Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


Fizioloji tədqiqatların üsulları



Yüklə 31,99 Mb.
səhifə5/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

1.3. Fizioloji tədqiqatların üsulları


Fiziologiya eksperimental elmdir. Bu elm bütün məlumatları heyvanlar və insan üzərində aparılmış təcrübələrdən alır. Eksperimental fiziologiyanın ilk banilərindən biri ingilis alimi V.Harvey (1578-1657) olmuşdur. İ.P.Pavlov göstərmişdir ki, V.Harvey ən çətin bir dövrdə – qan dövranının qapalı olduğunu kəşf etmişdir. Lakin qan dövranı kəşf olunduqdan 200 il sonra belə fiziologiyanın inkişafı çox zəif olmuşdur.
Eksperiment vasitəsilə fiziologiya insan və heyvan orqanizminin sistemlərinin və orqanlarının həyat fəaliyyətləri haqqında məlumatları əldə edir.
Eksperiment aparmağın üsulları və vasitələri. Orqanizmin funksiyalarının öyrənilməsi üçün onların fəaliyyətlərinin tədqiq olunmasının müxtəlif üsullarından istifadə edirlər:

  1. Funksiyaların dayandırılması;

  2. Funksiyaların stimullaşdırılması; 3. Elektrik fəallığının qeydiyyata alınması;

4. Modelləşdirmə.
Fəaliyyət dayandırılana kimi eksperimentator mütləq orqanın və yaxud onun hissələrinin vəziyyətini müəyyənləşdirmək üçün cərrahiyyə müdaxiləsi vasitəsilə təcrübə qoymalı, müşahidə etməli, fizioloji prosesləri yadda saxlamalıdır.
Həyat hadisələrini müşahidə etməklə, öyrənməklə fizioloq onu keyfiyyət və kəmiyyətcə xarakterizə edir, ölçür, yazır, sayır və müşahidənin nəticələrini sənədləşdirir, protokollaşdırır, kinofilmə çəkir, maqnit lentinə yazır və s. Lakin müşahidə üsulunun çoxlu çatışmazlıqları var və bu üsulla düzgün nəticələr almaq çətindir. Çünki fizioloq çalışır ki, orqanın daxilində nə baş verdiyini öyrənsin. Buna isə eksperimentator tərəfindən yaradılan və idarə olunan mühit şəraitində aparılan təcrübənin nəticələrinə əsasən nail olmaq olar.

8 9
İ.P.Pavlova qədər fiziologiyada analitik – kəskin təcrübə üsulundan istifadə edilirdi. Bu zaman xarici təsirləri maksimal surətdə aradan qaldırmaqla, heyvanı hərəkətsizləşdirmək, narkoz vermək, orqanların yarılması və təcrid olunması yolu ilə nail olurdular. Təcrübədən sonra heyvanlar tələf olurdular. Bunun qarşısını almaq üçün İ.P.Pavlov yeni sintetik – xroniki üsuldan istifadə etmişdir. Xroniki istiqamətli təcrübələrin aparılması zamanı, kəskin təcrübədən fərqli olaraq, tədqiq olunan orqanın orqanizmi ilə bütün əlaqələrini qoruyurlar. Bu cür təcrübələr narkoz altına salınmış, əksər hallarda isə sərbəst davranış şəraitində həyata keçirilir. İ.P.Pavlov analitik üsulu inkar etməyərək onun əsasında vahid analitik-sintetik üsulu yaratmışdır. Hazırda istifadə olunan fizioloji eksperiment üsulları çox müxtəlifdir. Onlardan aşağıdakıları qeyd etmək olar.

  1. Qıcıqlandırma üsulumexaniki, kimyəvi, termiki, elektrik, işıq, səs və s. üsullarla orqan və toxumaya təsir edərək onda baş verən fizioloji prosesləri öyrənirlər.

  2. Biviseksiya və ya kəskin təcrübə üsulu – cərrahi yolla orqanın üstü açılır və müşahidə aparılır.

  3. Deinnervasiya üsulu – orqan sinirsizləşdirilir, üz və sinir sisteminin təsirini öyrənmək üçün bu üsuldan istifadə edilir.

  4. Kateterizatsiya üsulu – ürəyə, damara, vəzin axarına, sidik kisəsinə qoyulur.

  5. Perfuziya üsuluorqanizmdən, təcrid – kənar edilmiş orqanı müəyyən məhluldan keçirib, fəaliyyətini öyrənirlər.

  6. Fistula üsulu – mədə, bağırsaq, sidik kisəsi və s. qoyulur.

  7. Damar anastomozu üsulu – damarlar bir-birilə birləşdirilir.

  8. Ekstripasiya üsulu – orqan kəsilib bədəndən çıxarılır, onun funksiyası müəyyən edilir.

  9. Transplantasiya və ya köçürmə üsulu – orqanı bədənə köçürməklə onun funksiyası öyrənilir.

  10. Bu üsul 4 istiqamətlə aparılır: autotrasplantasiya orqanizmin özündən-özünə köçürmək, homotransplantasiya – eyni cinsdən-cinsə (məsələn, itdən-itə), hetrotransplantasiya – müxtəlif cinsli (insandan-insana) orqanizmlərdən orqanlar bir-birinə köçürülür və allotransplantasiya – yad cismin (süni böyrək, ürək, stimulyator və s.) bədənə birləşdirilməsi.

  11. Şərti refleks üsulu – insan və heyvanların ali sinir fəaliyyəti öyrənilir.

  12. Radiotelemetrik üsulu – uzaq məsafədən fizioloji məlumatların qəbul edilməsinə əsaslanır.

  13. Endoskopiya üsulu – optik cihazın köməkliyi ilə funksiyanı öyrənir.

  14. Ultrasəs (UZİ) üsulu – UZİ cihazlarının köməkliyi ilə orqanın vəziyyəti, öd kisəsində daşın olması və s. öyrənilir.

  15. Elektrofizioloji üsul – beyində, ürəkdə və neyronda, sinapsda meydana çıxan biocərəyanı qeyd etməklə funksiyanı öyrənir.

Fiziologiya elmi bu üsulların köməkliyi ilə heyvanlar üzərində aparılmış təcrübələrin nəticələrinə əsasən funksiyanı öyrənərək, həkimlərə müxtəlif patoloji hallarda müalicənin düzgün aparılmasında və sonda insan həyatının xilas edilməsində kömək edir.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin