Eisdem arabaxatoribus pro eorum comuni et forcia reoiplentibus gratiara fecimus adimpletam, eisdem dando baissinum de auro et nostrum preceptum, eum billla tribus rubeis buliatum.
Bu elçilərə mərhəmətimizin işarəti kimi yus icmasının hüquqlarını təsdiq etmək üçün altın baysa və üç Al-tamğa ilə təsdiqlənmiş bu yarlıq verildi.
Exibitum autem et traditum ас registratum fuid predictura preceptum in anno equi, tempore lune noue, transactis octo mensibus, in casali Babasara.
At ilində, səkkizinci ay bitdikdən sonra, yeni ay doğanda dilimizdən yazıldı, tərcümə edildi, qeyddən keçirildi.
Babasara kəndi.
Canıbəg Xanın Vensiyalı tacirlərə verdiyi 1347-ci il tarixli II yarlığın verilmə səbəbinin I yarlığın qüvvəsinin itirilməsi olduğu hesab edilir (Григорьев А. П., Григорьев B. П., 1995, s. 57-77). Qərb mənbələrinin yazdığından belə aydın olur ki, 1343-cü ilin avqust və ya sentyabr arasında Venesiyalı Andreolo Çivrano ilə Xoca Ömər adlıl bir Azak tatarı arasında baş verən mübahisə böyümüş və müsəlman-xristian qarşıdurmasına səbəb olmuşdu. Nəticədə çox sayda Venesiyalı, Genuyalı, Florensiyalı və Avropalı xristian öldürülmüş, qarət edilmiş və əsir alınmışdı. Venesiyaların 300 min, Genuyalıların isə 350 min qızıl florindən artıq ziyana düşdükləri, onminlərlə Avropalının Krımdan qaçmağa məcbur olduğu söylənilməkdədir. Yazılanlara görə, bunun nəyicəsində Şərq mallarının qiyməti birdən-birə 50 və hətta 100 faiz artmışdı (Скржинская Е. Ч., 1949, s. 248-249). Yalnız Kəfədə Genuyalı icması qalmışdı və həmin şəhər Avropa ilə Uluq Ulus (Turan) arasında ticarətin hələ də davam etməkdə olduğu əsas həlqə idi. Yəni Avropadan gələn ticarət gəmiləri yalnız bu limana yaxınlaşa və yükünü boşalda bilirdi.
1343-cü ilin noyabrında Venesiya senatının baş vermiş fəlakəti araşdırmaq bə günahkarları cəzalandırmaq məqsədi ilə təşkil etdiyi komissiya Çivrano və onun dostlarını həbs etmək qərarına gəldi (Ковалевский К. А., 1905, s. 143). Lakin bu tədbir Canibəg Xanı yola gətirmək və ondan yeni yarlıq almaq üçün yetərli olmadı. Venesiya doju Andrea Dandolo Azakdakı Venesiya faktoriyalarını bərpa etmək üçün əlindən gələni edir, xanın yanına elçi ardınca elçi göndərməkdə davam edirdi. Bu məqsədlə 1343-cü ilin noyabrında Nikoletto Raynerio və Dzanakki Barbafellanın başçılığı ilə bir heyət təşkil edilmiş və 1344-cü ilin fevralında Xan qərərgahına yola salındı. Heyət quru yolla yola düşdü, Krakov və Lvov üzərindən keçərək Azak şəhərinə yetişdi (Волков М. А., 1860, s. 185-188; Diplomatarium Veneto-Levantinum, 1880, s. 266-267 ). Elə həmin ilin 28 aprelində Venesiyaya məlumat daxil oldu ki, Uluq Ulus dövlətinə göndərilmiş heyət Canibəg Xanla, xanın anası Toqay Toqlu Xatunla eləcə də, bir çox xanzadə və bəylərlə görüşlər keçirməyə nail olmuş və Venesiyadan Xana böyük elçilər heyətinin göndərilməsi barədə razılığa gəlinmişdir (Григорьев А. П., Григорьев B. П., 1995, s. 61).
Xəbər gələr-gəlməz, dojun göstərişi ilə toplanan senat təcili elçilərin göndərilməsini, onlara xan yarlığını almadan geri dönməmək barədə göstəriş verilməsini qərara bağladı. 1344-cü ilin may ayı bütünlüklə elçilərin seçilməsi barədə müzakirələrlə keçdi və ən nəhayət Marko Rudzini və Covani Stenonun namizədliyi üzərində dayanıldı. Onlar lazım olan hər şeylə təmin edilərək yola salındılar (Diplomatarium Veneto-Levantinum. P.320-327, N 170).
Venesiyanın ticarətdəki ənənənvi rəqibi Genuya qonşu ölkəni qabaqlamaq və xan yarlığını daha əvvəl əldə etməyə çalışırdı. Odur ki, Genuya doju Simone Bokkaniqro 1344-cü ilin iyununda Venesiya doju Andrea Dandolaya elçilər göndərdi. Məqsəd yaranmış problemi müzakirə etmək və xandan yeni yarlıq almaq üçün səyləri birləşdirmək təklifini sonuncuya çatdırmaq idi (Волков М. А., 1860, s. 188-189).
Venesiyalılar ikinci yarlığı ala bilmək üçün bir neçə il gözləməli oldular və nəhayəy aparılan diplomatik iş öz nəticəsini verdi və nəhayət 1347-ci ildə Canıbəg Xan ikinci yarlığı imzaladı. Lakin buna nail olmaq üçün Ulus Orda dövlətinə vurulmuş ziyanı tam həcmdə ödəmək lazım gəldi. Bundan başqa xanın özünə də 2000 qızıl dukat hədiyyə edilməli idi. 1347-ci ilin 23 iyununda toplanan senat tələb olunan vəsaitin ödənilməsinə qərar verdi (Diplomatarium Veneto-Levantinum. P. 336-340, N 170).
Canıbəg Xanın Vensiyalı tacirlərə verdiyi 1347-ci il tarixli II yarlıq əvvəlkindən fərqli olaraq dövrümüzədək latın dilinə deyil, italyan dilinin Venesiya şivəsinə tərcümədə yetişmişdir. Onun yalnız birinci cümləsi latın dilindədir və bu cümlənin, gerçək anlamı pozulacaq qədər sərbəst tərcümə edildiyi görülməkdədir:
Dostları ilə paylaş: |