Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


XIX əsrdə fiziologiya elminin inkişafı



Yüklə 31,99 Mb.
səhifə10/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

XIX əsrdə fiziologiya elminin inkişafı. İ.M.Seçenovun «Baş beynin refleksləri» (1863) əsəri fiziologiya elminin əsas istiqamətlərinin inkişafına güclü təkan vermişdir.
İ.M.Seçenovun (1864) «Qaz nasosu» qan vasitəsilə daşınan qazların həcminin daha dəqiq şəkildə təyin olunmasının və onun tənəffüs funksiyalarının kəmiyyət baxımından öyrənilməsinin əsasını qoymuşdur. Ürəkdə yerləşən azan sinirlərin ürək fəaliyyətinə tormozlayıcı təsirinin Ed və E.Veber qardaşlarının (1845) kəşfinin ardınca Peterburq fizoloqu İ.F.Sion (1867) ürəyin yığılıb açılmasını sürətləndirən simpatik siniri kəşf etmişdir. Ürəyin fəaliyyətinin tənzimlənməsinin öyrənilməsi sahəsində apardığı məşhur tədqiqatlarında yeni faktlar əldə edən İ.P.Pavlov ürək əzələsinin – trofik sinirlər vasitəsilə idarə olunmasını kəşf etdi. Görkəmli cərrah A.İ.Piroqovun şagirdi A.P.Volter (1842) simpatik sinirlərin daraldıcı təsir göstərməsini həmin sinirin kəsilmiş mühitin ucunu qıcıqlandırmaqla aşkar etmişdir. Bir qədər sonra məhşur fransız alimi K.Bernard (1851) bunu dovşanın qulağında apardığı təcrübəsində əyani şəkildə sübuta yetirmişdir. V.V.Ovsyanikov tərəfindən (1871) uzunsov beyində hərəki damar mərkəzi tapılmışdır.
C.Qetçinsolun spirometri (1846) indiyə kimi ağciyərlərdə havanın dəyişməsinin həcminin ölçülməsi üçün xidmət göstərir. Leqallua (1812) və P.Flurans (1842) uzunsov beynin dördüncü mədəciyinin dibində tənəffüs mərkəzinin yerləşməsini ilk dəfə dəqiqləşdirmişlər. Kazan fizioloqu N.A.Mislavski (1865) başbeyin qabığının tənəffüs mərkəzinə təsirini müəyyən etmişdir.

Qidalanma zamanı ifraz olunan mədə şirəsini toplamaq üçün Moskva cərrahı V.A.Basov (1842) ilk dəfə mədəyə fıstula qoymuşdur. R.Haydenhayn (1866, 1868) tərəfindən sinirlərin tüpürcək vəzilərinə təsiri və sinirsizləşmiş kiçik mədəcikdən şirənin humoral yolla ayrılması təsvir olunmuşdur. İ.P.Pavlov heyvanlarda fizioloji proseslərin müşahidə olunmasının operativ-cərrahiyə metodlarını işləyib hazırlamış və geniş şəkildə tətbiq etmişdir. Qidalanma prosesinin bu üsulla öy-
rənilməsi təbii şəraitdə mədə

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin