C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­


Pul-kredit siyasətinin ölkənin istehsal həcminə və inflyasiyaya təsiri



Yüklə 2,89 Mb.
səhifə61/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   114
C fakepathelave vesait

Pul-kredit siyasətinin ölkənin istehsal həcminə və inflyasiyaya təsiri.

Sxemdən aydın olur ki, FES-nin ölkədə iqtisadi fəallığa təsir göstərmək və inkişafın qeyri-sabitlik meyllə­rini tənzimləmək üçün həyata keçirdiyi tədbirlər sistemi hansı konkret nəticələrə gətirib çıxara bilir. Əv­və­lən, məcburi ehtiyat normasının (1) dəyişdiril­məsi, ölkədə pul təklifinə və tədavüldəki pul kütləsinin həc­minə (2) təsir edəcəkdir. Sonra, bu dəyişiklik bank faiz dərəcələri və kredit şərtlərinin (3) konkret vəziyyətdən asılı olaraq, enib qalxması ilə nəticələnəcəkdir. Daha sonra, bank faiz də­rə­cələrindəki enib-qalxmalarla bağ­lı, investisiyaların həc­minin və digər xərclərin dəyiş­məsi, öz növbəsində ümumi (məcmu) tələbə (4-AD) müsbət yaxud mənfi istiqamət­lər­də təsir göstərəcəkdir. Nəhayət, bütövlükdə iqtisadiyyatda zəncirvari şəkildə baş verən bu proseslər ölkədə istehsalın həcminə, məş­ğulluğun və inflyasiyanın səviyyəsinə bila­va­sitə yaxud dolayı yollarla təsir edəcəkdir.
Kommersiya bankları ölkənin bank sisteminin ikinci pilləsini təşkil edərək, Mərkəzi Bankın (Milli Ban­kın) ümumi nəzarəti altında fəaliyyət göstərirlər. Ba­zar münasibətləri iqtisadi sistemi şəraitində bu banklar öz müştəriləri olan fiziki və hüquqi şəxslərlə qarşılıqlı müna­sibətlərini müəyyən mənfəət əldə etmək prinsipi, habelə risk əsasında qururlar. Kommersiya bank­ları malik olduq­ları pul resursları və müəyyən faiz­lə Mərkəzi Bankdan borc götürdükləri vəsait hesabına müştərilərinə müxtəlif təyinatlı xidmətlər göstərirlər.
Bu bankların fəaliyyəti əsas 3 istiqamət: a) pas­siv əməliyyatlar (vəsaitlərin cəlb olunması), b) aktiv əməliy­yat­lar (vəsaitlərin yerləşdirilməsi, kreditə veril­məsi), c) kommersiya-vasitəçilik əməliyyatları üzrə apa­rılır. Onla­rın əməliyyatları arasında bank xidmətləri mühüm yer tutur. Həmin xidmətlərə xarici valyuta ilə əməliyyatlar, qiy­mətli kağızların yerləşdirilməsi və saxlanması, müştəri­lərin etimadnaməsi əsasında onların kapitalının, əmlakının idarə edilməsi, habelə sairə da­xil­dir. Kommersiya bankları öz əməliyyatlarını nağd və qeyri-nağd, yəni köçürmə he­sablaşmaları yolu ilə hə­yata keçirirlər.
Müxtəlif ölkələrdə kommersiya banklarının ge­niş şəbəkəsi fəaliyyət göstərir. Məsələn, ABŞ-da 8000-ə yaxın, Rusiyada 1500-dən çox, Azərbaycan Respub­li­ka­sında 40-a qədər kommersiya bankı bazar müna­sibətləri iqtisadi sisteminin tərkib hissəsi kimi müxtəlif fiziki və hüquqi şəxslərə xidmətlər göstərirlər. Son dövr­də kredit birlikləri və əmanət qurumlarının qovuş­ması prosesi getdiyindən, onların ümumi sayının azal­ması, habelə ölkənin məcmu maliyyə aktivlərində xüsu­si çəkisinin aşağı düşməsi meyli nəzərə çarpır.
Kommersiya bankları ənənəvi xidmət növləri ilə ya­naşı, nisbətən yeni sayılan və müasir dövrün tələb­lərinə cavab verən lizinq, faktorinq, farfeytinq, trast kimi kre­ditləşdirmə formalarının dairəsini getdikcə ge­niş­ləndi­rir­lər.

Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin