Üçüncüsü, kiçik və orta sahibkarlığın inkişafına, işgüzar biznes fəaliyyətinin genişlənməsinə dövlət qayğısı göstərilərək, cəmiyyətin iqtisadi dayaqlarından biri sayılan orta təbəqənin, habelə milli, o cümlədən də tədricən iri sahibkarların formalaşmasına diqqət yetirməlidir.
Dördüncüsü, iqtisadiyyatın inhisarsızlaşdırılması təbii inhisar obyektləri istisna olmaqla, ölkənin təsərrüfat həyatının dövlətsizləşdirilməsi xətti həyata keçirilməlidir.
Beşincisi, iqtisadiyyatın strukturunda (quruluşunda) müstəqil inkişaf yoluna çıxmış, suveren bir dövlətin tələb və qayğılarına uyğun zəruri dəyişikliklər aparılmalıdır.
Altıncısı, ölkənin milli təhlükəsizlik və hərbi-müdafiə sistemi məsələlərinin iqtisadi mənbələri, təchizat problemləri, kadr hazırlığı, təxirəsalınmaz surətdə qətiyyətlə həll olunmalıdır.
Yeddincisi, bazar iqtisadiyyatına uuğun yeni təsərrüfatçılıq prinsipləri, xüsusi mülkiyyət, sahibkarlıq fəaliyyəti, rəqabət mübarizəsi, qiymət sərbəstliyi baxımından xidmət edən infrastruktura şəbəkəsi (audit xidməti, kadr hazırlığı, reklam işi, hüquq xidməti, məlumat-informasiya mərkəzləri) yaradılmalıdır.
Səkkizinci, ölkənin sosial siyasəti ümumi xarakter daşıyıb, hamı üçün bərabər həyat şəraiti yaratmaq arzusundan, ünvanlı sosial təminat istiqamətinə yönəldilərək, əhalinin ilk növbədə imkansız təbəqələrinin bazar münasibətləri şəraitində rastlaşdıqları iqtisadi-sosial çətinliklərinin həllinə yardım etməlidir.
Doqquzuncu, əhalinin məşğulluğunu təmin etmək, yeni iş yerləri açmaq, «beyin axını» probleminin qarşısına almaq, inflyasiyanı nəzarətdə saxlamaq, çevik pul-kredit siyasəti yeritmək xətti həyata keçirilməlidir.
Dostları ilə paylaş: |