C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­


Xarici ticarət əlaqələri və milli



Yüklə 2,89 Mb.
səhifə100/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   ...   96   97   98   99   100   101   102   103   ...   114
C fakepathelave vesait

14.4.Xarici ticarət əlaqələri və milli
iqtisadiyyatın problemləri


«Milli iqtisadiyyat» anlayışı iqtisadi sistemlə bağlı olub, onu daha da konkretləşdirir. Bu mənada milli iqt­is­a­diyyat - hər hansı bir ölkədə istehsal proseslərinin, yaxud təkrar istehsalın (istehsal, bölgü, mübadilə, isteh­la­kın) ta­rixən formalaşmış konkret təsərrüfat həyatı əla­qə­lərinin sistemidir. Sistem dedikdə isə müxtəlif ölkələrin ABŞ və Yaponiyanın, Çin və Hindistanın, Rusiya və Azərbaycanın vahid kompleksi, tam halda bütöv iqtisadiyyatı, yaxud təsərrüfat həyatı nəzərdə tutulur.
Nobel mükafatı laureatı V.Leontyev (ABŞ) «milli iqtisadiyyat» anlayışını belə səciyyələndir­mişdir: «Milli iqtisadiyyat - bir-biri ilə əlaqəli, müxtəlif istehsal, xidmət, sosial sahələrin qarşılıqlı fəaliyyət və öz-özünü tənzim­ləyən sistemdir».
Müxtəlif ölkələrin ziddiyyətli inkişaf yolu təcrübəsi göstərir ki, milli iqtisadiyyat müstəqil (sağlam, sivil, mə­dəni), asılı və yarımasılı vəziyyətdə ola bilər. Ayrı-ayrı dünya ölkələrinin nümunəsində milli iqtisadiyyatın tam açıq (liberal), nisbətən açıq, yarımqapalı və tam qapalı (avtarkiya xarakterli) tiplərinin fəaliyyəti mümkündür. Lakin, müəyyən istisnalarla, bütövlükdə müasir dünya ölkələrinin təsərrüfat həyatı, bazar münasibətləri iqtisadi sisteminin tələblərinə uyğun olan açıq iqtisadiyyat istiqa­mə­tlidir. Bu istiqamət isə Dünya Ticarət Təşkilatının (DTT) ölkələr arasında ticarət əlaqələrini genişləndirmək, bu əlaqələrdə ayrı-seçkiliyə yol verməmək, gömrük rü­sum­larını aşağı salmaq, meydana çıxan mübahisələri da­nı­şıqlar yolu ilə həll etmək, sərbəst iqtisadi zonalar ya­rat­maq, sərhədyanı ticarəti genişləndirmək, zəif inkişaf etmiş ölkələrlə iqtisadi-ticarət əlaqələrində müəyyən gü­zəşt­lərə getmək kimi prinsiplərinə uyğundur.
Hər hansı bir milli iqtisadiyyatın ilk vəzifəsi, onun quruluşundan və həcmindən asılı olmayaraq, ölkənin icti­mai və əhalinin şəxsi tələbatlarının dolğun, habelə vax­tında ödənilməsidir.
Ayrı-ayrı ölkələr, xalqlar və dövlətlər hələ lap qə­dim dövrlərdən öz daxili tələbatlarını ödəməklə yanaşı, xarici bazarlara da müxtəlif təyinatlı məhsullar çıxarmış, eyni zamanda başqa ölkələrdən də ehtiyacı olan malları gətirmişdir. Bu mənada daxili (milli) bazarla, xarici (bey­nəlxalq, dünya) bazarları arasında həmişə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri olmuş, həmin iqtisadi-ticarət xəttinin bəzən yüksəlişinə, bəzən isə zəifləməsinə baxmayaraq, milli iqtisadiyyatları bağlayan tarixi iqtisadi tellər heç za­man qırıl­ma­mış­dır.
Beynəlxalq əmək bölgüsü, ixtisaslaşma və koope­ra­siya prinsipləri üzərində formalaşan dünya iqtisadi-ticarət münasibətləri, indiki inteqrasiya, habelə qloballaşma pro­ses­ləri axarında xüsusi bir əhəmiyyətə malikdir. Milli iqti­sa­diyyatın genişlənən və dinamik surətdə artan xarici iqti­sadi-ticarət əlaqələri, ölkəyə təkcə valyuta qazanmaq mə­na­s­ında fayda gətirməklə kifayətlənməyərək, eyni zaman­da onun beynəlxalq nüfuzunun yüksəlməsi, dünya ba­za­rın­da mövqeyinin möhkəmlənməsi işində də mü­hüm rol oynayır.
Ölkələrin xarici ticarət əlaqələri elmi-nəzəri prin­siplər və əməli-praktik səmərəlilik meyarları əsasında qu­rul­duqda, şübhəsiz milli iqtisadiyyatın makroiqtisadi inki­şaf göstəricilərinə, xüsusilə ümumi daxili məhsulun (ÜDM) artım templərinə müsbət təsir göstərəcəkdir. Təsa­düfi deyildir ki, təsərrüfat həyatı optimal quruluşda (struk­turda) formalaşmış bir sıra dövlətlərin ümumi daxili məh­su­lun­da ixrac məhsullarının payı 10-20 faizdən (ABŞ, Ya­po­niya) başlayaraq, bəzilərində 25-35 faizə (Belçika, Ma­ca­­rıs­tan, İspaniya, Rusiya, Almaniya, Fransa, İtaliya, Azər­­baycan, Çexiya, Yeni Zellandiya) bəzilərində isə 40-60 faizə (Kanada, Hollandiya) çatır.
Bütövlükdə dünya ticarət dövriyyəsinin milli iqtisa­diyyatların ümumi daxili məhsul istehsalında xüsusi çəki­si, müxtəlif beynəlxalq təşkilatların və ekspertlərin hesab­la­malarına görə XX əsrin 70-ci illərində 22-25 faiz, 90-cı illərində 35-36 faiz, XXI əsrin birinci onilliyində isə 40-45 faiz təşkil etmişdir. Dünya əhalisinin hər nəfərinə düşən xarici ticarət dövriyyəsinin həcmi 4.000 dollara yaxın­laşdığı halda, ayrı-ayrı ölkələrdə bu rəqəm xeyli fərqli olaraq, ABŞ-da 9-10, Almaniyada 15-16, Yaponiyada 6-7, Fransada 11-12, Rusiyada 1,2, İngiltərədə 11-12, Azər­bay­canda 3 min dollar təşkil edir.
İqtisadi baxımdan ölkənin ixracı o zaman səmərəli sayılacaqdır ki, həmin məhsullara dünya bazarında ehtiyac olsun və beynəlxalq bazardakı satış qiymətləri onların istehsalına, habelə nəqlinə sərf olunmuş xərcləri ödəsin. Beynəlxalq ticarət qaydaları müəyyən ekvivalentlik, təx­mini bərabərlik prinsiplərinə əməl olunmasını tələb edir.
Ayrı-ayrı dövlətlər müəyyən hallarda beynəlxalq bazarda mövqe tutmaq, yaxud öz yerlərini itirməmək üçün müxtəlif təyinatlı məhsullarını daxili (milli) bazar­da­kın­dan daha ucuz qiymətə satmaq taktikasından istifadə edir­lər. Buna dempinq siyasəti deyilir. Lakin rəqibləri sıxış­dır­maq və onları bazardan uzaqlaşdırmaq üçün tətbiq olunan belə bir üsul, şübhəsiz ki, uzun müddət davam edə bilməz. Elmi-texniki nailiyyətlərin istehsal proseslərinə tətbiqi, yeni mütərəqqi texnologiyalardan istifadə əsasında aparılan rəqabət mübarizəsi, dempinq taktikasının təsir gücünü tədricən zəiflədərək heçə endirə bilir.
Düşünülmüş xarici iqtisadi-ticarət siyasəti yeridən və optimal təsərrüfat həyatı quruluşuna malik olan döv­lətlər, öz səmərəli xarici ticarət əlaqələri (ixrac, idxal, bir ölkədən alıb digərinə satmaq, yaxud reeksport) vasitəsilə aşağıdakılara nail ola bilirlər:

  • yeni iş yerləri açmaq imkanları yaranır;

  • yüksək keyfiyyətli məhsullar hazırlanır;

  • peşəkar və yüksək ixtisaslı mütəxəssislər yetişir;

  • məhsul istehsalı və xidmətlər göstərilməsi imkan­ları artır;

  • investisiya və sərmayə qoyuluşlarına imkanlar açı­lır;

Bütün bu amillər isə kompleks halında ölkənin ümu­mi daxili məhsulunun (ÜDM) dinamik inkişafına müs­bət təsir göstərir.
Müasir inteqrasiya və qloballaşma reallığında milli iqtisadiyyatların xarici iqtisadi-ticarət əlaqələrinin dinamik inkişaf mənzərəsi, öz müsbət cəhətləri ilə yanaşı, eyni zamanda ayrı-ayrı ölkələr, habelə regional qruplaşmalar, xüsusilə də yüksək inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr arasında bir sıra problemlər yaradır. Həmin problemlər arasında milli və beynəlxalq bazar qiy­mət­lərinin fərqlənməsini, yerli istehsalın sıxışdırılmasını, ayrı-seçkilik hallarına yol verilməsini, daxili və xarici bazarın nisbətlərinin pozulmasını, xarici borcların artmasını, eko­lo­giyanın korlanması və ətraf mühitin qorunmasına lazımı qədər qayğı göstərilməməsini qeyd etmək olar.
Belə bir cəhət də diqqəti cəlb edir ki, əvvəllər müs­bət bir hal kimi qiymətləndirilən xarici ticarət dövriy­yə­sin­də ixracın idxala nisbətən üstünlük təşkil etməsi ide­ya­sı, hazırda inflyasiya yaradan amillər sırasına aid edilir. Xalis ixrac, yəni ümumi ixrac məbləğindən idxal məb­lə­ğini çıxdıqdan sonra qalan hissə səmərəliliyi, dövlətin fiskal siyasətində müəyyən çətinliklər yaradır. Eyni za­man­da, milli valyutanın başqa ölkələrin valyutasına nis­bə­tən məzənnəsinin qaldırılması (bahalaşması) da, xalis ixra­cın məbləğinin azalmasına səbəb olur.
Milli iqtisadiyyatın beynəlxalq ticarət və onun dəyişkən meylləri ilə bağlı rastlaşdığı problemlər, dövlətin tarazlı iqtisadi siyasəti, habelə tənzimləmə vasitələrilə ara­dan qaldırılır. Müstəqillik dövründə Azərbaycan Respub­likasının xarici ticarət əlaqələri yeni prinsiplər əsasında təşkil olunaraq, dinamik bir inkişaf və yüksəliş yolu keç­miş­dir.
1991-2010-cu illər ərzində ölkənin xarici ticarət dövriyyəsinin ümumi həcmi dəfələrlə artaraq 27,9 milyard dollara çatmışdır. Bu xarici ticarət dövriyyəsinin 21,3 mil­yard dolları ixracın və 6,6 milyard dolları isə idxal olu­nana məhsulların payına düşmüşdür. Son illərdə Azər­bay­can Respublikasının xarici ticarət dövriyyəsi, ixracın idxa­lı ötməsi reallığında müsbət saldo ilə yekunlaşmışdır. İx­ra­cın quruluşunda neft-qaz bölməsi məhsulları üstün mövqe tutur. “Əsrin müqaviləsi” (1994) adlanan bey­nəl­xalq əhəmiyyətli neft sazişlərinin uğurla həyata keçiril­məsi nəticəsində Xəzər dənizinin neft-qaz ehtiyatlarının Bakı-Tiflis-Ceyhan əsas neft boru kəməri vasitəsilə Avro­pa bazarlarına nəqli; Bakı-Tiflis-Ərzurum qaz kəmərinin inşası; Bakı - Tiflis -Kars dəmir yolunun çəkilişi; qədim «İpək yolunun» - Avropa-Qafqaz-Asiya nəqliyyat dəhli­zi­nin (TRASEKA) fəaliyyəti, respublikanın xarici ticarət əlaqələrinin müasir səviyyəsi və gələcək perspektivlərinin daha da uğurla inkişafına etibarlı zəmanət verir.
2011-ci ilin 1 yanvarına olan məlumatlara görə xa­rici ticarət dövriyyəsində MDB ölkələrinin payı 15 faiz, digər ölkələrin payı isə 85 faiz təşkil etmişdir.
Xarici ticarət dövriyyəsində Azərbaycan Respub­li­kasının başqa dövlətlərlə iqtisadi əlaqələrinin xüsusi çəki­si­nin illər üzrə dəyişmə dinamikası aşa­ğıdakı kimi olmuş­dur:



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin