Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


II FƏSİL ƏSAS ANLAYIŞ VƏ PRİNSİPLƏR



Yüklə 31,99 Mb.
səhifə14/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

II FƏSİL



ƏSAS ANLAYIŞ VƏ PRİNSİPLƏR


Fiziologiyanın əsas anlayış və prinsiplərinə tədqiqat obyektləri, tədqiqat obyektləri və onların funksiyalarının qarşılıqlı əlaqəsi haqqında anlayış, həmçinin, orqanizmin xarici və daxili mühitləri haqqında təsəvvürlər və homeostazın sabitliyinin tənzim edilmə mexanizmlərinə dair anlayışlar aid edilir. Fiziologiyanın əsas tərkib hissəsi orqanizmi əmələ gətirən molekulyar, hüceyrəvi və qeyri-hüceyrəvi elementlərin funksiyalarıdır ki, bu elementlərin çoxsaylı birləşmələri nəticəsində toxuma, orqan, orqanlar sistemi və bütövlükdə orqanizm formalaşır. Nəhayət, anlamaq çox vacibdir ki, termodinamika anlayışlarında «yarıaçıq sistem» adlandırılan anlayışı təşkil etməklə orqanizm yalnız xarici mühitlə qarşılıqlı təsirdə olduqda fəaliyyət göstərir (termodinamiki olaraq açıq və qapalı sistemlər canlı obyektlərə adekvat deyildir).
Tədqiqat obyektləri. «Fiziologiya» anlayışı tərifindən (canlı orqanizm və onu təşkil edən orqan, hüceyrə və molekulların funksiyalarının dinamik öyrənilməsi) belə çıxır ki, fiziologiyanın tədqiqat obyekti 4 koordinata malik olan fiziki məkanın bir hissəsidir. Koordinatlardan 3-ü məkan olub, orqanizmin tutduğu həcmi müəyyən edir; bir koordinat isə zaman koordinatıdır. Başqa sözlə desək, fiziologiya daha çox statistik vəziyyəti deyil, obyektlərin zaman çərçivəsində dəyişən xarakteristikasını, yəni prosesləri – konkret funksiyaları və onların mexanizmini öyrənir. Nəinki insan orqanizmi bütövlükdə, həmçinin orqanizmi təşkil edən toxuma, orqan və onların sistemləri, hüceyrə və hüceyrəarası maddə də konkret funksiyaları yerinə yetirir. Sadalanan obyektlər cinsin «histoloji element» anlayışını birləşdirir. Histoloji elementləri hüceyrəviqeyri-hüceyrəvi (hüceyrəarası maddənin komponentləri) olmaqla, 2 kateqoriyaya bölürlər.

30 31
Hüceyrəvi elementlərə hüceyrənin özü, simplast və sintsit aiddir. Hüceyrə – əsas histoloji element (hüceyrə tipli çoxnüvəli elementlər olan simplast və sintsit – ayrı-ayrı hüceyrələrdən əmələ gəlirlər), bütün qeyri-hüceyrəvi elementlər isə birbaşa və ya vasitəli şəkildə hüceyrədən törənənlər hesab olunurlar.
Hüceyrəarası maddə və mayelər su, qeyri-üzvi birləşmələr və makromolekuldan təşkil olunmuşlar.
Hüceyrələr digər histoloji elementlərlə birlikdə toxuma, orqan, orqanlar sistemi, bütövlükdə orqanizmi əmələ gətirir.
Fiziki məkanın bir hissəsi kimi orqanizm ətraf mühitlə qarşılıqlı fiziki və kimyəvi məlumat əlaqəlidir.
Bu termin hüceyrəarası maddə və onda olan hüceyrələr haqqında bəhs edildikdə tətbiq edilir. Orqanizmin daxili mühitinin başlıca fizioloji xarakteristikası – onun parametrlərinin aralarında mühüm yer tutan əks əlaqə prinsipinin də daxil olduğu müxtəlif tənzimləyici mexanizmlər tərəfindən həyata keçirilən fəaliyyət nəticəsində sabit saxlanılmasıdır (homeostaz).

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin