Dərs vəSAİTİ baki 2023 TƏRTİb edəN: elmi redaktor: RƏYÇİLƏR: Ön söZ



Yüklə 231,19 Kb.
səhifə8/64
tarix10.12.2023
ölçüsü231,19 Kb.
#139349
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   64
SOSİAL İŞİN PEDAQOJİ ƏSASLARI - DƏRS VƏSAİTİ — plagiat

1. Nəzəri tədqiqat metodları;
2. Eksperimental tədqiqat metodları;
3. Praktik tədqiqat metodları;
4. Tarixi-müqayisəli tədqiqat metodları;
5. Riyazi metodlar.
I. Nəzəri metodlar sosial pedaqogikanın köklü problemləri üzrə aparılır. Cəmiyyətin tərbiyə imkanları, sosial tərbiyənin məzmunu, şəxsiyyətin sosiallaşması, sosial pedaqogikanın başqa elmlərlə qarşılıqlı əlaqəsi və s. məhz bura aiddir. Bu kimi köklü problemlər nəzəri-tədqiqat metodları vasitəsilə araşdırılır. Nəzəri tədqiqat metodlarına daxildir: təhlil, tərkib, onların vəhdəti, induksiya, deduksiya, müqayisəli-tarixi təhlil və s. Nəzəri təhlil müəyyən prosesi tərkib hissələrinə bölməklə, nəzəri tərkib isə onları bir tam halında birləşdirməklə aparılır. Təhlil və tərkibin vəhdəti sosial-pedaqoji hadisələrin mahiyyətini, pedaqoji prosesdə əlaqə və münasibətləri müəyyənləşdirməyə, ümumidə xüsusini, xüsusidə isə ümumini tapmağa imkan verir.
II. Praktik tədqiqat metodlarına - müsahibə, müşahidə, anket sorğusu pedaqoji konsilium, pedaqoji sənədlərin və fəaliyyətin öyrənilməsi metodları daxildir.
Müşahidə. Müxtəlif elm sahələrində olduğu kimi sosial pedaqogikada da müşahidə metodundan geniş istifadə edilir. Hadisələrin gedişinə qarışmadan onları təbii şəraitdə öyrənməyə müşahidə deyilir. Müşahidənin bir neçə forması vardır: tam və seçici, sistemli və sadə, geniş və məhdud, açıq və gizli, uzunmüddətli və qısamüddətli. Məsələn, tam müşahidədə proses bütövlükdə, başlanandan qurtarana qədər əhatə olunur. Seçmədə isə prosesin bu və ya digər cəhətləri öyrənilir. Sosial-pedaqoji proseslərin müşahidəsi zamanı hər hansı bir sosial-pedaqoji hadisə onun baş verdiyi şəraitdə öyrənilir, başqa sözlə, bu və ya digər sosial-pedaqoji hadisəni öyrənmək üçün onun baş verdiyi şərait dəyişmir. Müşahidə mahiyyətcə obyektiv metoddur. Müşahidədə səhvə yol verməmək üçün faktları ciddi surətdə izləyərək mürəkkəb hadisələr haqqında fikir yürütmək lazımdır və bu zaman subyektiv fikirlərə çox yer vermək olmaz. Müşahidənin səmərəsi müşahidəçinin mövqeyindən də asılıdır. 3 mövqe var: müşahidəçi-rəhbər, müşahidəçi-şahid və müşahidəçi-iştirakçı.
Müsahibə - sosialogiyada müsahibə və anketləşdirmə sorğu metodları kimi xarakterizə olunur və bu daha geniş yayılmış metoddur. Belə ki, əgər müşahidə metodunun köməyi ilə tədqiqatçı fərdin indiki zamanda real davranış faktlarını qeyd edirsə, sorğu metodu vasitəsilə isə tədqiqatçı fərdin keçmişdə və hazırdakı hadisə və prosesinin mahiyyətini, səbəblərini, başvermə şəraitini aşkara çıxarmaq məqsədilə apardığı işdir. Eyni zamanda gələcək planları haqqında məlumat ala bilmək üçün edilən sual-cavab metodu kimi də dəyərləndirilir. Müsahibənin səmərəli olması üçün bəzi tələblər verilir: müsahibəni kiminlə, nə məqsədə, hansı suallar əsasında aparılacağı müəyyən edilməli, alınan cavablar qeyd olunmalı və təhlil edilməlidir.
Müxtəlif müsahibə növlərindən istifadə edilir:

  • Yönəldiyi məqsədə görə (rəy bildirilən və sənədli müsahibələr);

  • Texnikasına və formasına görə (standart və qeyri-standart);

  • Aparılma üsuluna görə (təkrar, qrup, eyni şəxslə bir neçə dəfə-çoxdəfəli, müəyyən hadisəyə yönəlmiş - fokslaşdırılmış).

Müsahibənin səmərəsi üçün bəzi şərtləri gözləmək lazımdır:

Yüklə 231,19 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin