C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­



Yüklə 2,89 Mb.
səhifə98/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   ...   94   95   96   97   98   99   100   101   ...   114
C fakepathelave vesait

Beşincisi, tədricən beynəlxalq iqtisadi - ticarət əlaqələrində daha sanballı bir rol oynamağa başlamış in­kiş­af etməkdə olan ölkələr qrupu, öz ixrac məhsullarının 70 faizə yaxınını yüksək inkişaf etmiş dövlətlərə göndə­rirlər. Bu qrup ölkələrinin ənənəvi ticarət əlaqələrində, on­la­rın əsas xammal yaxud yarım fabrikatlar təchizatçısı ki­mi formalaşmış roluna, yeni vəzifələrin əlavə edil­mə­si­dir.
Yüksək inkişaf etmiş ölkələr çalışırlar ki, əvvəllər yal­nız aqrar təyinatlı xammal təchizatçısı olmuş bu öl­kə­lər, indiki mərhələdə əmək və materialtutumlu «kobud» sənaye sahələrini öz ərazilərində yerləşdirsinlər. Bu meyl, bir tərəfdən xammal və ucuz iş qüvvəsi amilləri ilə izah olunsa da, hazırda əsas etibarilə ekoloji cəhətdən zərərli istehsal-xidmət dairəsi sahələrinin yüksək inkişaf etmiş etmiş ölkələrdən kənar ərazilərdə yerləşdirilməsi xəttilə bağlıdır.
Altıncısı, dünya təsərrüfat həyatının beynəlmiləl bir xarakter alması, inteqrasiya və qloballaşma prosesləri, ölkələrin bir-birindən qarşılıqlı asılılığını xeyli dərəcədə gücləndirmişdir. Hesablamalar göstərir ki, bütövlükdə istər yüksək inkişaf etmiş, istərsə inkişaf etməkdə olan, istərsə də postsovet və postsosialist ölkələrinin həm ixrac et­dik­ləri məhsulların (ixrac kvotası), həm də idxal et­dik­lə­ri məhsulların (idxal kvotası) artmağa doğru meyl etmək­dədir. XXI əsrin ilk onilliyində, orta hesabla dünya ölkələ­ri­nin istehsal etdikləri məhsul-xidmətlərin 20 faizdən 35 faizə qədəri ixrac edildiyi kimi, təxminən bir o qədəri də başqa döv­lət­lərdən idxal olunur.
Yeddincisi, son dövrlərdə beynəlxalq ticarət əlaqə­lərində əvvəllərə nisbətən daha geniş yayılmış barter əmə­­liyyatlarının aparılmasıdır. Qarşılıqlı ticarət əla­qə­si­nin bu formasında, alıcılar öz təchizatçılarından tələb edir­lər ki, satdıqları məhsulların əvəzinə onların müxtəlif təyi­natlı mallarını alsınlar. Həmin alınan məhsullar əvəzinə satılan mallar, ola bilər alanın özü tərəfindən istifadə olun­sun, ya­xud konkret məhsul üçün təklif olunan mallar baş­qalarına satılsın.
«Malı-mala» yaxud «başa-baş» sxemi üzrə həyata keçirilən bu natural əmtəə mübadiləsi, ekvivalentlik (bəra­bər­lik) prinsipinə əsaslanır. Müasir beynəlxalq ticarət əla­qə­ləri və əməliyyatlarının təxminən 20 faizdən 30 faizə qədəri barter, yəni qarşılıqlı sövdələşmələr vasitəsilə real­laş­dırılır. Geniş yayılmış barter tipli ticarət əməliyyat­la­rına xidmət göstərmək üçün xüsusi şirkətlər yaradılır, banklarda və maliyyə qurumlarında şöbələr təşkil olunur.

Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin