CəMİYYƏt və tarix ustad Şəhid Mütəhhəri



Yüklə 1,57 Mb.
səhifə8/68
tarix10.01.2022
ölçüsü1,57 Mb.
#109754
1   ...   4   5   6   7   8   9   10   11   ...   68
Dördüncü: Cəmiyyət, təbii mürəkkəb varlıqlardan yüksəkdə duran həqiqi mürəkkəbdir. Təbii mürəkkəbdə üzvlər, birləşməzdən qabaq müstəqil şəxsiyyətə malik olur və bir sıra əlaqə və təsirlər nəticəsində yeni bir varlıq meydana gəlir. Ancaq insanlar yeni ictimai vücuda malik olmazdan əvvəl, heç bir insani şəxsiyyətə malik deyillər. Onlar bu prosesdən qabaq «ictimai ruhu» qəbul etməyə qadir olan boş bir qaba bənzəyirlər. Əgər ictimai vücudu nəzərə almasaq, insanlar yalnız insanlıq istedadlarına malik olan heyvandırlar. İnsanın insanlığı, yəni öz «mən»liyini hiss etməsi, insan düşüncəsi və fikrini, insan hisslərini və nəhayət, hisslərdən, meyllərdən, təfəkkürlərdən irəli gələn şəxsiyyəti duyması «ictimai ruhun» təsiri altında mümkün ola bilər. Yalnız «ictimai ruh» bu boş qabı doldura bilər və bu fərdi şəxsiyyət halına sala bilər. İctimai ruh əxlaq, din, elm, fəlsəfə və mədəniyyət formasında həmişə insanla birlikdə olub və olacaq da. Fərdlərin mədəni və ruhi əlaqələri, qarşılıqlı təsir etmələri «ictimai ruh» vasitəsilə baş verir. Əslində insan sosiologiyası onun psixologiyasından daha mühümdür. İnsan psixologiyasının onun sosiologiyasından və ictimai vücudundan daha üstün olduğunu iddia edən əvvəlki nəzəriyyənin əksinə olaraq, bu nəzəriyyəyə görə, əgər insan icitimai vücuda və sosiologiyaya malik olmasaydı, onun fərdi psixologiyası da olmazdı.

* * *


Birinci nəzəriyyə tamamilə «fərd»ləri əsas götürür, cəmiyyətə və fərdlər cəminə heç bir əhəmiyyət vermir. Çünki, həqiqi vücuda malik olan cəmiyyət deyil, yalnız şəxslərdir. Hər bir şəxsin taleyi digərlərinin taleyindən asılı olmayaraq müstəqil şəkildə təyin olunur.

İkinci nəzəriyyə də üstünlüyü fərdə verir. Bu nəzəriyyəyə əsasən, cəmiyyət şəxslərdən müstəqil olan varlığa malik olmasa da, cəmiyyət üzvlərinin hər hansı bir qurum və ya digər üzvləri kimi, bir-birinin bağlılığını nəzərə alaraq, insanların müştərək taleyə malik olduqlarını söyləmək olar. Cəmiyyət, öz üzvləri arasında olan mexaniki əlaqələr cəhətindən, hər bir üzvün malik olduğu şəxsiyyətdən fərqlənən müstəqil bir varlığa malik olur.

Üçüncü nəzəriyyə isə həm şəxsi, həm də cəmiyyəti əsas sayır. Fərdlərin cəmiyyət vücudunda həll olması fikrinə etiqadlı olmadığına görə, bu nəzəriyyə fərdə üstünlük verir. Digər cəhətdən isə, fərdlərin cəmiyyətdə yeni şəxsiyyət tapmalarına inandığına, bu yeni şəxsiyyətin də bir tərəfdən həmin cəmiyyətin şəxsiyyəti olduğuna görə bu nəzəriyyəni cəmiyyəti üstün sayan nəzəriyyə adlandırmaq olar. Bu nəzəriyyəyə əsasən, üzv və ünsürlərin bir-birinə qarşılıqlı təsiri nəticəsində yeni həqiqət, yeni ruh, şüur, vicdan, iradə və istək meydana gəlir. Bu həqiqət, fərdi təfəkkür, iradə və vicdandan daha üstündür.

Dördüncü nəzəriyyə isə, tam surətdə cəmiyyətə üstünlük verən bir nəzəriyyədir. Bu nəzəriyyəyə əsasən, yalnız ictimai ruh, ictimai vicdan, ictimai şüur, ictimai iradə və ictimai «mən» mövcuddur. Fərdlərin şüur və vicdanı ictimai şüur və vicdanın kiçik bir hissəsidir.

Qurani-kərimin ayələri 3-cü nəzəriyyəni təsdiq edir. Əvvəlcədən dediyimiz kimi, Quran, məsələləri fəlsəfi ya elmi kitab kimi deyil, tam başqa cür bəyan edir. Quran cəmiyyət və şəxsə aid olan məsələləri elə bəyan edir ki, oradan üçüncü nəzəriyyənin təsdiq olunması başa düşülür. Quran «ümmətlər» üçün müştərək toplu, müştərək şüur, əməl və üsyan təyin edir.1 Aydındır ki, əgər ümmətin zahiri vücudu olmazsa, tale, idrak, şüur və s. məhfumların da heç bir mənası olmayacaqdır. Bunlar, Quranın yalnız ictimai və toplu halında olan həyata etiqadlı olduğunu sübut edir.


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin