Pul bazarıdedikdə, ölkədə pula olan tələb və təklif əsasında bank faiz dərəcəsinin səviyyəsi başa düşülür. Başqa sözlə, bankların bazar konyukturası şəraitində dəyişkən faiz dərəcələri, pulun "qiymətidir". İqtisadi yüksəliş, mərhələsində bank faiz dərəcəsi artmağa doğru meyl etdiyi halda, əksinə iqtisadiyyatın geriləməsi və durğunluğu mərhələsində aşağı düşməyə başlayır. Bu mənada, sanki milli iqtisadiyyatın fəallıq və geriləməsinin barometri rolunu oynayan bank faiz dərəcələri, ölkənin dinamik təsərrüfat həyatında baş verən dəyişiklikləri özündə əks etdirir. Belə bir cəhət də maraqlıdır ki, doğrudur pul bazarlarda başqa əmtəələr kimi "satılıb alınmır". Lakin müxtəlif sövdələşmələr və razılaşmalar, habelə işgüzar münasibətlər prosesində dəyişkən bank faiz dərəcələri, hökmən nəzərə alınır. Pul tədavülünün tənzimlənməsi prosesində mühüm rol oynayan ümumiləşdirilmiş anlayışlara gəldikdə isə qeyd etmək lazımdır ki: M-0 - dövriyyədə olan nağd kağız və metal pulların bankda deyil, əhalidə yaxud əllərdə olan məbləğidir. M-1 -tədavüldə olan nağd kağız və metal pullar, habelə çeklər vasitəsilə hər vaxt tələb edilə bilən əmanətlər – depozitlərdir. M-2 - M-l + çeksiz əmanətlər + az məbləğdə təcili (müddətsiz) əmanətlər (depozitlər) + pul bazarının qarşılıqlı (əvəzləyici) fondlarından ibarətdir. M-3 - M-2 + iri məbləğdə, adətən 100 mindən yuxarı məbləğdə olan təcili (müddətsiz) əmanətlərdən (depozitlərdən) ibarətdir. M-4(L) ölkənin bütün pul kütləsi, yəni M-3 + banklarda saxlanılan qeyri-pul vəsaitləridir ki, hər vaxt pula çevrilə, yaxud likvid oluna bilər. Asanlıqla pula çevrilə bilən şeylər arasında dövlətin qiymətli kağızları, qızıl ehtiyatı, qiymətli sənət əsərləri, antik əşyalar mühüm yer tutur. Müxtəlif ölkələrin pul-kredit siyasətində milli iqtisadiyyatda pul kütləsinin həcmini (miqdarını) müəyyənləşdirmək üçün, məsələn ABŞ-da 4, Yaponiya və Almaniyada 3, İngiltərə və Fransada 2, Azərbaycan Respublikasında isə bir neçə aqreqatdan, yəni ümumiləşdirilmiş pul göstəricilərindən istifadə olunur. Pul tədavülü ölkədə əmtəələrin alqı-satqısı və xidmətlər göstərilməsilə bilavasitə bağlı olduğundan təbiidir ki, normal dövriyyə üçün lazım olan pul kütləsinin konkret həcminin müəyyənləşdirilməsi qarşıya çıxır. Ona görə də bu məsələ iqtisadçı və mütəxəssislərin nəzər-diqqətini həmişə özünə cəlb etmişdir. Çünki ölkənin pul sisteminin və onun tədavül dairəsinin sabitliyini, çevikliyini, etibarlığını, nəhayət kəmiyyət müəyyənliyinitəmin etmədən, iqtisadiyyatın
hərtərəfli, habelə tarazlı inkişafına nail olmaq çətindir. Uzun illər boyu klassik iqtisadi nəzəriyyə nümayəndələri, tədavül üçün zəruri olan pulun miqdarını (M), 3 amillə - əmtəələrin ümumi kütləsi, onun ümumi dəyəri (qiyməti), pulun tədavül dairəsində dövretmə sürətiilə qarşılıqlı əlaqədə müəyyənləşdirməyi əsaslandırmışlar. Onların fikrincə, tədavül üçün lazım olan pulun kütləsi (M), əmtəə qiymətləri cəminin (ƏQ), eyni adlı pul vahidlərinin (manat, dollar, funt sterlinq) dövriyyə sürətinə (DS) olan nisbətinə bərabərdir. Deməli,
Klassik iqtisadi nəzəriyyədə pul tədavülü qanunu adlandırılmış bu formulda tədavül dairəsindəki kredit (borc) əməliyyatları, qarşılıqlı ödənişlər və xarici ticarət əlaqələri nəzərə alınmamışdır. Sonralar pul kütləsinin miqdar nəzəriyyəsinə, onun tədavül dairəsindəki hərəkət sürətinə dair A.Marşall, C.Keyns və başqaları tərəfindən irəli sürülmüş yeni yanaşmalar, ABŞ iqtisadçısı İrvinq Fişerin (1867-1947) "Pulun alıcılıq qabiliyyəti" kitabında belə bir formulda verilmişdir: MV=PQ
Burada M-pul kütləsi; V-pulun dövriyyə sürəti; P-əmtəə və xidmətlərin qiyməti; Q-əmtəə və xidmətlərin kəmiyyət göstəricisi olduğundan, deməli onların hər biri ayrı-ayrılıqda belə tapıla bilər:
Elmi-nəzəri cəhətdən neoklassik istiqamətin mövqeyini əks etdirən pulun bu miqdar nəzəriyyəsi "mübadilə bərabərliyi, yaxud tənliyi" müəyyən qeyd-şərtlərlə bütün dünyada qəbul olunur. Həmin formullarda əmtəə-xidmətlərin həcminin və qiymətlərin artması ilə dövriyyədəki pul kütləsinin sürəti arasında nisbətlərin pozulmasının inflyasiya üçün şərait yaratması ideyası, şübhəsiz aktual əhəmiyyətə malikdir.