C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­


IX FƏSİL. PUL – KREDİT SİSTEMİ, BANKLAR



Yüklə 2,89 Mb.
səhifə53/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   114
C fakepathelave vesait

IX FƏSİL. PUL – KREDİT SİSTEMİ, BANKLAR
VƏ ONLARIN FƏALİYYƏTİ


9.1.Ölkənin pul sistemi və onun ünsürləri


Pul bəşəriyyətin kəşflərindən biri olub, tarixən müx­təlif formalar alaraq insanların gündəlik məişətinə elə daxil olmuşdur ki, müasir cəmiyyət həyatını onsuz təsəv­vür etmək çətindir. İqtisadçıların yazdıqları kimi insanlar pul naminə, onu qazanmaq üçün çox şey etmə­yə hazırdır­lar, çünki pul da onlar üçün hər şeyi etməyə qadirdir.
Əvvəlki fəsillərdən aydın olduğu kimi uzun bir tarı­xi təkamül yolu keçmiş pul, istehsal olunmuş əm­təələrin və xidmətlərin dəyərinin ifadə formasıdır. Əm­təənin dəyə­rinin pulla ifadəsi onun qiymətidir.
Əmtəə və xidmətlər bizim müəyyən tələbatla­rı­mızı ödəyir, habelə satış, yəni bazara çıxarmaq üçün hazırlanır. Əmtəə və xidmətlər əvvəllər natural surətdə dəyişdirilmiş, sonralar isə meydana çıxmış qızıl, gü­müş, kağız pullara mübadilə olunmuşlar.
Tədricən ümumi ekvivalent rolunu oynamağa baş­lamış pul-dəyər ölçüsü, tədavül vasitəsi, yığım vasi­tə­si, tə­diy­yə (ödəniş) vasitəsi, dünya pulu (qızıl forma­sında) müx­təlif vəzifələri (funksiyaları) yerinə yetirmiş­dir. Pulun təşəkkül tapıb meydana çıxması və fəaliyyəti təxminən 10 min illik bir dövrü əhatə edir.
Hər hansı bir ölkənin dövlət tərəfindən qanun­ve­ri­cilik yolu ilə nizamlanan nağd və qeyri-nağd pul tədavü­lü­nün təşkili, hərəkəti, istifadəsi onun pul siste­mini yaradır.
Ölkənin pul sisteminin zəruri ünsürləri kimi aşa­ğıdakıları göstərmək olar:
- Milli pul vahidi. Bu hər hansı bir ölkədə qa­­nun­vericilik yolu ilə qəbul olunmuş və tədavüldə iş­lə­nən şərti pul vahididir (dollar, rubl, avro, lirə, manat).
- Pul miqyası. Hər hansı bir ölkənin pul vahi­dinin qızıl tərkibi olub, tarixən dəyişən kəmiyyətdir. Müasir mər­hələdə başqa meyarlar da vardır.
- Pul emissiyası. Ölkənin Mərkəzi, yaxud Milli Bankının müstəsna hüququ kimi tədavülə pul daxil etməsi, buraxmasıdır.
- Pul formaları. Metal, kağız pullar, bank bilet­ləri, xəzinə pulları, banknotlar, çeklər, veksellər şəklin­də olur.
- Valyuta məzənnəsi. Bir ölkənin pul vahidinin, digər dövlətlərin pul vahidinə nisbətidir. )90fl
- Pul sisteminin təşkilati quruluşu. Ölkənin pul kütləsinin hərəkətini tənzimləyən dövlət maliyyə-kredit təşkilatlarının fəaliyyətini əhatə edir.
Dünyanın bütün ölkələrinin pul sistemləri üçün qı­zı­lın dövlət ehtiyatları kimi saxlanması; bankların kre­dit (faizlə borc verilməsi) əməliyyatları əsasında nağd və qey­ri-nağd pul nişanları tədavülə buraxması; qeyri-nağd (nağd­sız) pul dövriryyəsinin genişləmnəsi və nağd pul döv­riyyəsinin məhdudlaşdırılması meylləri səciyyəvidir.
Pul tədavülü iqtisadiyyatın "qan damarları", yaxud "fırlanan çarxın sürtgü yağı" kimi vəzifəsini normal yerinə yetirdikdə, ölkənin təsərrüfat həyatının müxtəlif sahələ­ri­nin və bütövlükdə cəmiyyətin hərtə­rəfli inkişafı üçün daha əlverişli imkanlar yaranır.
Milli iqtisadiyyatda fasiləsiz surətdə davam edən nağd qeyri-nağd hesablaşmalarla bağlı tədavül üçün zəruri sayılan pul kütləsi (miqdarı), onun ayrı-ayrı ümu­miləşdirilmiş aqreqatlarının (M-0, M-l, M-2, M-3, M-4 (L)) müəyyənləşdirilməsi tələb olu­nur. Eyni zamanda iqtisadi nəzəriyyədə pul bazarı anlayışı vardır. Bu iqtisadi anlayışların izahı və qarşı­lıq­lı əlaqəsi, ölkədə pulun hərə­kəti, onun kütləsi, təda­vülünün tənzimlənməsi proses­lərini aydınlaşdırır.

Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin