C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­


Postsovet və postsosialist ölkələrində keçid mərhələsinin xüsusiyyətləri



Yüklə 2,89 Mb.
səhifə68/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   ...   114
C fakepathelave vesait

10.3.Postsovet və postsosialist ölkələrində keçid mərhələsinin xüsusiyyətləri


Keçid mərhələsində olan ölkələrin iqtisadi-sosial həyatının ümumi qanunauyğunluqları ilə yanaşı, ayrı-ayrı ölkələrin, o cümlədən də Azərbaycan Respublikasının özü­­­nəməxsus bir sıra xüsusiyyətləri olmuşdur. Bu özünə­məxsusluqlar ilk növdə, ölkələrin keçid mərhələsinə hansı vəziyyətdə və iqtisadi-sosial göstəricilərlə daxil olmaları ilə bağlıdır. Həmin şərtlərə ölkədə inzibati-amirlik siste­mi­nin davam etdiyi müddət; iqtisadiyyatda xüsusi bölmə­nin payı; onun quruluşunda nisbətlərin pozulması səviy­yəsi; ölkənin iqtisadi həyatının hərbiləşdirilməsi (millita­ristləşdirilməsi); əhalinin əməyə münasibəti, onun ixtisas və bacarığı; milli mentalitet və ümumi mədəni-mənəvi yük­­səlişi daxildir.
Keçid mərhələsində, postsosialist və postsovet öl­kə­ləri arasında özünəməxsus xüsusiyyətləri ilə seçilən 3 qrupu göstərmək olar. Birinci qrupa daxil olan keçmiş Çexoslovakiya, ADR, Macarıstan, Polşa, Baltikyanı ölkə­lərdə bazar iqtisadiyyatına keçid prosesi nisbətən asan və az itkilərlə getmişdir. Buna səbəb, həmin ölkələrdə bazar ənənələrinin olması, istehsalın sahə quruluşunun nisbətən tarazlığı, Qərb ölkələri ilə qonşuluq əlaqələri, əhalinin milli mentaliteti və sosial-psixoloji təbiəti (xarakteri) ol­muş­du. İkinci qrup ölkələrə Rusiyanı, Bolqarıstanı, Ru­mı­niyanı, Yuqoslaviyanı, Albaniyanı, Monqolustanı, keç­miş sovet respublikaları ərazisində formalaşmış yeni müs­tə­qil dövlətləri, o cümlədən Azərbaycan Respublikasını da­xil etmək olar. Bu ölkələrdə bazar münasibətlərinə ke­çid, birinci qrup ölkələrə nisbətən daha çətin və mürəkkəb şəraitdə keçmişdir. Buna səbəb, inzibati-amirlik sisteminin nəticəsi olan iqtisadiyyatın struktur nöqsanları, sosial siyasət sahəsində gücü «bərabər bölgü» prinsipinin hökm sürməsi, onların ərazisində hərbi münaqişələrin baş ver­məsi, bazar münasibətlərinə keçmək barəsində cəmiyyətdə müxtəlif ziddiyyətli mövqelərin olması idi. Üçüncü qru­pa Şərqi Asiyanın Çin, Şimali Koreya, habelə Amerika qitəsinin Kuba kimi ölkələri daxil edilə bilər. Bu ölkələr eyni qrupda birləşdirilsə də, onların ictimai-siyasi quruluş­ları, idarəçilik üsulları, iqtisadi sosial göstəriciləri, həyata keçirdikləri iqtisadi islahatların mahiyyət və formaları bir-birindən xeyli fərqlidir. Təsadüfi deyildir ki, BMT-nin təs­nifatında və beynəlxalq təşkilatların hesabatlarında bu öl­kələrin bəziləri «inkişaf etməkdə olan dövlətlər» sırasına salınır.
Ümumiyyətlə postsosialist və postsovet ölkələrində inzibati-amirlik sistemindən bazar iqtisadiyyatına keçid iki yolla (variantla) - təkamül (qradualizm) və radikal (cər­rahiy­yə əməliyyatı) istiqamətində aparılmışdır.
Məsələn, Çin və Macarıstanda təkamül yolu seçil­miş­disə, Rusiya, Polşa, Rumıniya, Bolqarıstan kimi ölkə­lər­də radikal dəyişikliklərə üstünlük verilmişdi. Bu va­riant­ların seçilməsi konkret iqtisadi-sosial vəziyyət, ölkə­nin resursları və əhalinin milli-psixoloji əhval-ruhiyyəsi ilə bağlıdır. Eyni zamanda bu ölkələrdə, o cümlədən də Azər­baycanda təkamül və radikal yolun ayrı-ayrı ünsürlə­rindən, yəni qarışıq variantdan da istifadə olunmuşdur.
Bütövlükdə postsosialist və postsovet ölkələrinin keçid mərhələsində aşağıdakı özünəməxsus cəhətlərini göstərmək olar:

  • ölkə iqtisadiyyatının mərkəzləşdirilmiş idarə­çi­lik əsasında, hədsiz dərəcədə (95-98%) dövlətləşdiril­məsi;

  • ölkədə uzun müddət (50-70 il) davam etmiş qey­ri-­bazar və inzibati-amirlik sisteminin cəmiyyətin iqtisadi-sosial, habelə mənəvi - əxlaqi dəyərlərinə vurduğu zərər;

  • istehsal dairəsinin inhisarlaşdırılması nəticəsində iqtisadiyyatın liberallaşdırılması prosesinin ölkədə yüksək inflyasiya yaratması;

  • iqtisadiyyatda quruluş nöqsanlarının mövcud­lu­ğu, sahələrdaxili və sahələrarası nisbətlərdə uyğunsuz­luq, ağır sənaye və hərbi sənaye kompleksinin üstün möv­qe tutması, ölkədə istehlak şeyləri istehsalına kifayət qədər diqqət yetirilməməsi;

  • ölkə iqtisadiyyatının rəqabətqabiliyyətli olma­ması və istehsal olunan məhsulların dünya standartlarına cavab verməməsi nəticəsində, bu məhsulların beynəlxalq bazarlarda sıxışdırılması;

  • bazar münasibətləri sistemi və bazar iqtisadiy­yatına xidmət göstərən infrastrukturun ləng formalaşması;

  • əhalinin əksər hissəsində mədəni (sivil) bazar mü­­nasibətlərinə keçmək vərdişlərinin olmaması və qay­dasız, hətta «vəhşi» üsullardan, qanunsuz vasitələrdən is­tifadə etməklə, bazar iqtisadi sistemində möhkəmlənmək meylləri.




Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin