9.5.Bankların pul yaratmaq (artırmaq) prosesi
Bankların pul yaratmaq (artırmaq) prosesini ayrıca bir bankın deyil, bütövlükdə bank sisteminin timsalında izləmək lazımdır.
Aydındır ki, banklar saxlanılan pul ehtiyatlarının hamısını kredit formasında borc verə bilməzlər. Çünki onların əmanətçi müştəriləri (depozitorları) istənilən vaxt öz pullarını bankdan tələb edə bilərlər. Bankların fəaliyyəti göstərir ki, onlar fasiləsiz surətdə fiziki və hüquqi şəxslərə kredit də verə bilirlər, eyni zamanda əmanətçilərinə də müxtəlif təyinatlı xidmətlər göstərərək, tələblərini yerinə yetirirlər. Banklar bütün əmanətçilərinin öz pullarını eyni vaxtda (müstəsna hallardan başqa) tələb etməsi ehtimalının çox az olduğunu nəzərə alaraq, sərəncamında olan vəsaitin 10-20 faizini ehtiyat (rezerv) kimi saxlayaraq, yerdə qalan hissəsini borc verə bilərlər.
Məsələn, bankların məcburi ehtiyat normasının 10%, yəni banka daxil olan vəsaitlərin, depozitlərin 1/10 hissəsi həcmində olduğu qəbul edilsə, o zaman müxtəlif bank qrupları üzrə tədricən azalacaq məbləğ göstəricilərini ardıcıllıqla izlədikdə ölkənin ümumi bank sistemi üzrə mənzərə belə olacaqdır.
Bankların pul yaratmaq, yaxud sərəncamlarında olan pul kütləsini süni şəkildə artırmaq prosesi, öz əksini aşağıda verilmiş cədvəldə tapmışdır.
Pul (depozit, əmanət) yaradılması prosesi
Bankların vəziyyəti
|
Yeni əmanətlər, depozitlər (dollarla)
|
Yeni borclar, kreditlər və investisiyalar (dollarla)
|
Yeni ehtiyatlar (dollarla)
|
I Çıxış (ilk) banklar
|
1000
|
900,0
|
100,0
|
II qrup (nəsil) banklar
|
900,00
|
810,0
|
90,0
|
III qrup (nəsil) banklar
|
810,0
|
729,0
|
81,0
|
IV qrup (nəsil) banklar
|
729,0
|
656,10
|
72,9
|
V qrup (nəsil) banklar
|
656,10
|
590,49
|
65,61
|
VI qrup (nəsil) banklar
|
590,49
|
531,44
|
59,05
|
VII qrup (nəsil) banklar
|
531,44
|
478,30
|
53,14
|
VIII qrup (nəsil) banklar
|
478,30
|
430,47
|
47,83
|
IX qrup (nəsil) banklar
|
430,47
|
387,42
|
43,05
|
X qrup (nəsil) banklar
|
387,42
|
348,68
|
38,74
|
(I-X) Qrup (nəsil) banklar üçün məbləğ
|
6513,22
|
5861,90
|
651,32
|
Yerdə qalan digər banklar üçün məbləğ
|
3486,78
|
3138,10
|
348,68
|
Bütövlükdə bank sistemi üçün ümumi məbləğ
|
10000
|
9000
|
1000
|
|
6513,22
|
5861,90
|
651,32
|
|
3486,78
|
3138,10
|
348,68
|
Cədvəldən aydın olur ki, əslində pulun ümumi kütləsi (M) artmır. Banklar öz çekləri, qiymətli kağızları, öhdəlikləri ilə pul kütləsini simvolik, rəmzi surətdə artırırlar. Bəzən "karusel" adlandırılan bu bank əməliyyatları nəticəsində nağd 1000 manat, dollar, avro arxasında yalnız bankın öhdəliyi dayanan "artmış, yaxud yaradılmış" 10.000 manata, dollara, avroya çevrilir və sanki möcüzə baş verir! Lakin heç bir möcüzə yoxdur, reallıq isə bundan ibarətdir ki, mənfəət əldə etmək naminə riskə gedən banklar, sərəncamlarında olan müəyyən miqdarda pul kütləsinin həcmini sabit saxlamaqla, öz öhdəlikləri hesabına tədavüldəki dövriyyə vəsaitlərini artırırlar.
Bankların "pul yaratmaq və artırmaq" prosesi mexanizmini aydınlaşdırdıqdan sonra dövlətin pul-kredit (monetar) siyasətinin işlənib hazırlanmasında, habelə onun həyata keçirilməsində mühüm rol oynayan Mərkəzi Bankın ölkənin pul tədavülünü tənzimləmək üçün hansı vasitələrdən (alətlərdən, metodlardan) istifadə etdiyini göstərmək lazımdır. Mərkəzi Bankın pul-kredit siyasətinin başlıca vasitələri bunlardır:
açıq bazarda əməliyyatlar;
məcburi (zəruri) ehtiyat norması;
uçot dərəcəsi.
Dostları ilə paylaş: |