29
müalicə mütəxəssisin –psixonevroloqun təyinatı və müĢahidəsi altında
aparılmasıdır.
Müalicə zamanı aĢağıdakı tədbirlərdən istifadə edilir.
a) sinir sisteminin funksiyasının pozulmasını və ya zədələnməsini
meydana gətirən əsas proseslərə təsir etmək (etioloji müalicə);
b) xəstəlik prosesinin inkiĢaf mexanizminə təsir etmək (patogen
müalicə);
v) xəstəliyin ayrı-ayrı simptomlarına təsir etmək (simptomatik
müalicə).
Loqopedik fəaliyyətdə ən az rast gəlinən etimoloji müalicədə
uĢaqlar əvvəllər müalicə alsalar da loqopedik iĢ prosesində yenə də
bakteriya əleyhinə, xroniki sinir sistemi xəstəliklərinə qarĢı, maddələr
mübadiləsinin bərpası üçün müəyyən müalicə kursu keçirlər.
Nitq fəaliyyətinin pozulmasına səbəb olan sinir sistemi
xəstəliklərinin patogenetik terapiyası daha çox müĢahidə olunur. Bu
müalicədə əsas məqsəd pataloji proseslərin inkiĢafına səbəb olan
mexanizmlərin
fəaliyyətini
məhdudlaĢdırmaq
və
zədələnmiĢ
funksiyaların bərpası üçün müsbət imkanları yaratmaqdır. Patoloji
proseslərin inkiĢafına səbəb olan sinir sisteminin üzvü xəstəlikləri,
əsasən likvorodinamikanın pozulması, yoluxucu iltihabı xəstəliklər və
zədələrdir. Bununla əlaqədar, göstərilən faktorların sinir sisteminə etdiyi
təsirin qarĢısını almaq məqsədilə dövrü degidratasiya terapiyası (onurğa
beynin mayesinin təzyiqini azaltmaq) və təzə yaraların, çapıqların
sağalmasına kömək edən qida toxuma terapiyası aparılır.
Sinir sistemi xəstəliklərinin aradan qaldırılmasına psixotop
dərman preparatlarının istifadə edilməsi də az əhəmiyyət daĢımır.
AparılmıĢ eksperimentlər nəticəsində müəyyən edilmiĢdir ki,
afaziya zamanı nitq fəaliyyətinin bərpa müddəti müəyyən qədər
psixotrop dərmanlarla müalicə azaldır. Belə ki, bu cür müalicə
nəticəsində afaziyalı xəstələrin nitq fəaliyyəti müəyyən qədər bərpa
olunur.
Beləliklə də, nitq fəaliyyətinin öyrənilməsi, nitq qüsurlarının
aradan qaldırılması üçün bu problemlərin tibbi cəhətdən öyrənilməsinin
çox böyük əhəmiyyəti var.
Dostları ilə paylaş: