C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­


İşsizliyin sosial-iqtisadi nəticələri və prosesin tənzimlənməsi



Yüklə 2,89 Mb.
səhifə35/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   114
C fakepathelave vesait

5.4.İşsizliyin sosial-iqtisadi nəticələri və prosesin tənzimlənməsi

Cəmiyyət miqyasında insan kapitalından səmə­rə­li is­ti­fadə olunmaması nəticəsində işsizliyin yarat­dığı müx­təlif səpgili sosial-iqtisadi problemləri, ilk növbədə isə əhalinin həyat səviyyəsinin aşağı düşməsi və yoxsulluğun aradan qaldırılması üçün müəyyən təd­birlər sisteminin ha­zır­lanması istiqamətində müxtəlif ideyalar irəli sürül­müş, konsepsiyalar hazırlanmışdır.


Maltusçu mövqedən çıxış edən iqtisadçılar, döv­lət siyasəti səviyyəsində ölkədəki demoqrafıq və­ziy­yətə təsir göstərmək və doğumu məhdudlaşdırmaq yolu ilə əmək bazarında sabitliyi optimallaşdırmağa çalı­şırlar. A.Piqu və onun ardıclıları problemin həllini əmək haqqının aşağı həd­də saxlanması, istehsal-xidmət sahələrinə daha çox iş­çi­lərin cəlb olunması, həmkarlar təşkilatlarının əmək haq­qının artırılması uğrundakı mübarizəsinin məqsəd­əuyğun olmamasında görürlər.
Keynsçi proqramlara görə ölkədə işsizliyin səviy­yə­sini aşağı salmaq üçün dövlət büdcəsi hesa­bına əhalinin icti­mai işlərə (yollar salınması, xəstəxanalar tikilməsi, park­lar salınması) cəlb olunması həyata keçiril­məli; eyni za­man­da strateji tədbirlər kimi xüsusi şirkətlərə dövlət sifa­rişlərinin həcmi artırılmalı, xidmət tarifləri aşağı salınmalı, kreditlər ucuzlaşdırılmalıdır.
Monitarist nə­zə­­riy­yəyə görə işsizlik və istehsalın aşağı düşməsi şə­raitində dövlət büdcəsinin xərcləri azal­dıl­malı, sosial proqramlar ixtisar olunmalı, rəqabətə əsas­lanan səmə­rəli bazar mühiti formalaşmalı, iflasa uğrayan şirkət­lərə, isteh­salçılara yardım göstərilmə­mə­lidir.
Bazar münasibətləri iqtisadi sistemi şəraitində iş­siz­lik və onun yaratdığından, bu proseslərin dövlət si­ya­səti səviyyəsində tənzimlənməsi zəruridir. Dünya ölkələrin təc­rübəsinə əsaslanaraq, əmək bazarının tən­zim­lənməsinin 4 istiqamətini göstərmək olar:

  • əhalinin məşğulluq səviyyəsinin yüksəldil­mə­si və yeni iş yerlərinin sayının artırılmasının stimullaş­diril­ması;

  • iş qüvvəsinin hazırlanması və onun peşə-sənət ba­carığının təkmilləşdirilməsi proqramlarının həyata keçi­ril­məsi;

  • iş qüvvəsinin istehsal-xidmət dairəsinə cəlb olun­­masını təmin edən proqramların olması;

  • işsizliyin sosial sığorta proqramlarının işlək me­xa­nizminin fəaliyyət göstərməsi.

Bir sıra ölkələrdə kütləvi işsizlik dövründə əha­linin iqtisadi təhlükəsizliyini və məşğulluğunu təmin etmək məq­sədilə, dövlət tərəfindən qanunvericilik qay­dasında iş günü və həftəsinin uzunluğu tənzimlənir; işçilərin vaxtın­dan əvvəl pensiyaya göndərilməsi təcrü­bə­sindən istifadə olunur; işsizlərin haqqı büdcədən ödə­nil­məklə ictimai işlər həyata keçirilir; əhalinin daxili miqrasiyasına və iş qüv­vəsinin müxtəlif istiqamətli hə­rə­kətinə məhdudiyyətlər qo­yu­lur; əmək birjalarının iş­sizlərlə fəaliyyətində yeni metod və üsullar tətbiq edi­lir.
Müstəqillik dövrünün yaratdığı ictimai-siyasi və iq­ti­sadi-sosial çətinliklər nəticəsində, əhalinin məş­ğul­lu­ğunu təmin etmək istiqamətindəki tədbirlərə bax­ma­yaraq, digər postsovet ölkələrində olduğu kimi Azər­baycan Res­publi­ka­sında da işsizliyin səviyyəsi müəyyən prob­lemlər doğu­rur. Dünyanın bir çox ölkələrində bü­tün ciddiliyi ilə qar­şıda duran və bir-biri ilə daxilən bağlı olan işsizlik, inflya­siya, yoxsulluq problem­lə­rinin həlli, dövlətin iqti­sadi si­ya­sət xəttinin mühüm istiqamətlərini təşkil edir. Qeyd et­mək lazımdır ki, son dövrlərdə planet miqyasında isteh­salın şəxsi (subyek­tiv) amili sayılan iş qüvvəsinə, insan amilinə getdikcə daha artıq diqqət yetirilir. Şübhə­siz, is­teh­sal-xidmət dairəsinin müasir inkişaf səviyyəsində tex­nika və insan amillərini bir-birinə qarşı qoymaq elmi-praktik cəhət­dən doğru olmasa da, lakin son nəticə etiba­rilə insanın aparıcı rolu danılmazdır. Bazar münasibətləri iqtisadi sistemi şəraitində, dövlətin ölkənin təsərrüfat hə­ya­tını uzaqgö­rən­liklə tənzimlənməsi prosesinin, sahibkar­la­rın yeni iş yerləri açmaq səyləri ilə birləşdirilməsi yolu, işsizlik proble­minin uğurlu həllinin mühüm şərtidir.

Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin