C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­



Yüklə 2,89 Mb.
səhifə57/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   114
C fakepathelave vesait

Dövlət krediti. Bu cür kreditləri dövlət özü verir, yaxud dövlət həmin kreditlərin, əməliyyatların qarantı, zamini olur. Dövlət krediti istiqraz və qiymətli kağızlar, habelə müxtəlif səhmlər (aksiyalar) buraxmaq yolu ilə həyata keçirilir.
Kommunal krediti. Bu kredit şəhər təsərrüfa­tının müxtəlif ehtiyaclarını (su kəmərləri, yollar, kanalı­zasiya xətləri) ödəmək üçün verilir.
Beynəlxalq kredit. Ölkələr arasında borc kapi­ta­lı­nın hərəkəti və fəaliyyətidir. Kreditin bu formasında kredi­tor və borc alan rolunda banklar, iri şirkətlər, xüsusi sahib­kar­lar, dövlət təşkilatları iştirak edirlər. Bey­nəlxalq kredit­lər­dən xarici ticarət əməliyyatlarında, qiymətli kağızlar bu­raxılmasında, birbaşa kapital qo­yu­luş­larında istifadə olu­­nur.


9.3.Bankların meydana çıxması, vəzifələri və
fəaliyyəti


Ölkənin ümumi kredit sistemində əsas yeri bank­lar tutur.
Banklar - pul vəsaitlərinin toplanması, kreditlər verilməsi, müxtəlif hesablaşmaların həyata keçirilməsi, dövriyyə üçün pulların emissiyası (buraxılması), qiy­mətli kağızların dövriyyəyə daxil edilməsi, habelə digər vəzifələri həyata keçirən iqtisadi təşkilat, yaxud insti­tut­lardır.
Bankların tarixi çox qədimdir. Eramızdan əv­vəlki dövrlərdə də Babilistanda, Yunanıstanda əmanət yaxud girov qəbul edib, borc pul (suda) verən xüsusi təşkilatlar (qurumlar) və adamlar fəaliyyət göstərmişlər.
Əsl maliyyə-kredit institutu kimi bank 1407-ci ildə İtaliyanın Genuya şəhərində (Banka di San Corca) yaradılmışdır. Normal və adi bank sisteminin fəaliyyətə başlanması isə XVII əsrə təsadüf edir. Azərbaycanda isə ilk banklar ümumi iqtisadi dirçəliş və neft sənaye­sinin sürətli inkişafı sayəsində XIX əsrin II yarısından təşkil olunub, fəaliyyətə başlamışlar.
Dünyada ilk Mərkəzi Bank 1668-ci ildə İsveçdə fəaliyyətə başlayan Riqs bank sayılır. Sonralar ölkənin Mərkəzi Bankı İngiltərədə 1694-cü ildə, Fransada 1800-cü ildə, İspaniyada 1856-cı ildə, İtaliyada 1893-cü ildə açıl­mışdır. ABŞ-da Mərkəzi Bank rolunu oynayan Federal Ehtiyatlar Sistemi 1913-cü ildə yaradılmışdır.
Ölkə iqtisadiyyatının idarə olunmasında banklar mühüm rol oynayaraq, sərbəst pul vəsaitlərini cəmləş­dirir, müəssisələrə və hüquqi şəxslərə, ayrı-ayrı təşkilat­la­ra kredit (borc) verərək, kapitalın (əsas istehsal fond­la­rının) dövranmı, habelə dövriyyəsini sürətləndirir.
Müasir banklar maliyyə vasitəçiləri olub, əma­nət­çilərlə (borc verənlərlə) borc alanlar arasında əlaqə­lən­di­rici rolunu oynayırlar. Öz xidmətləri əvəzində isə banklar müəyyən məbləğdə haqq (faiz) alırlar. Başqa sözlə bank elə bir təşkilat, institut yaxud şirkətdir ki, o pul alıb-satmaqla məşğul olur və onun əmtəəsi pul­dur. Həmin pul əmtəəsinin qiyməti isə bankın tələb-təklif prinsipi əsasında müəyyənləşdirdiyi borc faiz dərəcəsi olacaqdır.

Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin