Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


Fiziologiyanın digər elmlərlə əlaqəsi



Yüklə 31,99 Mb.
səhifə7/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

1.4. Fiziologiyanın digər elmlərlə əlaqəsi


İnsan və heyvan fiziologiyası nəinki digər bioloji elmlər, eləcə də bir tərəfdən fizika və kimya, digər tərəfdən isə tibb, pedaqogika, psixologiya, baytarlıq və fəlsəfə ilə sıx şəkildə əlaqədardır.
Fiziologiya digər elm sahələrindən daha çox fizika və kimyanın qanunlarına əsaslanaraq onların üsullarından istifadə edir. Buna səbəb odur ki, hər bir həyati prosesdə maddələrin çevrilməsi, yəni fiziki və kimyəvi proseslər baş verir.
Fizika ilə əlaqə fizioloji funksiyaların təsvir olunması, tədqiq edilməsi və praktiki tətbiqi üçün fizioloji funksiyaların mexaniki, elektrikli, hidrodinamik, istilik və digər fiziki təzahürlərinin dəqiq şəkildə ifadə olunması metodlarından və anlayışlardan geniş şəkildə istifadə olunması ilə tədqiq olunur. Belə ki, insan hərəkətlərinin biomexaniki təhlili əmək və idman fiziologiyasının bir sıra problemlərini həll etməyə, mayenin axması qanunları isə damar sistemində qanaxmanın bir çox xassələrinin qavranmasına dair açarı tapmağa imkan verir. Aerodinamik tədqiqatlar quşların uçuşunun fiziki əsaslarını açıqlayır, hidrodinamika mövqeyindən isə balıqların üzməyə səmərəli şəkildə uyğunlaşmalarının təbiəti haqqında məsələlər həll olunur. Buxarlanma zamanı mayenin soyuması istiqanlı heyvanlarda bədənin daimi hərarətinin qorunması üsullarından biri olub, optika qanunları müxtəlif işıqlanmalar zamanı gözün müxtəlif məsafələrdə aydın görüntüdə uyğunlaşmasını izah edir. Fiziki biliklərə elmi-tədqiqat cihazlarının bütün arsenalından istifadə etməklə nail olmaq olar.
Son zamanlar biologiya, kimya və fizika elmlərinin birləşməsi nəticəsində meydana çıxan iki sərbəst fənn – biofizika və biokimya xüsusi olaraq inkişaf etmişdir. Biofizika fizioloji funksiyaları bu zaman qüvvədə olan fiziki qanunlar nöqteyi-nəzərindən öyrənir. Biofiziki tədqiqatlar elektrogenezin və əzələlərin yığılıb-açılmasının intim mexanizmlərindən, reseptorların adekvat qıcıqlanmasından və şüa enerjisinin təsirindən başlayaraq, biomexanikanın ümumi qanunauyğunluqlarına və canlı orqanizmin qlobal bioenergetika problemlərinə qədər meydana çıxan bütün məsələlərin geniş dairəsini əhatə edirlər. Bu elm canlı orqanizmdə bioelektrik proseslərini öyrənməklə, sinir, əzələ və vəzi toxumasında oyanma proseslərini aydınlaşdırır.
Fiziologiya kimya elmi ilə əlaqəni ilk növbədə maddələr mübadiləsi funksiyasının öyrənilməsi xətti əsasında müəyyən etmişdir. Hüceyrələrdə, orqanlarda və bütöv orqanizmdə gedən metabolik proseslərin kimya yönlü tədqiqatlarının bu istiqaməti əsrin əvvəlində sərbəst elm kimi ayırd edilmişdi.

12 13
Kimya elminin mənimsənilməsi nəinki orqanizmin ümumi mübadilə funksiyalarının təbiətinin qavranması, eləcə də qidanın həzm olunması zamanı həzmetmə vəzilərinin sintez etdiyi fermentlərin fəaliyyət mexanizmini, eləcə də onların fərdi funksiyalarına müvafiq olaraq orqanlarda və toxumalarda qida maddələrindən istifadə və onların mənimsənilməsi yollarının öyrənilməsi üçün də zəruridir. Orqanizmin həyat fəaliyyətində vacib rolu kimyəvi tənzimləyicilər, məsələn, daxili sekresiya vəzilərinin hasil etdikləri hormonlar, ontogenezdə forma təşkilini idarə edən maddələr oynayırlar. Lakin onlardan heç biri ayrılıqda funksiyanı bütövlükdə dərk etmək üçün imkan yarada bilmir. Bunu fiziologiya elmi, fizioloji yolla – fiziki, kimyəvi, bioloji göstəriciləri sintez etməklə əldə edir.
Fiziologiya orqanizmin daxilində gedən həyati proseslərini riyazi üsul və modellərdən istifadə etməklə öyrənərkən kibernetikaya, bionikaya əsaslanır.
Kibernetika ilə əlaqə, kibernetikanın əks əlaqə siqnallarının köməyilə yerinə yetirilən məqsədyönlü idarəetmə proseslərini öyrənən elmin olmasından ibarətdir; təbiətdə bu, məhz canlı sistemlər üçün xarakterik olub, fizioloji funksiyaların təşkil olunmasının əsasını təşkil edir.
Fiziologiyada kibernetik modelləşdirmə metodları geniş şəkildə tətbiq olunurlar. İndiki dövrdə orqanizmin, demək olar ki, bütün funksiyalarının qandövranının, tənəffüsün, həzmetmənin, ifrazatın, maddələr mübadiləsinin modelləri işlənib hazırlanmışdır. Lakin qeyd olunduğu kimi, praktiki olaraq hər bir model oriqinalın fəaliyyətinin bəzi xassələrini nəzərə alaraq, onu tamamilə təkrarlamır. Bununla bərabər, qaçılmaz sadələşmə sayəsində o tədqiq olunan xassəni sırf sərbəst tədqiqat obyekti kimi ayırmağa icazə verir. Modelli tədqiqatlar nəzəri fiziologiyaya doğru yol açırlar. Nəzəri fiziologiya nəzəri fizika kimi hazırda böyük nailiyyətlər əldə edərək, hesablayıcı və məntiqi əməliyyatlar vasitəsilə orqanizmin həyat fəaliyyətinin təbiətinə və xassələrinə dair biliklərin mücərrəd şəkildə inkişaf etməyə və dərinləşdirməyə qadir olacaqdır.
Fiziologiya morfoloji elmlərlə (anatomiya, histologiya və sitologiya) sıx əlaqədardır. Sərbəst elm kimi fəaliyyət göstərən bölmələrə – protistologiya, entomologiya, herpetologiya, ixtiologiya aiddir. Bununla bərabər, bütün fizioloji tədqiqatlarda təkamül və ekoloji aspektlər nəzərə alınmalıdır.
Psixologiya və digər humanitar elmlər ilə əlaqəni ilk növbədə insanın ali sinir fəaliyyətinin fiziologiyası həyata keçirir. Fizioloji tədqiqat insan beyninin ali funksiyalarının bəzi xassələrini izah edir. Bu funksiyaların həyata keçirilməsinin neyrofizioloji mexanizmlərinin aydınlaşdırılması psixologiyanı şüur və təfəkkürün maddi əsaslarının qavranmasına yaxınlaşdırır.
Sosial varlıq olan insanın təfəkkür qabiliyyəti, şüuru və davranışları sosiologiyanın qanunauyğunluqlarına tabe olaraq, insan cəmiyyətində onun həyat şəraitləri vasitəsilə təyin olunurlar. Maddi fəlsəfə ali sinir fəaliyyətinin fiziologiyasında təbii-elmi dəlilləri əldə edir.
Fiziologiyanın tibb, pedaqogika, baytarlıq, heyvandarlıq ilə əlaqəsi ilk növbədə insan və heyvan fiziologiyasının bu elmlərin nəzəri əsası olması ilə təyin olunur.
Fiziologiyanın tibb elmilə əlaqəsi həkimlərə mədə-bağırsaq xəstəliyinin, vitaminlərin öyrənilməsində, skorbut, raxit xəstəliyini, mədəaltı vəzin β-hüceyrələrinin sintez etdiyi insulinin hormonunun kəşfi diabet xəstəliyini müalicə etməyə kömək etdi.
Fiziologiya təbabət və baytarlıq elmlərini müayinə məqsədilə müalicə müəssisələrində geniş şəkildə istifadə olunan metodlar ilə təmin edir.
Pedaqogika üçün müxtəlif yaş həddinə malik uşaqların maarifləndirilməsi üçün əsas verən insanın ali sinir fəaliyyətinin yaş fiziologiyası xüsusi maraq kəsb edir. Heyvandarlıqda məhsuldarlığın artırılması, məsələn, qaramal və quşların əmlik cinslərinin çəkisinin kökəldilməklə artırılması, süd məhsuldarlığının, yumurta istehsalının artımı üçün funksiyaların idarə olunmasına dair fizioloji mexanizmlərdən istifadə edirlər.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin