4 - “Öyrənən - tədqiqatçı, müəllim - məsləhətçi”
5 - Psixoloji dəstək: hörmət və etibar
A) 1, 4, 5
B) 1, 2, 4, 5
C) 1, 3, 4, 5
D) 2, 3, 4, 5
E) 1, 2, 3, 5
15. Fəal/interaktiv dərsin quruluşuna daxil olanları müəyyən edin:
1 - Reproduktiv tətbiqetmə
2 - Motivasiya, problemin qoyulması
3 - Yaradıcı tətbiqetmə
4 - Qiymətləndirilmə və refleksiya
5 - Tədqiqatın aparılması
A) 1, 2, 5
B) 1, 2, 4, 5
C) 1, 2, 3, 4
D) 2, 3, 4, 5
E) 2, 3, 4
16. Fəal/interaktiv dərsin əsas növlərini təyin edin:
1 - İnduktiv tədqiqat
2 - Reproduktiv tədqiqat
3 - Deduktiv tədqiqat
4 - Diskussiya
A) 1, 2
B) 1, 2, 3
C) 2, 3
D) 1, 3
E) 1, 3, 4
17. Fəal/interaktiv təlim . . .
1 - öyrənənlərin fəal idrak fəaliyyətinə əsaslanır.
2 - öyrədənlərin əməyini yüngülləşdirir.
3 - təhsil prosesinin iştirakçıları arasında əməkdaşlıq şəraitində həyata keçirilir.
4 - biliklərin öyrənənlərə intensiv ötürülməsini təmin edir.
A) 1, 4
B) 2, 3
C) 1, 2
D) 1, 3
E) 3, 4
18. Müəyyənləşdirin: Deduktiv tədqiqat daha çox . . .
1 - mövzunun möhkəmləndirilməsi məqsədilə istifadə edilir.
2 - yeni mövzunun keçirilməsi zamanı istifadə edilir.
3 - mövzunun dərinləşdirilməsi məqsədilə istifadə edilir.
4 - ənənəvi təlim üçün yararlıdır.
A) 3, 4
B) 1, 2
C) 2, 3
D) 1, 3
E) 2, 4
19. Problemli vəziyyətin yaradılması mexanizmlərini müəyyən edin:
1 - təqdim edilən informasiyanın ziddiyyətli yarımçıq olması səbəbindən əqli cəhətdən gərgin vəziyyətin yaradılması
2 - gərgin vəziyyətin öyrənənləri qarşıya qoyulmuş məqsədə nail olmaq yollarını axtarmağa sövq etməsi
3 - idraki fəallığın formalaşması
A) 2, 3
B) 1, 2
C) 1, 3
D) yalnız 3
E) yalnız 2
8. Dialoq və əməkdaşlığın zəruriliyi mexanizminin mahiyyətini açıqlayan amilləri göstərin:
1 - problemin həlli zərurəti müxtəlif fərziyyə və baxışların nəzərdən keçirilməsini tələb edir.
2 - təlim prosesinin iştirakçıları birgə əməkdaşlıq nəticəsində ən optimal üsul müəyyənləşdirilir.
3 - bu üsulun ifadə edilməsi üçün «problem - dialoji» təlim anlayışından istifadə edilir.
A) yalnız 1
B) yalnız 2
C) 1, 2, 3
D) 1, 2
E) 2, 3
20. Öyrənənin «tədqiqatçı» kimi fəaliyyəti mexanizminə aid olanları müəyyən edin:
1 - bu prosesdə öyrənənin təlimin məqsədlərini şüurlu surətdə tərkib hissələrinə ayırmaq bacarığı zərurəti çıxış edir
2 - öyrənən nəyi və nə üçün dərk etməli
3 - öyrənən nəyi, nə üçün və necə öyrənməli
A) 2, 3
B) 1, 2, 3
C) yalnız 3
D) yalnız 2
E) 1, 3
21. Fasilitasiya nədir?
1 - «əlverişli şərait yaratma» deməkdir.
2 - bu prosesin məqsədi öyrənənlərin öyrənmək və yaratmaq tələbatlarını tam ödəmək, onların öz potensialını həyata keçirə bilməsi üçün şərait yaratmaqdır.
3 - bu prosesdə əsas funksiya düşüncəni inkişaf etdirmək və onu lazımi məcraya yönəltməkdən ibarətdir.
4 - «müstəqil təlim mühiti» deməkdir
5 - yönəldici, köməkçi sualların effektli tətbiqinin köməyi ilə diskussiyaların təşkili və öyrənənlərin fəallaşdırılması proseslərindən ibarətdir
A) yalnız 1
B) yalnız 2
C) 2, 3, 4, 5
D) 1, 2, 3, 5
E) yalnız 2
22. Psixoloji dəstək mexanizmindən istifadənin nəticələrini müəyyən edin:
1 - öyrənənlərdə özünə inam hissi artır.
2 - müəllimə hörmət və etibar hissi artır.
3 - öyrədənin differensiallaşdırılmış təlimi reallaşdırması asanlaşır.
A) yalnız 2
B) yalnız 1
C) 1, 2
D) yalnız 3
E) 2, 3
23. Fəal təlimin mühüm xüsusiyyətlərini müəyyən edin:
1 - müstəqil təlim (öyrənməyi öyrətmək) imkanı
2 - müstəqil özünüinkişaf vərdişlərinə yiyələnmək imkanı
3 - öyrənənlərin tədqiqat aparmasını müşahidə etmək
A) yalnız 1
B) yalnız 2
C) 1, 2
D) yalnız 3
E) 1, 2, 3
T – 3
24. B. Bluum taksonomiyasının mərhələlərinin ardıcıllığını müəyyənləşdirin:
1 - anlama
2 - bilmə
3 - təhliletmə
4 - dəyərləndirmə
5 - sintezetmə
6 - tətbiqetmə
A) 2, 1, 4, 3, 6, 5
B) 1, 2, 3, 4, 5, 6
C) 2, 3, 1, 4, 5, 6
D) 2, 1, 6, 3, 5, 4
E) 3, 2, 1, 4, 6, 5
25. Problemli vəziyyətin yaradılmasın mexanizmində baş verən proseslərin ardıcıllığını müəyyən edin.
1 – təfəkkürün fəallaşması
2 – öyrənənin fəallığı
3 – problemli vəziyyətin yaradılması
A) 1, 3, 2
B) 2, 3, 1
C) 3, 1, 2
D) 3, 2, 1
E) 1, 2, 3
26. Problemli vəziyyətin mərhələlərinin ardıcıllığını müəyyən edin:
1 - problemin qoyulması
2 - öyrənənin fəallığı
3 - təfəkkürün fəallaşması
4 - təfəkkürün formalaşması
5 - tədqiqat fəaliyyətinin artması
A) 1, 3, 2
B) 1, 2, 3, 4, 5
C) 1, 3, 2, 4, 5
D) 1, 3, 5
E) 1, 4, 5
27. Təlimin səmərəliliyinin artırılmasının səbəb - nəticə əlaqələrinin ardıcıllığını müəyyənləşdirin:
1 - təfəkkürün fəallaşması
2 - biliklərin səmərəli mənimsənilməsi
3 - müstəqil, yaradıcı idrak
A) 2, 1, 3
B) 1, 3, 2
C) 3, 1, 2
D) 2, 3, 1
E) 3, 2, 1
28. Fəal təlimin “problemli vəziyyətin yaradılması” mexanizminə aid proseslərin ardıcıllığını müəyyən edin.
1- təfəkkürün fəallaşması
2- problemin yaradılması
3- öyrənənin fəallığı
A) 2, 3, 1
B) 3, 1, 2
C) 2, 1, 3
D) 1, 2, 3
E) 3, 2, 1
29. Fəal təlimin “dialoqun və əməkdaşlığın zəruriliyi” mexanizminin reallaşması üçün proseslərin ardıcıllığını müəyyən edin.
1- müxtəlif fərziyyələrin yaranması
2- problemin həlledilmə zəruriliyinin müəyyənləşdirilməsi
3- öyrənənlərin müxtəlif fərziyyələri nəzərdən keçirməsi
4- ən optimalını müəyyən etməsi
A) 3, 1, 2, 4
B) 2, 4, 3, 1
C) 2, 3, 4, 1
D) 1, 2, 3, 4
E) 2, 1, 3, 4
30. Fəal təlimin “öyrənən-tədqiqatçı, müəllim –fasilitator” mexanizminin reallaşması üçün proseslərin ardıcıllığını müəyyən edin.
1- yeni biliyin “kəşf edilməsi”
2- fasilitasiya mühitinin yaradılması
3- öyrənənlərin tədqiqatçılıq qabiliyyətlərinin aktivləşdirilməsi
4- tədqiqat prosesinin intensivliyinin təmin edilməsi
A) 2, 3, 1, 4
B) 2, 1, 3, 4
C) 2, 3, 4, 1
D) 1, 2, 3, 4
E) 3, 1, 2, 4
31. Fəal təlimin “psixoloji dəstək: hörmət və etibar” mexanizminin reallaşması üçün nəzərə alınması vacib olan proseslərin ardıcıllığını müəyyən edin.
1- öyrənənlərin bir-birini hörmətlə dinləməsinin stimullaşdırılması
2- öyrədənin nümunə olması
3- öyrənənin fikirlərinin qiymətləndirilməsi
4- öyrənənlərin fikirlərinin sərbəst ifadəsinə imkan yaradılması
A) 2, 3, 4, 1
B) 2, 1, 3, 4
C) 2, 4, 3, 1
D) 1, 2, 3, 4
E) 3, 1, 2, 4
T - 4
32. Təsvir edilən təlim proseslərinin Bluum taksonomiyasının mərhələlərinə uyğunluğunu müəyyən edin.
I - təhliletmə
II – tətbiqetmə
III – dəyərləndirmə
1 - mühakimə yürütmək
2 - müqayisə etmək
3 – müdafiə etmək
4 – istifadə etmək
5 – şərh etmək
A) I –1, 3; II – 2. 5; III – 4, 6
B) I – 2; II – 1, 3; III - 4, 5, 6
C) I – 1, 3; II – 2; III - 4, 5, 6
D) I – 2 ; II – 4, 5 ; III – 1, 3
E) I –1, 2; II – 3; III – 4, 5, 6
33. Təsvir edilən təlim proseslərinin Bluum taksonomiyasının mərhələlərinə uyğunluğunu müəyyən edin.
I - anlama
II – sintez
III – bilmə
1 - izah etmək
2 - informasiyanın xatırlanması
3 – mövcud olanları birləşdirmək
4 – müzakirə etmək
5 – informasiyanın yadda saxlanması
A) I –1, 3; II – 2, 5; III – 4
B) I – 2; II – 1, 3; III - 4, 5
C) I – 1, 3; II – 2; III - 4, 5
D) I – 1, 4; II – 3; III – 2, 5
E) I –1, 2; II – 3; III – 4, 5
34. Bluum taksonomiyasının mərhələlərinin Biliyin kateqoriyalarına uyğunluğunu müəyyən edin
I - deklarativ
II – prosedural
III –kontekstual
1 - anlama
2 - bilmə
3 - təhliletmə
4 - dəyərləndirmə
5 - sintezetmə
6 - tətbiqetmə
A) I –1, 3; II – 2, 5; III – 4, 6
B) I – 2; II – 1, 3; III - 4, 5, 6
C) I – 1, 3; II – 2; III - 4, 5, 6
D) I – 1, 2 ; II – 6; III - 3, 4, 5
E) I –1, 2; II – 3; III – 4, 5, 6
35. Tədqiqatın növlərinə uyğun olanları müəyyən edin.
I – induktiv tədqiqat
II – deduktiv tədqiqat
1- ümumi bilikdən xüsusi biliklərə doğru araşdırma
2- xüsusi bilikdən ümumi biliklərə doğru inkişaf
3- yeni mövzunun keçirilməsi zamanı istifadə edilən metod
4- mövzunun dərinləşdirilməsi məqsədilə istifadə edilən öyrənmə üsulu
A) I – 1, 3, 4; II – 2
B) I – 1, 2, 3; II – 4
C) I –2, 3 ; II –1, 4
D) I – 1, 3; II – 2, 4
E) I – 1, 4; II –2, 3
36. Fəal təlimin mexanizmlərinə aid olan prosesləri uyğunlaşdırın.
I – “öyrənən-tədqiqatçı, müəllim –fasilitator”
II – “psixoloji dəstək: hörmət və etibar”
1- sinifdəki mühitin xüsusi həssaslıqla duyulması
2- müəllimin yeni rolu
3- öyrənənlərinin fikirlərinin qiymətləndirilməsi
4- öyrənənin öyrənmə prosesində “kəşf edən”ə çevrilməsi
A) I – 1, 3, 4; II – 2
B) I – 1, 2, 3; II – 4
C) I – 2, 4 ; II –1, 3
D) I – 2, 3; II – 1, 4
E) I – 1, 4; II –2, 3
37. Fəal təlimin mexanizmlərinə aid olanları uyğunlaşdırın.
I – “problemli vəziyyətin yaradılması”
II – “dialoqun və əməkdaşlığın zəruriliyi”
1- öyrənənlərin müxtəlif fərziyyələri nəzərdən keçirməsi və ən optimalını müəyyən etməsi
2- bu mexanizmi ifadə etmək üçün “problem-dialoji” təlim anlayışından istifadə edilir
3- öyrənənlərin təfəkkürünün fəallaşdırılması
4- təqdim edilən informasiyanın ziddiyyətli olması
A) I – 1, 2, 3; II – 4
B) I – 3, 4 ; II –1, 2
C) I – 1, 3, 4; II – 2, 3
D) I – 2, 3; II – 1, 4
E) I – 1, 4; II –2, 3
38. Təlimin növlərinə aid olan prosesləri uyğunlaşdırın.
I – fəal təlim
II – ənənəvi təlim
1- Yeni biliyin kəşf edilməsi
2- idrak fəaliyyətininn fəallaşması
3- problemin yaradılması
4- Yeni biliyin ötürülməsi
A) I – 3, 4; II –1, 2
B) I – 1, 2; II – 3, 4
C) I – 1, 4; II – 2, 3
D) I – 2, 3; II – 1, 4
E) I –1, 2, 3 ; II – 4
39. Təlimin növlərinə aid olan prosesləri uyğunlaşdırın.
I – fəal təlim
II – ənənəvi təlim
1- öyrənənlərin idrak fəallığının təmin edilməsi
2- Yeni biliyin mövcud biliklərlə əlaqələndirilməsi
3- mövcud biliklər əsasında yeni biliyin “kəşf edilməsi”
4- interaktivliyin təmin edilməsi
A) I – 1, 2, 3; II – 4
B) I – 1, 2; II – 3, 4
C) I – 1, 4; II – 2, 3
D) I –1, 3, 4 ; II – 2
E) I – 3, 4; II –1, 2
##num= 6 // level= 1 // sumtest=58 //name= FƏAL İNTERAKTİV TƏLİMİN MƏRHƏLƏLƏRİ. //
Dostları ilə paylaş: |