C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­


İnflyasiyanın tipləri və formaları



Yüklə 2,89 Mb.
səhifə37/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   114
C fakepathelave vesait

6.2.İnflyasiyanın tipləri və formaları


İnflyasiya prosesinin «acıq» «qapalı» kimi iki ti­pi, mülayim (sürünən, mötədil), hallopirik (çaparaq, sü­rətli), hiperinflyasiya (ifrat, hədsiz) kimi 3 forması var­dır.
«Açıq» inflyasiya, bazar münasibətləri iqtisadi sis­te­minin formalaşdığı ölkələr üçün səciyyəvidir. Bu tipli inflyasiya, rəqabət bazarında tələblə təklifin dəyiş­məsi nə­ti­cəsində qiymətlərin ümumi səviyyəsinin yük­səlməsi ilə əlaqədardır. «Açıq» tipli inflyasiya bir növ xəbərdarlıq xarakteri daşıdığından, işgüzar biznes-sa­hibkarlıq fəaliy­yəti üçün bir o qədər də təhlükəli deyil­dir. Bu inflyasiya bazar sabitliyini qismən pozsa da, lakin artıq müəyyən prinsiplər üzərində formalaşmış iqtisadiyyat üçün qorxulu sayılmır. Çünki, xüsusi mül­kiyyət, iqtisadi sərbəstlik, tə­ləb-­təklif, rəqabət mü­ba­ri­zəsi üzərində qurulub və nə is­teh­sal etməli, nə qədər istehsal etməli, necə yaxud hansı yol­larla, üsullarla is­tehsal etməli qayda-qanunları əsasında fəaliyyət gös­tə­rən bir iqtisadi sistem, yaranmış vəziy­yət­dən çıxmaq üçün müxtəlif tənzimləmə vasitələrindən isti­fadə etmək imkanlarına malikdir.
«Açıq» inflyasiya eyni zamanda ölkədə tələblə təkli­fin, qiymətlərin enib-qalxması ilə yanaşı, istehsal-xidmət dairələrindəki quruluş (struktur) dəyişikliklərlə bağlı da baş verə bilər. Ölkədə ümumi (məcmu) tələbin artması, əhalinin əlində xeyli məbləğdə pulun olması ilə bağlıdır. Əhali həmin pulları əmtəə və xidmətlərə dəyi­şə­rək maddi­ləş­dirməyə çalışır. Bazarda baş verən can­lan­ma istehsalı və təklifi genişləndirdiyindən, tədricən istehsal amllərinin, habelə iqtisadi resursların bahalaş­ma­sı meylini güclən­di­rir. Deməli, iqtisadiyyatın qurulu­şunda gedən dəyişiklik­lər, ölkənin təsərrüfat həyatının sahələrdaxili və sahə­lər­ara­sı nisbətlərindəki yeniliklər, makroiqtisadi səviyyədə tarazlığın pozulması nəticəsin­də inflyasiya üçün real şərait yaradır.
«Qapalı», yaxud «gizli» inflyasiya isə əmrlə idarə olunan, bazar münasibətləri prinsiplərinin pozulduğu, to­ta­litar tipli diktatura rejimlərinə xas olan bir hadisədir. Bu tipli iqtisadi sistemdə qiymətlər dövlətin tam nəza­rətində olduğundan, ölkədə tələblə təklifin real nisbətləri nəzərə alınmır, qiymətlər formal surətdə (zahirən) sabit qalır və dəyişmir. Lakin əslində əmtəə-xidmətlər baza­rın­da bu mad­di və mənəvi nemətlərin olmaması, yaxud məh­dud­luğu təbiidir ki, qıtlıq (defisit) yaradır. Nəticədə müx­tə­lif təyinatlı əmtəə və xidmət­lərin qiymətləri bahalaşır, inflya­siya prosesləri üçün zəmin yaranır.
İqtisadi-sosial siyasəti ilə inflyasiya yaradan sə­bəb­lərlə deyil, onun nəticələri ilə mübarizə mövqe­yin­də duran dövlət və onun müvafiq orqanları, bu istiqamətdə uğur qazana bilmədiklərindən ölkədə «kölgə» iqtisadiy­yatı for­ma­laşır, «qara bazar» meydana çıxır, qeyri-qanuni tica­rət əlaqələri üçün geniş imkanlar açılır.
İnflyasiyanın for­ma­ları (növləri) aşağıdakılardır:
1   ...   33   34   35   36   37   38   39   40   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin