Cübran Xəlil Cübran



Yüklə 1,96 Mb.
səhifə3/32
tarix10.01.2022
ölçüsü1,96 Mb.
#106377
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   32
....Sular qabarır, mən öz sevgilimi qucaqlayıram; sonra su­­lar çəkilir və mən onun ayaqlarına atılıram...». Yağışın gur dam­cıları dağların səsinə səs verir:

«Biz allahların ucalıqlardan atdığı gümüş saplarıq, təbi­ət bizi tutur, bizimlə vadiləri bəzəyir.

Biz – Astartanın tacından qopub tökülmüş gözəl mirvarilərik...

Mən ağlayıram – təpələr gülümsəyir, mən yerə yağıram – çiçəklər boy atır...

Mən dənizin qəlbindən ucalıram, fəzanın qanadlarında sü­­zürəm. Gözəl bir bağ görəndə isə mən aşağı üz tuturam, gül­lə­rin dodaqlarından öpürəm, ağacların budaqlarını qucaq­la­yı­ram.

Ətraf sükuta qərq olduqda mən öz zərif barmaqlarımla pən­cərələrin büllurunu döyəcləyirəm və bu səslərdən yaranan mahnını həssas qəlblər duyur...

Mən dənizin ahı, səmanın göz yaşı, çöllərin təbəssümüyəm ».

Cübranın əsərlərində təbiət – sevənlərin sığınacağı, insan qəl­bi xəzinəsinin açıla biləcəyi arzulanan varlıq aləmidir. Tə­bi­ə­tin qoynunda insan özünün üsyankar və tənha qəlbinə rahatlıq ta­pır, onunla doğmalığını, canı bir, qanı bir olduğunu, təbiətlə öz daxili aləmini həmahəngliyini hiss edir: «Mən kütlədən qaç­dım və gah ayın axınına qoşularaq, gah da quşların pıçıltısına qu­laq asa-asa geniş vadidə dolaşdım. Beləcə, mən budaqların, gü­nəşin baxışlarından gizlətdiyi o yerə çatdım, öz tənhalığımla söh­bət edə-edə, qəlbimlə danışa-danışa orada oturdum...» («Gö­zəllik taxtı önündə»). Cübran üçün səma «dinclik mən­bə­yi», bütün təbiət isə «təskinlik oylağıdır». Bu baxımdan o, Emer­sona çox yaxındır. «Təcrübə» oçerkində amerikalı şair «Biz harada özümüzü həqiqətən tapa bilərik», – deyə soruşur və belə cavab verir: «Biz təbiət qarşısında özümüz ola bilirik...».

Cübran sanki təbiətin sirlərinə baş vurmaq, onun ecazkar qoynunda ərimək istəyirdi. O da bir çox başqa romantiklər ki­mi, panteist idi və təbiətlə əbədi həyat ruhunun rəhnini görərək, in­sanı onun üzvi bir hissəsi kimi hesab edirdi. Emerson, Şelli və Koric kimi, o da təbiət aləmi ilə insanın doğmalığını, onların bir kökdən yaranış tapdığını vurğulayırdı. «Təbiət» və «insan» an­layışlarının yaxınlığı və bütövlüyü, xüsusilə, Cübranın «Ey torpaq» şeirində tam açılır:

Sən nəsən, ey Torpaq və kimsən?

Sən mənsən, ey Torpaq! Sən mənim görən gözüm, ağlım, təxəyyülüm və arzularımsan. Sən mənim aclığım və həsrətim­sən! Sən mənim ağrım və sevincimsən, sən mənim səhlən­kar­lı­ğım və mənim diqqətimsən.

Sən mənim gözlərimin fərəhi, qəlbimin ehtirası, ruhumun əbədiyyətisən.

Sən mənimsən, ey Torpaq, ikimiz bir canıq, mən olmasaydım, sən də olmazdın!

Cübranın «Ey külək» şeirində həyatın fasiləsiz inkişafı və yeniləşməsinin qanunauyğun və labüd olmasına inam ifadə olu­­nur: «sən gah sevinərək, şadyanalıq edərək, gah ağı de­yə­rək, hönkürərək əsirsən, biz səni eşidirik, amma seyr edə bil­mi­rik, biz səni hiss edirik, amma görmürük. Sən sanki qəlbimizi çul­ğayan, amma bizi batırmayan məhəbbət dənizisən... Sən şə­hə­rin döngələrindən xəstəlik nəfəsi, düzənlərdən çiçəklərin ət­ri­ni gətirirsən, ...Sən burda yavaşıyırsan, orada tələsirsən, sürətlə ça­pırsan, heç vaxt dayanmırsan... Sən əbədiyyət kimi dəyiş­kən­sən... Sən səhralarda qeyzlə dolaşır, qəzəblə karvanlara hücum edir­sən, sonra onları qum örtüyü altında basdırırsan... sən də­niz­lərin zülmətini yarır, onların dərinliklərindəki sükutu pozur­san...» və s.

Təbiətdə həyatın əbədi və fasiləsiz yeniləşməsi fikrini «Mə­həbbətin həyatı» mənsur şeirində də izləmək olar. Burada Cüb­ran ilin fəsillərinin bir-birini əvəz etməsini şairin məhəb­bə­ti­nə bənzədərək təsvir edir: bahar məhəbbətin çiçəkləndiyi dövr, yay təbiətin və məhəbbətin yetkinlik çağı, payız öncədən ra­hatlıq hissinin duyulması, sevinclərin sonudur. «Ağaclarda yar­paqlar saraldı... Quşlar yasəməni tənha qoyub, sahillərə uç­du­lar... Çaylarda suyun axarı dayandı, çeşmələrdə sevinc yaş­la­rı qurudu, təpələr bəzəkli libasını soyundu. Təbiət mürgüyə dal­dı....». Qışın gəlişi ilə təbiətin hüznlü mənzərəsi şairin qəl­bi­ni qüssə ilə doldurur, o, öz sevgilisinə bu sözlərlə müraciət edir: «Əzizim, əbədi yuxu ümmanı necə də dərindir! Bu dün­ya­da... səhər necə uzaqdır!»

Cübran yaradıcılığı üçün «Tufan» hekayəsində və bir sıra başqa əsərlərdə Cübranın romantik qəhrəmanı özünü böyük işə həsr edən mübariz yox, öz daxili aləminə çəkilmiş xəyalpər­vər­dir. Onun fərdiyyətçiliyi üsyan həddinə çata bilmir, o, gerçək­li­yə qarşı məğrur tənhalığa qapılmaqla durur.

Hekayənin məzmunu genişdir, bu da bilavasitə onun for­ma­sında öz əksini tapır: müəllif özü onu kiçik başlıqlara ayırır. Cə­mi bir surət – inkarçı, insanlardan, şəhərdən və si­vi­li­za­si­ya­dan vəhşi təbiətin qoynuna qaçan Yusif əl-Fəxrinin surəti ve­ril­miş­dir. Elə ilk təəssüratda, bu, ətrafdakı gerçəkliyi inkar edən, bu gerçəklikdən qaçmağa can atan romantik qəhrəmanların ob­raz­ları ilə analogiya doğurur.

«Tufan» hekayəsinin qəhrəmanı Yusif əl-Fəxri əhatə edən gerçəkliyi, cəmiyyəti, insanları və onların ədalətini inkar edir. Cübran yazır: «Yusif əl-Fəxri bu fani dünyanı tərk edib tən­­ha zahid həyatı sürmək üçün Livanın şimalında Kadiş va­di­si­­nin ətəyindəki xəlvət komaya çəkiləndə otuz yaşı tamam ol­muş­du».

Ətrafdakı sakinlərə Yusif haqda heç nə məlum deyil, kim­dir, haradandır, niyə tənha ömür sürür? Romantik qəh­rə­man­ların hamısında olduğu kimi, onun da həyatı sirr və mü­əm­ma­ya bürünmüşdür. Tutqun və yağışlı bir payız günündə he­ka­yə­çi Yusif ilə tanış ola bilər. Yusifin aşkar müqavimətinə və qo­naqsevməz olmasına baxmayaraq, hekayəçi onun komasına da­xil olub onunla ünsiyyətdə ola bilər. Elə ilk sözlərindən tər­ki­dünya insan qonağı ondan nümunə götürməsi üçün onu dilə tu­tur: «...İnsanları onların yaramaz qanunları və bayrağı adət­lə­ri ilə birgə tərk et, quşlar kimi hamıdan uzaq­lar­da, yalnız yerin və göyün qanunlarının hökmran olduğu yerdə ya­şa». Sonra Yu­sif insanlar və onların həyatına olan öz dərin ümid­sizliyini ifa­də edərək, onlara qarşı ifşaedici nitqlə ürəyini bo­şaldır: «Mən in­sanları tərk etdim, çünki mənim arzularım on­ların arzularına, əx­laqım isə onların əxlaqına uyğun gəlmir. Mən insanları tərk et­dim, çünki başa düşdüm ki, mənim qəlbim sola fırlanan çarx­lar arasında sağa fırlanan çarxdır». O, ümidsiz və müdhiş gö­rü­nən şəhərdən çıxıb gedir. Yusif deyir: «Mən şə­hə­ri tərk etdim, çün­ki gördüm ki, bu şəhər nəhəng, qədim, qüd­rət­li, amma kök­lə­ri torpağın zülmətinə yayılan çürümüş ağac­dır. Onun bu­daq­la­rı buludlara ucalmışdır, gülləri tamahkarlıq, şər və cinayət, mey­vələri isə dərd, bədbəxtlik və qayğıdır...» Yu­sifin bu söz­lə­rin­də romantiklərin antiurbanist nəzəriyyə­sinin, demək olar ki, bü­tün mahiyyəti ifadə olunmuşdur.

Yusif tənhalığa zahidlik naminə, Allaha xidmət və ibadət et­mək naminə can atmır. O, ikiüzlülük, riyakarlıq və cahilliyin hökm­­ran olduğu, təkəbbürlü dövlətlilərin və siyasətçilərin «mil­­lət gözlərini qızıl tozla kor edib, hərzə-hədyan sözlərlə qu­laq­­­larını batırdığı», din xadimlərinin «özlərinin inanmadıqlarını baş­qalarına inandırmağa çalışdığı və özlərindən tələb et­mə­dik­lə­rini dindarlardan tələb etdiyi» insan cəmiyyətindən iy­rən­miş­dir. O, «insan kəllərindən ucaldılmış təpə üzərində» qurulan si­vi­li­zasiyanı tərk edir.



Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin