30
proqramlaĢdırılması, digərində isə onun qrammatik-sintaktik təĢkili
mexanizmi pozulur.
Efferent motor afaziya nitqdə ayrı-ayrı sözlər saxlanılmaqla
ifadənin qrammatik quruluĢunun pozulması və bundan baĢqa onun
motor sxeminin pozulması ilə xarakterizə olunur;
bu zaman xəstələr
ayrı-ayrı səsləri tələffüz edə bildikləri halda, onları müəyyən ardıcıllıqla
birləĢdirə bilmirlər. Beləliklə, burada nitqin yaranma ardıcıllığı pozulur.
Afferent motor afaziya nitq artikulyasiyasının aydınlıq
dərəcəsinin pozulmasından ibarətdir. Xəstə ona lazım olan müvafiq səsi
tapa bilmir və daim yaxın artikulyasıyası olan səsə istinad edir. Burada
səsləri seçmək hissəsi pozulmuĢ olur.
Semantik afaziya sözləri tapmaqdakı
çətinliklərdə və sözlər
arasındakı semantik (məntiqi-qrammatik) əlaqənin pozulmasında özünü
göstərir. Məsələn, xəstə, «ata» və «qardaĢ» sözlərini anladığı halda,
«atanın qardaĢı» ifadəsinin nədən ibarət olduğunu anlaya bilmir. Bu
kimi hallarda sözlərin semantik sistemliliyinin, sözləri mənalarına görə
seçmənin pozulması müĢahidə edilir.
Senzor afoziya hər Ģeydən əvvəl, nitqin qavranılması zamanı
birinci növbədə fonematik eĢitmənin pozulmasında,
daha doğrusu,
sözün səs tərkibi və mənası arasındakı qarĢılıqlı əlaqənin pozulmasında
özünü göstərir. Bu cür afaziya zamanı sözlərin səs təhlili pozulmuĢ olur.
Göstərmək lazımdır ki, nitq fəaliyyətinin bir neçə növü vardır. Bunlar
arasında ən əsas nitq növləri bunlardır:
monoloji və dialoji nitq, daxili
nitq, yazılı nitq.
Dostları ilə paylaş: