CəMİYYƏt və tarix ustad Şəhid Mütəhhəri


«Hər bir ümmətin əcəl vaxtı vardır. Onların əcəli gəlib çatdıqda bircə saat belə nə yubanar, nə də tələsərlər!» (Əraf-34)



Yüklə 1,57 Mb.
səhifə9/68
tarix10.01.2022
ölçüsü1,57 Mb.
#109754
1   ...   5   6   7   8   9   10   11   12   ...   68
«Hər bir ümmətin əcəl vaxtı vardır. Onların əcəli gəlib çatdıqda bircə saat belə nə yubanar, nə də tələsərlər!» (Əraf-34).

Bu ayədə söhbət, dəyişilməz və son nöqtəsi olan həyatdan gedir. Son nöqtəni nə geriyə çəkmək olar, nə də irəli və bu həyat ümmətə məxsusdur və burada fərdin heç bir rolu yoxdur. Məlumdur ki, ümmətin ayrı-ayrı fərdləri öz həyatlarını birlikdə və eyni anda deyil, ayrı-ayrı və bir-birindən fərqli olaraq itirirlər.

Casiyə surəsinin 28-ci ayəsində deyilir:

«Hər ümmət öz əməl dəftərinə tərəf çağırılacaqdır.»

Buradan məlum olur ki, təkcə fərdlərin deyil, hətta cəmiyyətlərin də əməl dəftərləri vardır. Çünki, onlar da qanunları pozurlar, onlar da yaşayırlar və boyunlarında vəzifə vardır. Onların da öz iradəsi vardır və lazım olan gündə cavab vermək üçün öz əməl dəftərlərinə doğru çağırılacaqlar.

Ənam surəsinin 108-ci ayəsində deyilir:

«Hər bir ümmətin öz əməllərini onlara gözəl göstərdik.»

Bu ayə onu sübut edir ki, hər ümmət vahid şüura, müəyyən dəyərlərə və xüsusi düşüncə tərzinə malikdir və bütün bunlar yalnız onların özünə aiddir. Hər bir ümmət, məsələləri özünə xas formada həll edir, hər ümmətin öz səliqəsi var və ona görə də bəzi işlər bir ümmətin nəzərində yaxşı, o biri ümmətin nəzərində isə pis ola bilər. Ümmətin ictimai vəziyyəti ayrı-ayrı cəmiyyət üzvlərinin dərketmə qabiliyyətini, zövq və səliqəsini təyin edir.

Ğafir surəsinin 5-ci ayəsində deyilir:

«Hər ümmət öz peyğəmbərlərini tutub öldürməyə cəhd göstərmiş və haqqı yalana çıxartmaq məqsədilə boş sözlərlə mübahisə aparmışdılar. Buna görə də mən onları əzabla yoxladım. Mənim cəzam necə oldu!»

Bu ayədə söhbət, səhv ictimai iradə və səhv verilmiş qərardan gedir. Söhbət haqqa qarşı yersiz mübarizə haqqında verilmiş ictimai qərardan gedir. Söhbət ondan gedir ki, belə ictimai qərarın cəzası, ümumi və ictimai əzabdır.

Qurani-kərimdə, bəzi hallara da rast gəlinir ki, orada bir cəmiyyətin üzvlərindən olan bir şəxsin işi bütün cəmiyyətə və ya bir nəslin işi sonrakı nəsillərə də aid olunur.1 Bu, o hallarda baş verir ki, həqiqi cəmiyyət, vahid ictimai təfəkkürə, vahid ictimai iradəyə və vahid ictimai ruha malik olsun. Məsələn, Səmud qövmünün hadisəsində «Salehin dəvəsinin kəsilməsi» bütün ümmətə aid olunur. Halbuki bu işi təkcə bir nəfər etmişdi, lakin məlum olduğu kimi o hadisədə bütün qövm cinayət etmiş sayılır və onların hamısı cəzaya layiq bilinir.2

Əli (ə) Nəhcül-bəlağənin xütbələrindən birində buyurur:



«Ey camaat! Hamını toplu halında birləşdirən, onlar arasında vəhdət yaradan və ümumi tale bəxş edən şey, xoşhallıq və qəzəbdir. (Əgər xalq, baş vermiş işə – hətta bir nəfər tərəfindən baş versə belə – razı və ya narazı olsa, hamı eyni taleyə və qismətə düçar olar). Tanrı öz əzabını ümumi şəkildə bütün Səmud xalqına göndərdi. Çünki bütün xalq bir nəfərin gördüyü işə razı idi. Baş vermiş əməl, əslində hamı tərəfindən qəbul olunmuş qərar idi. Tanrı öz sözlərində (Quranda) dəvəni öldürmək işini bir nəfərin əməli olduğu halda, bütün xalqa aid etdi və buyurdu: «O xalq öldürüldü», daha demədi ki, o xalqdan bir nəfər öldürüldü.»1

Burada bir nöqtəni xatırlatmaq yaxşı olar ki, bir günaha razılıq vermək, əgər sırf razılıq olarsa və o günahda iştirak etmək kimi hesab olunmazsa, günah sayılmır. Məsələn, bir nəfər günah edir, başqa birisi günah baş verməzdən əvvəl və ya baş verdikdən sonra bu işdən xəbər tutur və edilmiş və ya ediləcək günahdan razı qalır. Hətta, əgər razılıq qərar formasında olarsa və əmələ çevrilməzsə, günah sayılmır. Bu ona bənzəyir ki, bir şəxs günah etməyi qərara alır, ancaq onu yerinə yetirmir. Razılıq o zaman günah sayılır ki, bir nəfər günah etmək qərarına gəlsin və o işdə iştirak etsin və ya o şəxsin qərara almasında və həyata keçirməsində təsiri olsun. İctimai günahlar da bu növ günahlardandır. İctimai mühit və ictimai ruh günahın baş verməsinə razı olur və icma üzvlərindən biri həmin günahı edir. Burada fərdin etdiyi günah cəmiyyətin günahı sayılır. Nəhcül-bəlağədə söylənilən söz də bu həqiqəti təsdiq edir. Əlbəttə bu, günahı edən şəxsin işinə və tutduğu qərara heç bir təsir etməyən razılıq və qəzəbə aid deyildir.

Qurani-kərimdə, bir nəslin gördüyü işlər sonrakı nəsillərə də aid edilir. Məsələn, Bəni-israil (yəhudi) qövmünün keçmiş işlərini Peyğəmbər (s) dövrünün yəhudilərinə də aid edir və keçmişdə peyğəmbərləri nahaq yerə öldürdüklərinə görə onların zillət və bədbəxtliyə layiq olduqlarını xatırladır. Quranın nəzərində onlar ruhi və əxlaqi cəhətdən qədim yəhudilərin ardıcılı, bəlkə də onlarla eyni olduqları üçün belə qiymətləndirilir. Elə buna görə də deyirlər: «Bəşəriyyət dirilərə nisbət daha çox ölülərdən təşkil olunub.» Yəni bəşər həyatında ölülər dirilərə nisbətən daha çox rol oynayırlar. Yaxud belə deyirlər: «Ölülər, lazım olandan daha artıq dirilər üzərində hakimlik edirlər.»1

Əl-mizan təfsirində müəllif, «əgər cəmiyyət vahid ruhda və vahid ictimai fikirdə olarsa, şəxs formasına düşür və cəmiyyət üzvləri, insan bədəninin üzvlərinə, üzvlərin ləzzət və dərdləri isə insanın dərd və sevincinə çevrilir» fikrini bəyan etdikdən sonra, öz bəhsini belə davam etdirir:



«Quran, milli ya dini təəssübkeşliyə görə vahid ümumi fikrə malik olan cəmiyyətlər və ümmətlər haqqında fikir söylədikdə, gələcək nəsillərdən keçmiş nəsillərin əməllərinə görə haqq-hesab tələb edir, onları günahlandırır. Ümumi fikrə və ictimai ruha malik olan xalqlarla, bundan başqa cür davranmaq olmaz.»1

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin