Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Ġdarəçilik


Azərbaycan Respublikasının Konstitusiyası,maddə 21



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə75/119
tarix18.10.2022
ölçüsü1,28 Mb.
#118372
növüDərs
1   ...   71   72   73   74   75   76   77   78   ...   119
2015-332

3
Azərbaycan Respublikasının Konstitusiyası,maddə 21 


 
147 
Konstitusiyada yazılır: ―Azərbaycan Respublikası əhalinin 
danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin 
edir‖. Deməli, dövlət dilinin vahidliyi həm də öz demokratizmi 
ilə səciyyələnir. Belə ki, respublikamızda yaşayan azsaylı xalqlar, 
etnik qruplar öz aralarında, məişətdə, həyatlarının müxtəlif sahə-
lərində öz ana dillərində ünsiyyət saxlamaq hüququna malik-
dirlər; öz dillərində və istənilən başqa dillərdə təhsil almaq hü-
quqları vardır. 
Azərbaycan dili ilə bağlı müxtəlif fərmanlar olub. 1919-
1920-ci illərdə Azərbaycan Cümhuriyyəti dilimizi türk dili adı ilə 
dövlət dili kimi işlətdi. Sovet çevrilişindən sonra 1930-cu illərə 
qədər dövlət dili yenə türk dili adlandırıldı. 1936-cı ildən dövlət 
dili Azərbaycan dili adı ilə işlənməyə başlayır. 
1992-ci ilin 22 dekabrında verilən fərmanla Azərbaycan Res-
publikasının dövlət dili öz əski adında, türk dili adlandırıldı. 2001-ci 
il iyunun 18-də ―Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilmə-
si‖ haqqında fərman verildi. 2003-cü ilin yanvarın 2-də isə ―Azər-
baycan Respublikasının dövlət dili haqqında‖ qanun qəbul edildi.
MÜDRĠKLƏR DEMĠġLƏR 
Biz dünyanı dilimiz vasitəsilə öyrəndik, dilimiz vasitəsi ilə 
tərbiyə tapdıq - Abbas Səhhət. 
Qrammatikasız oratoriya kütdür, poeziya pəltəkdir, fəlsəfə 
əsassızdır, tarix xoşagəlməzdir, hüquqşünslıq şübhəlidir -
M.V.Lermontov. 
Azərbaycan dili çox mükəmməl dildir, çox zəngin dildir, çox 
inkişaf etmiş dildir, böyük söz ehtiyatına malik dildir- Heydər 
Əliyev. 
Zaqafqaziya diyarının tatar dili (Azərbaycan dili) türk dilin-
dən az fərqlənir və fransız dili ilə Avropanı gəzmək mümkün 
olduğu kimi, onunla da bütün Asiyanın bu başından o başına 
getmək mümkündür -A.A. Bestujev-Marilinski. 



Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin